Staqnasiya (ing. stagnation) — İqtisadiyyatda uzunmüddətli sürünən iqtisadi artımı ifadəsi. Adətən yüksək işsizliklə müşayiət olunur. Beləliklə, ÜDM-dəki artımın sürətinin gözləniləndən çox aşağı olması iqtisadi durğunluğu, yəni depressiya vəziyyətini şərtləndirir[1]. Staqnasiya ilə resessiya ən çox qarışdırılan terminlər sırasında öndədir. Staqnasiya, uzun müddətli, önəmsiz yaxud sıfıra yaxın iqtisadi artımı ifadə etidiyi halda, resesiya bütövlükdə iqtisadi kiçilmə mənasına gəlir.[2]
Staqnasiya vəziyyətini şərtləndirən amillər sırasında iqtisadi şoklar, iqtisadi struktur problemləri və s. vardır. Bütövlükdə iqtisadiyyatda yaxud spesifik bir iqtisadi və ya biznes tsikilində meydana çıxa bilər.[1]
Staqnasiya bir proses kimi iqtisadi rifah halına çox ciddi təsir edir[3] və inflasiya ilə birləşməsi halında staqflyasiya halının meydana çıxmasına rəvac verir.[2]