Star Wars: Super Bombad Racing — "Lucas Learning" tərəfindən istehsal edilmiş və "LucasArts" yayımlanmış yarış videooyunu. "Ulduz müharibələri" mövzusunda olan oyunda "Fantom təhlükəsi", "Yeni ümid" və "Cedayın qayıdışı" filmlərinin personajlar var. Oyun "PlayStation 2", "Dreamcast", "Windows" və "Mac OS" platformaları üçün açıqlansa da, yalnız "PlayStation 2" versiyası satışa çıxarılmışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən, oyun bütün platformalarda "qarışıq və orta" rəylər almışdır
Star Wars: Super Bombad Racing | |
---|---|
Yayımlayanlar | Lucasfilm Games |
Buraxılış tarixləri | 23 aprel 2001 |
Janr | yarış video oyunu |
Texniki məlumat | |
Platforma | PlayStation 2[1] |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun |
"Star Wars: Super Bombad Racing" bir kart yarış oyunudur. Oyunçular müxtəlif "Fantom təhlükəsi" personajlarından birini seçərək filmə əsaslanan müxtəlif cığırlarda yarışırlar. Hər bir cığırın güzgülənmiş variantı mövcuddur. Boba Fett və Dart Vayder kilidi açıla bilən qonaq personajlardır. Yarışlar səkkiz iştirakçı ilə keçirilir və üç dövrədən ibarətdir. Gücləndiricilər hər cığır boyu müxtəlif yerlərdə olur və bunların hər biri oyunçu personajın sürətini artırmaq, ona qalxan və ya hücum silahları vermək kimi müxtəlif müvəqqəti atributlara malikdir.[2] Dörd oyunçuya qədər oyunçu "PlayStation 2" multitap periferiyasından istifadə edərək bölünmüş ekran oyununa qoşula bilər.[3]