Star Wars: Dark Forces (azərb. Ulduz müharibələri. Qaranlıq qüvvələr) — "LucasArts" tərəfindən istehsal edilmiş və yayımlanmış birinci şəxs atıcı janrında videooyun. Videooyun 1995-ci ildə "MS-DOS" və "Macintosh", 1996-cı ildə isə "PlayStation" üçün satışa çıxarılmışdır. Oyunun hadisələri uydurma "Ulduz müharibələri" franşizasının genişlənmiş kainatında cərəyan edir və orijinal "Ulduz müharibələri" filminin hadisələrindən qısa müddət əvvəl başlayır. Oyunun baş qəhrəmanı və oyunçu personajı Üsyançı ittifaqı adından işləyən muzdlu əsgər Kayl Katarndır. O, qalaktik imperiyanın bir sıra güclü yeni döyüş droidləri və güclü zirehli həmləçi qoşunlarının inkişafı haqqında gizli "Qaranlıq qoşunlar" layihəsini aşkar etmişdir.
Star Wars: Dark Forces | |
---|---|
| |
Hazırlayan | LucasArts |
Yayımlayan | LucasArts |
Seriya | "Star Wars: Jedi Knight" |
Buraxılış tarixi | |
Janrlar | Birinci şəxs atıcı |
Yaş reytinqləri | ESRB: T — Teen |
Rejissorlar | Daron Stinnett |
Dizaynerlər |
|
Ssenaristlər | Castin Çin |
Proqramçılar |
|
Rəssamlar |
|
Bəstəkarlar | Klint Bacakyan |
Texniki məlumat | |
Platformalar | |
Mühərrik | Jedi (oyun mühərriki) |
Oyun rejimi | birnəfərli oyun[6] |
İnterfeysin dili | ingilis dili[6], fransız dili[6], alman dili[6], italyan dili[6], ispan dili[6] |
Daşıyıcılar | CD-ROM, rəqəmsal dağılım (Steam, PSN) |
Sistem tələbləri |
Tövsiyəvi[7]
|
İdarəetmə |
klaviatura və siçan geympad |
Rəsmi saytı |
"Dark Forces" oyun üçün xüsusi olaraq hazırlanmış "Jedi" oyun mühərrikindən istifadə edir. Mühərrik oyunun buraxılışı zamanı birinci şəxs atıcı janrında görünməmiş geympley xüsusiyyətlərini, o cümlədən çoxmərtəbəli səviyyə dizaynı, yuxarı və aşağı baxmaq funksiyası əlavə etmişdir. "Dark Forces" iki oyun arasındakı oxşarlıqlara görə tez-tez "Doom" klonu adlandırılmışdır, baxmayaraq ki, "Dark Forces"da təqdim edilən bəzi texniki xüsusiyyətlər "Doom"da yoxdur.
Satışa çıxarılmasından sonra "Dark Forces"un kompüter versiyası tənqidçilərdən əsasən müsbət rəylər almış, onlar səviyyə dizaynı və texnoloji təkmilləşdirmələri yüksək qiymətləndirmişdilər. Oyunun digər versiyaları qarışıq rəylər almış, xüsusilə də "PlayStation" versiyası qrafika və aşağı kadr sürətinə görə tənqid edilmişdir. Oyun maliyyə cəhətdən də yaxşı çıxış etmiş və 1999-cu ilə qədər ABŞ-də təxminən 1 milyon kopya satmışdır. Oyun "Star Wars: Jedi Knight" oyun seriyasının birinci epizodu idi və onun üçün üç sikveli buraxılmışdır: 1997-ci ildə "Star Wars Jedi Knight: Dark Forces II", 2002-ci ildə "Star Wars Jedi Knight II: Jedi Outcast" və 2003-cü ildə "Star Wars Jedi Knight: Jedi Academy". Sikvellər tədricən diqqəti orijinal oyunun birinci şəxs atıcı elementlərindən yayınaraq "hek-end-sleş" janrına keçid etmiş, oyunçuya işıq qılıncı və güc qabiliyyətlərini vermişdir, lakin Katarnın hekayəsini davam etdirilmişdir.
"Dark Forces" birinci şəxs atıcı janrında videooyundur. Oyunçu Kayl Katarn adlı personajı birinci şəxs baxış bucağından idarə edir və əsas diqqət "Ulduz müharibələri" kainatındakı müxtəlif varlıqlara və insanlara qarşı mübarizəyə yönəlmişdir, lakin oyunda ətraf mühitlə bağlı tapmacalar və təhlükələr də mövcuddur. "Dark Forces" missiya brifinqlərində və oyundaxili videolarda təsvir olunan mərkəzi hekayə xəttini izləyir.[8] Hər bir missiyada hekayə ilə bağlı müəyyən tapşırıqlar var.[9] Missiyalar "Ulduz müharibələri" kainatındakı müxtəlif mühitlərdə, o cümlədən "Ulduz dağıdıcısı"nın interyeri, Cabba Hatın yaxtası və Korusant planetində cərəyan edir.
"Dark Forces"un geympleyi birinci şəxs atıcı janrının 1993-cü ildə satışa çıxarılan "Doom" videooyununda müəyyən edilmiş standartlarını genişləndirir və burada indiki dövrdə birinci şəxs atıcı janrı üçün adi hal alan geympley elementləri var. Bunlara yuxarı və aşağı baxmaq, əyilmək və tullanmaq qabiliyyətləri daxildir.[10][11] Sağlamlıq, qalxan, silah və sursat daxil olmaqla oyunçuya müxtəlif "power-up"lar verilir. Oyunda həmçinin, oyunçuya kömək edəcək bir neçə qeyri-döyüş əşyaları var. Baş lampası oyunçunun qarşısındakı sahəni işıqlandırır, lakin qaranlıq otaqlarda oyunçunun mövqeyini düşmənlərə ifşa edir. Buz çəkmələri buzlu yerlərdə hərəkət qüvvəsi təmin edir, hava maskası isə oyunçunu zəhərli atmosferi olan ərazilərdən qoruyur. Bir çox inventar elementlər səviyyələrdə tapılan silah sursatı növlərindən fərqli olan batareyalarla təchiz edilir.[9]
Döyüşdə oyunçu yumruqlardan, partlayıcı qurğulardan və termal detonatorlardan, həmçinin blaster və digər uzaq məsafəli silahlardan istifadə edə bilər. Yumruqdan başqa oyunçunun istifadə edə biləcəyi bütün döyüş vasitələri "power-up"larla toplanılan sursat tələb edir. Yenə yumruqdan başqa oyunçunun istifadə edə biləcəyi bütün döyüş vasitələri təsiri əsas rejimdən fərqlənən ikinci rejimə malikdir.[12] Oyunçunun düşmənlərin hücumları və bəzi ətraf mühit təhlükələri nəticəsində azalan sağlamlıq və qalxan sayğacları var ki, onları "power-up"larla doldurmaq olar.
Döyüşdən əlavə, "Dark Forces" sistemi personaja qaya çıxıntıları üzərindən tullanmaq və ya axan çayları keçmək kimi fiziki maneələr,[11][13] eləcə də açarla idarə olunan labirintlər kimi çoxmərhələli tapmacalar təmin edir.
"Dark Forces" videooyununun hekayə xətti Üsyançı ittifaqı tərəfindən işə götürülən muzdlu əsgər Kayl Katarn (Nik Ceymson tərəfindən səsləndirilmişdir) izləyir. Oyunun hadisələrindən əvvəl Kayl atası kimi kənd təsərrüfatında mexanik kimi karyeraya hazırlaşırdı, lakin, o, valideynlərinin ölümündə üsyançıların məsuliyyət daşıdığı iddia ediləndən sonra İmperator Akademiyasına daxil olmuş və buna görə də üsyançılara nifrət etmişdir. Akademiyanı bitirdikdən və İmperator Ordusuna qoşulduqdan sonra Kayl üsyançılar üçün işləyən ikili agent Cen Ors ilə (Culi Ekkls tərəfindən səsləndirilmişdir) tanış olmuşdur. O, Kaylın valideynlərinin ölümü ilə bağlı həqiqəti aşkar edir və rəsmilərin iddialarının əksinə, onları üsyançılar yox, imperiya qüvvələri öldürmüşdü. Bu məlumat Kaylın imperiyaya etibarını itirməsinə səbəb olmuş və o, üsyançılara məlumat verdiyi aşkarlanan və buna görə də həbs edilən Ceni xilas etmək üçün sonda fərarilik etmişdir. İmperiyadan birlikdə qaçdıqdan sonra cütlük muzdlu əsgər olmuş və Kaylın imperiyaya nifrətindən ötrü nəhayət, Üsyançılar ittifaqı üçün işləməy başlamışdır.
"Dark Forces" videooyunun hadisələri Üsyançı ittifaqının Qalaktik imperiyanın bütün planeti məhv etməyə qadir olan superlazerlə təchiz edilmiş kosmik stansiyası olan "Ölüm ulduzu"nun planlarını götürmək məqsədilə Kayl və Ceni işə götürməsi ilə başlayır. Üsyançılar bu planlardan istifadə edərək stansiyanın zəif nöqtəsini aşkar edərək sonda onu məhv edirlər. Bundan bir il sonra ittifaq cütlüyü yeni növ imperator əsgərinin üsyançı bazalarından birinə hücumunu araşdırmaq üçün yenidən işə götürür. Kaylın araşdırması general Rom Mohkun (Cek Ancel tərəfindən səsləndirilmişdir) başçılığı ilə inkişaf olunan "Qaranlıq qoşunlar" layihəsini üzə çıxarır. Layihəni dayandırmaq üçün o, Anoat şəhərinin kanalizasiyasına gedir və burada "Qaranlıq qoşunlar" tərəfindən istifadə edilən silahları inkişaf etdirən silah mütəxəssisi Moff Rebusu tutur. Rebusun sorğu-sualından sonra o, "Qaranlıq qoşunlar"ın inkişafı üçün mineralların çıxarıldığı Fest planetinin dağları və Qromas mədənlərindəki silah tədqiqat obyektlərinə göndərilir.
Kayl və Cen sonradan öyrənirlər ki, Üsyançı ittifaqının tərəfinə keçən keçmiş imperator komandiri Kriks Madin imperiya qüvvələri tərəfindən əsir götürülmüşdür. Kayl onu xilas etmək üçün Orinakradakı sərt rejimli təcridxanaya sızır. Kayl onu edamdan xilas etdikdən sonra Madin Üsyançı ittifaqına "Qaranlıq qoşunlar" haqqında materialların qaçaqmalçılıq yolu ilə keçirilməsi əməliyyatı barədə məlumat verir. Bundan sonra Kayl və Ceni Kel-Setidə Ramsis Hed dok portunu araşdırmağa gedir. Ardınca Kayl Antivi buz planetindəki "Qaranlıq qoşunlar" istehsal xəttinin ikinci mərhələsini təşkil edən robot fabrikini də məhv edir. Kayl və Ceni missiyası müvəqqəti olaraq dayandırılır, çünki onlar "Qaranlıq qoşunlar" layihəsinin əsas maliyyəçilərindən biri olan kriminal boss Cabba Hat tərəfindən ələ keçirilir. Onlar Cabbanın pəncəsindən qaçır, ardınca Rom Mok tərəfindən işə götürülən kəllə ovçusu Boba Fetti məğlub etdikdən sonra cütlük Korusanta yollanır. Burada Kayl qaçaqmalçılıq yolunun son mərhələsi olan Erqo yanacaqdoldurma məntəqəsinin yerini göstərən kompüter anbarına sızır.
Kayl qaçaqmalçı kimi maskalanır və Ulduz superdestroyeri "Cəllad"a sızır. O, ardınca "Çəkic qövsü" adlı ulduz gəmisinə, Rom Mokun qərargahına və "Qaranlıq qoşunlar" layihəsinin son mərhələsinin olduğu yerə gedir. Kayl Moku öldürdükdən sonra gəmini məhv edir və oradan qaçır. Bu vaxt Dart Vayder (Skott Lorens) "Cəllad"dan baş verənləri müşahidə edir və "Qaranlıq qoşunlar" layihəsinin məhv edilməsinin uğursuzluq, Gücün Katarndan daha güclü olduğunu şərh edir. Üsyançı ittifaqı cəsarətinə və qəhrəmancasına hərəkətlərinə görə Kaylı "Alderaan ulduzu" medalı ilə mükafatlandırır.
"Dark Forces"un istehsal prosesinə Daron Stinnett rəhbərlik etmişdir. Proqramlaşdırma üzrə rejissor Rey Qresko olmuşdur, qrafika və süjet xəttinə isə Castin Çin nəzarət etmişdir.[9] İstehsal prosesinə 1993-cü ilin sentyabrında, birinci şəxs atıcı janrının çox populyar olduğu bir dövrdə start verilmişdir.[8] "Ulduz müharibələri" kainatında birinci şəxs atıcı videooyunu yaratmaq ideyası "Doom" üçün oyunun entuziastləri tərəfindən tərtib edilmiş, səviyyələri "Ölüm ulduzu"nda cərəyan edən modlardan ilhamlanaraq formalaşmışdır.[14] "Dark Forces"un istehsalçıları birinci şəxs atıcı formatını macəra oyununa uyğunlaşdırmaq istəyirdilər. Bunun üçün onlar tapmacalar və strategiya təqdim etmiş, həmçinin "Ulduz müharibələri"nin süjetini əsas götürmüşdür.[8] İlk növbədə, Lyuk Skayvolker oyunun əsas personajı olmalı idi, lakin istehsalçılar bunun geympley və süjet xəttinə məhdudiyyətlər gətirəcəyini düşünmüşdür. Əvəzində, yeni bir personaj – Kayl Katarn yaradılmışdır.[15]
"Dark Forces" satışa çıxarıldıqdan sonra "Doom" klonu adlandırılmışdır. Buna baxmayaraq, oyun "Doom"da mövcud olan geympley xüsusiyyətlərinə xeyli əlavələr təqdim etmişdir.[10] Buraxılış zamanı geniş istifadədə olmayan yeni geympley mexanizmlərinə yuxarı və aşağı baxmaq, əyilmək, tullanmaq və üzmək qabiliyyətləri daxildir.[11] Bir neçə mərtəbədən istifadə etmək funksiyası birinci şəxs atıcı janrında başqa bir texniki nailiyyətdir.[16] Bu yeni xüsusiyyətləri həyata keçirmək üçün istehsalçılar oyun mühərrikinin kodunu sıfırdan yazmışdır.[17] "Jedi" tam üçölçülü əşyalar, sis və duman kimi atmosfer effektləri, animasiyalı teksturalar və kölgələmə kimi geympley və qrafika elementləri yaratmağa qadirdir.[13] Daron Stinnett istehsalçıların bu elementlərin "aktiv mühitin" bir hissəsi olmasını istədiklərini qeyd etmiş və əlavə etmişdir ki, "gəmilərin uçuş göyərtələrində gəlib getməsi, çaylar axması, platformalar və konveyerlərin hərəkət etməsi, maşın avadanlığının işləməsi" görüntüsünü yaratmaq üçün funksiyalar daxil edilmişdir.[8]
"Dark Forces"dakı "Qaranlıq qoşunlar" Castin Çin və Pol Mika tərəfindən xüsusi olaraq oyun üçün yaradılmışdır. Çin qeyd etmişdir ki, onlar standart həmləçi qoşunlardan daha qabaqcıl rəqiblər olmaq üçün yaradılmışdır. O, əlavə etmişdir: "Sadəcə həmləçi qoşunları gücləndirmək əvəzinə, onları daha effektiv etmək məqsədilə dizayn etdim. Mən daha dəhşətli və daha güclü bir şey istədim". "Dark Forces"dakı "Qaranlıq qoşunlar" üçün üç dizayn yaradılmışdır. "Lucasfilm"in lisenziyalaşdırma departamenti əvvəlcə iki dizaynı mühitdən çox kənar olduğunu qeyd edərək rədd etmişdir, buna görə də Çin üçüncü bir dizayn tərtib etmişdir və bu, qəbul edilmişdir. İstehsalçı qrup "Skywalker Ranch" işçiləri ilə videoçarxlarda istifadə edilən səslər, musiqi və kostyumlar üzərində əməkdaşlıq etmişdir.[18]
"Dark Forces" sonradan "DOS"dan "Apple Macintosh"a portlaşdırılmışdır. Bu, istehsalçılar üçün bir sıra çətinliklər yaratmışdır. "LucasArts" oyunun həm "DOS", həm də "Macintosh" üçün eyni sistem tələbləri ilə, xüsusən də eyni operativ yaddaş qurğusu (RAM) ilə istehsal olunmasını tələb etmişdi. "Mac OS" əməliyyat sistemi "RAM"dan istifadə edən qrafik istifadəçi interfeysinə malikdir, "DOS"da isə belə bir əlavə yük yoxdur. Bu o deməkdir ki, "Dark Forces"ın "Macintosh" versiyasında oyunun istifadə edə biləcəyi daha az "RAM" var. "Dark Forces" oyununun "Macintosh" versiyasının proqramçısı Aaron Qaylz izah etmişdir ki, bu problemi həll etmək üçün yaddaşın daha səmərəli idarə edilməsi lazım gəlmişdi.[17]
"Star Wars: Dark Forces" videooyununun musiqisi əsasən Klint Bacakyan tərəfindən bəstələnmiş orijinal əsərlərdən ibarətdir, lakin onlar "iMUSE" sisteminin tətbiqi ilə Con Vilyamsın orijinal "Ulduz müharibələri" filmi üçün bəstələdiyi musiqilərə əsaslanmışdır.[8] Oyun həmçinin stereoda tam nitq və səs effektlərinə malikdir.[13]
"Dark Forces" internet böyük bir izləyici kütləsi qazanmış, oyun üçün azarkeşlər tərəfindən yeni səviyyələr və xəritələr yaradılmışdır.[11] "Dark Forces" personajlarının populyarlığı "LucasArts"ın oyuna əsaslanan oyuncaqları lisenziyalaşdırmasına gətirib çıxarmışdır. "Hasbro" digər mediada "Ulduz müharibələri" arasında yer alan Kayl Katarn və qaranlıq qoşun vinil fiqurlarını istehsal etmişdir.[19] "Dark Forces"da kitablara və komikslərə daxil edilmiş,[8] daha sonra "Mandalorlu" teleserialının "Fəsil 14: Faciə" seriyasında kanon olmuşdur. Vilyam S. Ditsin "Dark Forces" narrativinə əsaslanan romanları tamheyətli səsli dramatizasiyalara uyğunlaşdırılmışdır.[15]
"LucasArts" şirkəti "Dark Forces" videooyununu 1997-ci ildə "Star Wars Jedi Knight: Dark Forces II" ilə genişləndirmiş, ardınca daha iki sikvel buraxmışdır. "Jedi Knight" seriyası Kayl Katarnın hekayəsini davam etdirir və ümumiyyətlə keyfiyyətinə görə təriflənir.[20]
"Dark Forces" videooyunu 2009-cu ilin sentyabrında "Windows"un "XP", "2000" və "Vista" versiyaları, həmçinin "OS X Mavericks" üçün "Valve" şirkətinin "Steam" şəbəkəsində endirilə bilən versiya olaraq yenidən buraxılmışdır. Oyunu fərdi olaraq və ya daxilində "Jedi Knight" seriyasındakı bütün oyunları olan paketin bir hissəsi kimi satın almaq mümkündür.[21][22]
"Dark Forces" satışa hazırlaşmaq üçün 300 mindən çox kopya hazırlaşmışdır, bu da o vaxtlar "LucasArts" üçün rekord göstərici idi.[23] Oyun 1995-ci ilin mart ayında "PC Data"nın aylıq videooyunlar satış cədvəlində birinci yerdə debüt etmişdir.[24] "Dark Forces" 1998-ci ildə üçüncü ən çox satılan "Mac OS" oyunu olmuşdur.[25]
ABŞ-dakı satışları izləyən "PC Data"nın məlumatına görə, "Dark Forces" ABŞ-də 928,469 kopya satmış və 37,1 milyon dollar gəlir əldə etmişdir. Buna görə "PC Data" oyunu 1993-cü ilin yanvarından 1998-ci ilin aprelinə qədər ölkədə ən çox satılan doqquzuncu kompüter oyunu olduğunu açıqlamışdır.[26] 1999-cu ilin sentyabrına qədər oyunun region üzrə satışı 952,033 kopyaya çatmışdır. O dövrdə bu, 1993-cü ilin yanvarından bəri ölkədə ən çox satılan 11-ci kompüter oyunu idi.[27]
<ref>
teqi; GRDOS
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; GRPS
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Bailey
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Manual
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Mac
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Kyle
adlı istinad üçün mətn göstərilməyib