Stara Zaqora


Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir.

Şəhər
Stara Zaqora
bolq. Стара Загора
Bayraq Gerb
Bayraq Gerb
42°26′ şm. e. 25°39′ ş. u.
Ölkə  Bolqarıstan
Vilayət Stara Zaqora
Tarixi və coğrafiyası
Əsası qoyulub Eramızdan əvvəl 342-ci il
Sahəsi
  • 85,11 km²
Mərkəzin hündürlüyü 196 m
İqlimi subtropik kontinental
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 135 889 nəfər (2016)
Rəqəmsal identifikatorlar
Telefon kodu (+359) 42
Poçt indeksi 6000
Nəqliyyat kodu СТ
Digər
www.starazagora.bg
Xəritəni göstər/gizlə
Stara Zaqora xəritədə
Stara Zaqora
Stara Zaqora
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir.

Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur.

Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, KarakallaDiokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır.

Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi.[1] Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı.

377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir. Buna baxmayaraq, imperator I Yustinianın hakimiyyəti dövründə şəhər yenidən bərpa olunmuşdur.[2]

1208-ci ildə şəhər yaxınlığında baş vermiş Boruy döyüşü nəticəsində bulqarlar Latın İmperiyası qoşunlarını məğlub etmişdir.

Stara Zaqora şəhəri 1371-ci ildə Osmanlı İmperiyası tərəfindən ələ keçirilmişdir. 1854-cü ildə şəhərin adı Jeleznik olaraq dəyişdirilsə də, 1870-ci ildə yenidən Stara Zaqora adını almışdır. 1878-ci ilə qədər şəhər Eskizağra adı ilə Ədirnə vilayətinin inzibati mərkəzi hesab olunurdu. 1878-ci ildə Bolqarıstanın Osmanlı idarəçiliyindən azad olmasından sonra şəhər 1886-cı ildə iki bolqar dövlətinin vahid halda birləşməsinə qədər Şərqi Rumeli muxtar vilayətinin mərkəzi olmuşdur.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Stara Zaqora hal-hazırda aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə sahibdir:

  1. The History of Zonaras: From Alexander Severus to the Death of Theodosius, Thomas Banchich, Eugene Lane, ISBN 1134424736, 9781134424733 p 94
  2. "Arxivlənmiş surət". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-01.
  3. "Radom - Miasta partnerskie" [Radom - Partnership cities]. Miasto Radom [City of Radom] (Polish). 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-07.
  4. "Radom - miasta partnerskie" (Polish). radom.naszestrony.pl. 26 tarixində iyul 2007aszestrony.pl/?info=miasta_partnerskie orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]