Staroçerkasskaya (rus. Старочерка́сск, 1805-ci ilə kimi — Çerkassk) — Rusiya Federasiyasının Rostov vilayətində, Aksay rayonunda olan stanitsa (kənd tipli yaşayış məntəqəsi).
Staroçerkasskaya | |
---|---|
47°14′32″ şm. e. 40°02′12″ ş. u. | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1593 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86350 |
Poçt indeksi | 346701 |
Vikianbarda əlaqəli mediafayllar |
Stanitsa Don çayının sağ sahilində, vilayət mərkəzindən 30 km məsafədədir. Staroçerkasskaya Staroçerkasskaya kənd ərazisinin inzibati mərkəzidir. Yaşayış məntəqəsi həm də Don kazaklarının mərkəzi kimi, eləcə də genral Matvey Platovanın və digər taninmiş don qəhramanlarının doğulduğu yer kimi tanınır. Stanitsanın mərkəzində Müqəddəs Don Staroçerkassk kişi monastrı və Staroçerkassk muzey-qoruğu yerləşir. Qoruq ərazisinin sahəsi 180 hektardır. Hər il stanitsada kazak mədəniyyəti festivalı keçirilir.
Çerkassk şəhərciyi haqqında ilk məlumatın tarixi 1570-ci ilə aid olunur.[2] 1570-ci ildə zaporojiya çərkəzləri Azov dənizinin 60 verstliyində yeni yaşayış məntəqəsi salmış və öz adlarını vermişdir: Çerkas.[3][4]
1637-ci ildə Staroçerkasskılar Azov yürüşünə çıxmış və Azov osmanlı qalasını ələ keçirmişdilər. Onlar qalanı dört il öz əllərində saxlaya bilmişdilər. 1643-cü ildə türklər yenidən qalanı ələ keçirdilər və tamamilə yandırdılar. Növbəti il yenidən qala bərpa edildi və möhkəmləndirildi. 1667-ci ildə Stepan Razinin başçılığı ilə Çerkasskda üsyan başladılmışdır.
1897-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə Staroçerkasskaya əhalisi 5060 nəfər idi. 1926-cı ilə olan məlumata görə əhalinin sayı 4412 nəfər idi. Onlardan 3689 nəfər özünü kazak hesab edirdi. 2010-cu ildə həyata keçirilən siyahıya alınmaya görə stanitsada 2399 nəfər yaşayır.
Staroçerkasskaya Rostov şəhəri ilə Aksay yolu əlaqəlidir. Yol bərk örtüklüdür. Don çayı üzərindən bərə fəaliyyət göstərir.
Şənbə və bazar günləri Rostov şəhərindən Rostov-Staroçerkassk-Rostov türist teploxodu fəaliyyət göstərir.