Stefani Frappar (fr. Stéphanie Frappart; 14 dekabr 1983, Val-d'Uaz, Fransa) — fransalı FİFA dərəcəli futbol hakimi.[2]
Doğum |
14.12.1983 Val-d'Uaz, Fransa | ||
---|---|---|---|
Boyu | 1.64 sm[1] | ||
Çəkisi | 54 kq[1] | ||
Yerli səviyyədə | |||
İllər | Liqa | Rolu | |
2011– | Milli çempionat | Hakim | |
2014– | Liqa 1 | Hakim | |
2019– | Liqa 2 | Hakim | |
2019– | UEFA Superkuboku | Hakim | |
Beynəlxalq səviyyədə | |||
İllər | Liqa | Rolu | |
2019– | FİFA dərəcəli hakim | Hakim |
2011-ci ildə Fransada əhəmiyyətinə görə üçüncü dərəcəli futbol divizionu olan Milli çempionatın oyununu idarə edib.[3]
2014-cü ildə Liqa 2-də görüş idarə edən ilk qadın hakim olub.[3]
2015-ci ildə Kanadada keçirilən qadınlar arasında dünya çempionatında hakimlərdən biri olub.[4][5]
2019-cu ildə Fransada baş tutmuş qadınlar arasında dünya çempionatında final görüşünü idarə edib.[6]
2019-cu ilin aprelində elan edilib ki, Frappar Fransa çempionatının güclülər dəstəsində görüş idarə edəcək ilk qadın referi olacaq.[7] O, aprelin 28-də 34-cü tur çərçivəsində "Amyen" və "Strasbur komandaları arasında baş tutmuş görüşdə Liqa 1-də debüt edib.[8]
14 avqust 2019-cu ildə İngiltərənin "Liverpul" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçını idarə edib.[9][10]