Stefflon Don

Stefani Viktoriya Allen (ing. Stephanie Victoria Allen; 14 dekabr 1991[1], Birminhem) və ya təxəllüsü ilə Stefflon Don (ing. Stefflon Don) — Böyük Britaniya repperimüğənnisi. O, 2017-ci ildə buraxılan, "French Montana" ilə birlikdə ifa etdiyi "Hurtin' Me" mahnısından sonra populyarlaşmışdır. Mahnı "UK Singles Chart" musiqi çartında yeddinci yeri tutmuşdur. Don 2016-cı ildə debüt miksteypi olan "Real Ting"i, daha sonra 2018-ci ildə isə "Secure" miksteypini buraxmışdır.

Stefflon Don
Ümumi məlumatlar
Doğum adı Stephanie Victoria Allen
Ləqəbi Stefflon Don
Doğum tarixi 14 dekabr 1991(1991-12-14)[1] (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni
Fəaliyyət illəri 2015-ci ildən
Janr hip-hop
Albom şirkətləri
stefflondonofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Stefani Viktoriya Allen 14 dekabr 1991-ci ildə Böyük Britaniyanın Vest-Midlends qraflığında yerləşən Birminhem şəhərində anadan olmuşdur. O, Yamayka əsillidir.[3] Onun altı qardaş-bacısı var. Allen beş yaşında olarkən ailəsi ilə birlikdə Niderlandın Rotterdam şəhərinə köçür. Allen buna görə də Niderland dilində səlis danışa bilir. O, 14 yaşında Böyük Britaniyaya qayıdır və London şəhərindəki bir məktəbdə təhsilini davam etdirir.[4] Allen 9 yaşında olarkən "Unique" adlı bir repper üçün "Hard Knock Life" hukunu bəstələmiş və oxumuşdur. Mahnı heç vaxt buraxılmamışdır.[5][6]

Allen musiqi karyerasından əvvəl tort bəzəyən və qadın dəlləyi kimi çalışmışdır.[3]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Don 2018-ci ilin aprel ayında "Evening Standard" qəzetinə verdiyi müsahibədə bildirmişdir ki, onun bir oğlu var.[7]

Don 2019-cu ilin fevral ayında Nigeriya afrobits musiqiçi "Burna Boy" ilə sevgili olduğunu təsdiqləmişdir.[8]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

İl Təşkilat Kateqoriya İş Nəticə
2017 MOBO Awards Ən yaxşı qadın[9] Özü Qazandı
The Line of Best Fit 2017-ci ilin ən yaxşı əlli mahnısı[10] "Hurtin' Me" #10
2018 NME Awards Ən yaxşı yeni sənətkar[11] Özü Qazandı
BET Awards Ən yaxşı beynəlxalq akt[12] Namizəd

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. "Stefflon Don - Motown Records". motownrecords.com (ingilis). Motown Records. 2019-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
  3. 1 2 "9 Things You Need To Know About Stefflon Don | MTV UK". web.archive.org. 22 April 2019. Archived from the original on 22 April 2019. İstifadə tarixi: 12 November 2019.
  4. "Stefflon Don on bubbling, family and why her house is the place to be". HungerTV. 9 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2017.
  5. "Meet Stefflon Don, the British-Jamaican MC Ready for 'World Domination'". Billboard. 4 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2019.
  6. "Meet: Stefflon Don, The British Artist Bridging Dancehall & Hip-Hop". Umusic (ingilis). 17 August 2018. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2019.
  7. Godwin, Richard. "Stefflon Don on getting advice from Drake, motherhood and why she'll never do drugs". Evening Standard. 18 April 2018. 3 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2019.
  8. "Stefflon Don confirms romance with Burna Boy". GRM Daily. 12 February 2019. 19 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2019.
  9. "MOBO Awards Best Female". Capital Xtra. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2017.
  10. "The Best Fifty Songs of 2017 Ranked". The Line of Best Fit. 8 December 2017. 28 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2019.
  11. "NME Awards Best New Artist". NME. 9 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2018.
  12. "News: Vote: BET Awards Best International Act". BET Africa. 15 May 2018. 30 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 May 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]