Stellaj

Stellajqiymətli kağızların alqı-satqısı əməliyyatlarının bir növü. Bura da alqı-satqı münasibətlərinin tərəflərindən biri əməliyyat anında birtərəfli qaydada ticarət mövqeyinin seçilməsi hüququna malik olur. Məsələn, alış və ya satış mövqeyi və s.[1]

Stellaj- oyunçunun eyni zamanda həm call, həm də put opsionlarını eyni səhmlərə eyni icra qiymətlərilə və müqavilələrin eyni bitmə müddətilə alıb-satdığı əməliyyatdır.

Stellaj o zaman həyata keçirilir ki, müəyyən oyunçular bu və ya digər səhmlərin məzənnəsinin dəyişmələrini, digərləri isə onun stabilləşməsini gözləyirlər. Satıcının (yuxarıya stellaj) və alıcının (aşağıya stellaj) stellajı ayırd edilir.

Stellajın satıcısı səhmlərin məzənnəsinin bu və ya digər tərəfə dəyişmələrinə ümid edir. Buna görə də o, eyni səhmlər üçün call və put opsionlarını eyni vaxtda satır. Satıcı hesab edir ki, məzənnənin dəyişmələri əhəmiyyətli olmayacaq və opsionlar icraya təqdim olunmayacaqlar.

Misal 1[redaktə | mənbəni redaktə et]

Oyunçu eyni səhmlərə 1 səhmə görə mükafatı 5 rubldan 350 rubla call-opsion, və 1 səhmə görə mükafatı 7 rubldan 350 rubla put-opsion satır. Opsionların icra müddəti 60 gün sonradır. Opsionların satışından müştərək gəlir hər səhmə görə 5+7=12 rubldur.

Əgər 60 gün sonra səhmlərin məzənnəsi 340 rubl təşkil edərsə, o zaman put-opsionun alıcısı onu icra etmək istəyəcək. Opsionların satıcısı ondan səhmləri biri 350 rubl qiymətinə alacaq, və fond bazarında cari məzənnə – 340 rubldan satacaq. Opsion satıcısının gəliri 12–350+340= 2 rubl (hər səhmə)

Əgər 60 gün sonra səhmlərin məzənnəsi 380 rubl olarsa, o zaman call-opsionun alıcısı onu icra emək istəyəcək. Opsionların satıcısı səhmləri fond bazarından biri 380 rubla alıb ona 350 rubldan satacaq. Opsionun satıcısının gəliri 12–380+350= −18 rubl(hər səhmə), yəni bu halda opsionun satıcısı ziyana uğrayacaq.

Məzənnə bu və ya digər tərəfə nə qədər çox dəyişirsə, bu opsion satıcısı üçün bir o qədər ziyanlıdır.

Stellajın alıcısı konkret firmanın səhmlərinin məzənnəsinin əhəmiyyətli dəyişmələrini proqnozlaşdırır, lakin bu dəyişikliyin istiqamətindən əmin deyildir(azalma və ya artma). Ona görə də o, opsionlardan birinin icrası nəticəsində gəlir əldə etməyə ümid edir.

Misal 2[redaktə | mənbəni redaktə et]

Oyunçu eyni səhmlərə 1 səhmə görə mükafatı 5 rubldan 350 rubla call-opsion, və 1 səhmə görə mükafatı 7 rubldan 350 rubla put-opsion əldə edir. Opsionların icra müddəti 90 gün sonradır. Opsionların alıcısı hər səhmə görə 5+7=12 rubl ödəmişdir.

Əgər 90 gün sonra səhmlərin məzənnəsi 354 rubl təşkil edərsə, opsionların alıcısı call-opsionu icra edərək, hər səhmə 350 rubl ödəyib onları fond bazarında cari məzənnə −354 rubldan satacaq. Opsionların alıcısının gəliri −12–350+354=-8 rubl (hər səhmə), yəni bu halda opsionların alıcısı ziyana uğrayacaq.

Əgər 90 gün sonra səhmlərin məzənnəsi 326 rubl təşkil edərsə, opsionların alıcısı fond bazarında cari məzənnə ilə səhmləri 326 rubldan alacaq və put-opsionu hər səhmə 350 rubldan icra edəcək. Opsionların alıcısının gəliri −12–326+350=12 rubl (hər səhmə)

Məzənnə bu və ya digər tərəfə nə qədər çox dəyişirsə, bu opsion alıcısı üçün bir o qədər gəlirlidir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010, s.195
  2. "Arxivlənmiş surət". 2016-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.