Opsion

Opsion (ing. option) – Opsion sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağızdır.

Opsion sahibi əmtəənin və ya xidmətin alınmasını və ya satılmasını deyil, alınma və ya satılma hüququnu əldə edir. Aşağıdakı sadə misalla daha aydın olacaq:[1]

Məsələn siz hər hansı bir səhmin bir ildən sonra 100 şərti pul vahidinə almaq ilə bağlı opsion imzalayırsınız. Deyək ki, həmin bir il ərzində səhmin qiyməti bahalaşaraq bazarda 120 şərti pul vahidi təşkil edir, amma siz onları razılığa gəldiyiniz tərəfdən 100 ş.p. vahidinə alır və beləliklə hər səhmə görə 20 ş.p. vahidi qazanc əldə edirsiniz. Amma qiymətlər 100 ş.p.vahidindən aşağı düşdüyü halda belə siz onları almağa məcbur deyilsiniz. Çünki opsion sizin üzərinə bu öhdəçiliyi qoymur və siz heç bir itkiyə məruz qalmırsınız. Müqavilənin belə şərtlərinin belə deyək ki, kompensasiya olunması üçün satıcı hər səhmin satış qiymətinə edilən əlavədən 5 ş.p. vahidi civarında komissiya əldə etməlidir.

Nəticə etibarı ilə, bir il ərzində səhmlərin qiyməti artdığı təqdirdə, siz öz gəlirinizdən ona hər alınmış səhmə görə 5 ş.p. vahidi ödəyəcəksiniz. Əgər siz səhmləri almaqdan imtina etsəniz, onda hər almadığınız səhmə görə 5 ş.p. vahidi ödəməli olacaqsınız.[2]

Opsion 2 növü var: call və put options

Növləri[redaktə | mənbəni redaktə et]

Call options[redaktə | mənbəni redaktə et]

Call options - şərtləri alan qoyur, yəni almaq hüququ verir (yəni alan deyir ki, gəlib oktyabr ayında səndən pomidorları alacam).

Put options[redaktə | mənbəni redaktə et]

Put options – şərtləri satan qoyur, yəni satmaq hüququ verir (yəni satan deyir ki, sən məndən gəlib oktyabr ayında pomidorları almalısan)

Opsion bazarı[redaktə | mənbəni redaktə et]

Opsion bazarı isə – elə bazardır ki, burada müəyyən vaxt çərçivəsində müəyyən maliyyə alətlərinin (qiymətli kağızların) qabaqcadan təyin edilmiş qiymətlə alınıb-satılması hüququnu verən müqavilənin alqı-satqısı baş verir. Əvvəlcədən müəyyən edilmiş qiymət opsionun icra qiyməti adlanır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2015-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.
  2. "Arxivlənmiş surət". 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.