Stellerit – Ca [AlSi3O8]2 · 7H2O — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Stellerit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Ca₄(Si₂₈Al₈)O₇₂ * 2₈H₂O |
Strunz təsnifatı | VIII/F.12[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][2] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər stelleritə düzbucaqlı lövhəcik habituşlu stilbitin morfoloji növ müxtəlifliyi kimi baxılırdı. Hazırda o, kalsium və silisiumla zəngin stilbit-stellerit fasiləsiz izomorf sırasının son üzvü sayılır. Müstəqil mineral növü hesab edilir.
Rəng – rəngsiz, ağ, çəhrayımtıl - ağ; Mineralın cizgisinin rəngi – açıq rəngli; Parıltı – sədəfi, tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,1; Sərtlik – > 3; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: lövhəvarı; Mineral aqreqatları: çox parçalanmış lövhə şəkilli əmələgəlmələr.
Hidrotermal damarlarda rast gəlir. Birlikdə rast gəldiyi minerallar: kalsit, stilbit, epistilbit. Mineralın tapıldığı yerlər: Berinq dənizində Miss adası (ABŞ) və b. Azərbaycanda Kiçik Qafqazın Şimal-Şərq hissəsində Gəncəçayın sol sahilində Qırıqlı kəndi yaxınlığında tapılmışdır.