Stilbit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Stilbit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Rəng – rəngsiz, ağ, boz, sarımtıl, açıq-qəhvəyi, narıncı-qırmızı, qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – güclü; şüşə, sədəf, ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,1-2,2; Sərtlik – 3,5-4,0; Kövrəkdir, Ayrılma – {010} üzrə mükəmməl, {100} üzrə aydın; Sınıqlar – şüalı, lövhəyəbənzər, tikanlı; Başqa xassələr – molekulyar ələk xassəli; Morfologiya – kristallar: lövhə formalı, sütunvari, «burulmuş» yonqar şəklində; İkiləşmə: {001} üzrə xaçvari qarşılıqlı nüfuzetmə ikiləşmələrinə tez-tez rast gəlinir; Mineral aqreqatları: dərz şəkilli, paralel-çubuq- və – lövhəvari, şüalı əmələgəlmələr, sferolitlər, sekresiyalar, druzalar.
Tipik hidrotermal mineral olub, ən çox əsasi effuziv süxurların boşluqlarında və çatlarında inkişaf edir. Gec hidrotermal minerallardan biri kimi bəzi intruziv süxurlarda–siyenit, qranit və qabbroidlərdə, habelə qranit peqmatitlərində və polimetal filizlərində qeyd edilir. Bəzən metamorfik süxurların – müxtəlif şist və qneyslərin boşluq və çatlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, epidot, adulyar, kvars, geylandit, şabazit, natrolit və b. Mineralın tapıldığı yerlər: Börjön (Macarıstan); Teyqarhorn (İslanliya); Dalneqorski və Savinski yataqları, Şərqi Sibir (Rusiya). Azərbaycanda Naxçıvan MR-da, Şuşa (Dağlıq Qarabağ), Daşkəsən, Göy-Göl, Laçın, Qazax rayonlarında, Dağlıq Talışda və b. yerlərdə qeyd olunmuşdur.