Sten dəfələrlə din,[1] homoseksuallıq,[2][3] nifrət cinayətkarlığı,[4] şəxsi azadlıqlar,[5] valdeyinlik,[6] qanunsuz immiqrasiya,[7] səs vermə,[8] alkoholizm,[6] və iqlərarası münasibətlər[9] kimi məsələlərnən bağlı öz nəzər nöqtəsini ifadə edib və serialın ən mübahisəli seriyalarda mərkəzi personajı idi.[10] Onun şərhləri serialın yaradıcıları Parker ilə Stounun izləyən ictimaətinə ünvanlanan müddəları olduğu iddia olunur.[6]South Park and Philosophy: You Know, I Learned Something Today adlı kitabdaki Şərqi Karolina Universitetin fəlsəfə professoru, Henri Ceykobinin inşasında Stenın hərəkətləri və fikirlərini Uilyam Kinqdon Kliffordun təlimi ilə müqayisə edir. Cənubi İllinoys Universitetin fəlsəfə professoru, Con S. Qrey Stenın İmalə və pox seriyasındaki (8 mövsum, 8 seriya) məktəb maskotuna səs verməməyi qərarına öz inşasında siyasi fəlsəfəni və ikipartiyalı sisteminin iddia olunan tələlərini izah eləyəndə istinad verib.[11]South Park and Philosophy: Bigger, Longer, and More Penetrating kitabındaki Blame Canada! South Park and Contemporary Culture və Taking South Park Seriously adlı iki inşalarda Stenın baxışlarını populyar fəlsəfə, dinşunaslıq və və siyasi konsepsiyaların nəzər nöqtələrindən təhlil olunur.[6][12][13]