Stenford həbsxana eksperimenti

Stenford həbsxana eksperimenti (ing. Stanford prison experiment) — insanın azadlığı məhdudlaşdırılanda düşdüyü şəraitə uyğunlaşma məsələsini tədqiq edən təcrübə. Təcrübə 1971-ci ildə amerikalı psixoloq Filipp Zimbardo tərəfindən Stenford Universiteti ərazisində qoyulub.[1] Təcrübəyə öz xoşuna qoşulan tələbələr psixologiya fakultəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idi.[2] Həbsdə olanlar və mühafizə öz rollarına tez uyğunlaşdılar. Az keçmiş həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyl peyda oldu. Həbsə salınmışlarsa mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarılmış və təcrübə dayandırılmışdı.[3] Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən qəddar təcrübələr sırasına daxil olub.

  1. "The Stanford Prison Experiment – A Simulation Study of the Psychology of Imprisonment Conducted at Stanford University". 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  2. "FAQ on official site". 2012-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  3. "Intro to psychology textbooks gloss over criticisms of Zimbardo's Stanford Prison Experiment". 2020-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]