Stenli

Stenli şəhərinin yuxarıdan görünüşü

Stenli (ing. Stanley, əvvəlki adı Port Stenli, ing. Port Stanley) — Atlantik okeanının cənub-qərbində, Cənubi Amerikanın sahillərindən 500 kilometr məsafədə yerləşən Böyük Britaniyaya məxsus Folklend adalarının inzibati mərkəzi və yeganə şəhəri. Şərqi Folklend adasında yerləşir.

Əhalisi 2 115 nəfərdir 2006. Şəhərdən 5 kilometr şərqdə aeroport yerləşir. Şəhərdə ada qubernatorunun, hökumətin administrasiyası, anqlikan kilsəsi və ada muzeyi yerləşir.

Adanın mərkəzi ilk əvvəl Port Luis idi və indiki Stenlidən şimalda yerləşirdi. 1843-cü ildə yeni inzibati mərkəz tikilməyə başlandı və 1845-ci ildə ora dövlət idarələri köçürüldü. Şəhər o dövrdə müstəmləkələr üzrə dövlət katibi olan Stenlinin şərəfinə adlandırılıb.