Stephania glabra

Hamar stefaniya (lat. Stephania glabra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.

Hamar stefaniya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ikievli tropik lian olub, uzunluğu 5-8 m-ə bərabərdir. Kök sistemi demək olar ki, dairəvi, aşağı hissəsi isə saçaqlıdır. Bir bitkinin çəkisi 20 kq-a bərabərdir. Gövdəsi çılpaq, dairəvi, dırmaşan, vegetativ inkişaf dövründə əsası oduncaqlı olur. Qafqazda yayılan növün uzunluğu 6-9m-ə qədər olub, qışda quruyur. Yarpaqları iri, növbəli, itiuclu, bütövkənarlı, hamar, uzunluğu 15-20 sm, saplaqları ilə birlikdə 40 sm-ə qədər olur. Çiçəkləri yaşıl-sarı, başcıqla birlikdə toplanan, çətir çiçək qrupuna aiddir. Erkək çiçək qrupları 6 sərbəst kasayarpağından və 3 tərsyumurtavari yumşaq ləçəkdən, dişi çiçəkləri 3 kasayarpağından və 3 ləçəkdən ibarətdir. Qara dəniz sahillərində Stefaniyanın erkək çiçək qrupu iyulun birinci yarısında, dişi çiçəkləri isə iyulun ortalarında açır. Meyvələri sentyabrın ortalarında yetişir. İlk şaxtada vegetasiya sona çatır.[1]

Rütublətli subtropik ərazilərində yayılmışdır.

Bir və üçillik stefaniyanın  kökyumrusu və kökləri payızda toplanılır, təmizlənir və 60-800C-də qurudulur. Xammal B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.[2]

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Tərkibində yüksək alkaloidlər, xüsusən köklərində 6-8% izoxinolin törəmələri vardır. Bundan başqa hindarin (30%), rotindin, stefarin (15-18%) və siklearin alkaloidləri də vardır. Qafqazda yayılmış bu bitkinin tərkibi 6-7,5% alkaloidlərdən, xüsusən 30% hindarin, 10% sikleanid və az miqdarda digər  alkaloidlərdən təşkil olunmuşdur.[3]

Mioreleksant, qıcolmaya qarşı, analgetik və antixolenestraza təsirli dərmandır.

Xammal kimi payızda bir və üçillik bitkilərdən istifadə edilir. Hindarin sedativ, yüngül yuxugətirici və hipotenziv təsirə malikdir. Stefaqlabrin antixolenestraza təsirə malikdir.[4]

Spesifik zəif iyli olub, dadı müəyyən olunmamışdır.

Tərkibindəki maddələrdən ən çox istifadə olunan sanqviritrindir. Sanqviritrinin və xeleritrinin bisulfat antimikrob aktivliyə malikdir. Sanqviritrin dəri və selikli qişaların maya göbələklərin və qarışıq floranın, infiltrativ yara və xoraların müvəffəqiyyətlə müalicəsində tətbiq edilir. Su və spirtdə hazırlanan emulsiyalı məlhəmləri hazırlanır. Kökyumruları və köklərindən hindarin-hidroxlorid və stefaqlabrin sulfat alınır. Hindarin-hidroxlorid sedativ, yüngül yüxügətirici, hipotenziv və trankvilizativ təsirə malikdir. Stefaqlabrin sulfat periferik sinir sistemi xəstəliklərində - miopatiya, aminotrofik sklerozunda üz sinirinin parezində təyin edilir. Stefaqlabrin sulfat keyfiyyətli antixolenestrazaya təsir etməklə, amiotrofik sklerozda, yeniyetmələrin miopatiyasında və sinir sistemi xəstəliklərində təyin edilir.[5]

  1. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  2. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333