Sternbergia colchiciflora (lat. Sternbergia colchiciflora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Sternbergia colchiciflora | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sternbergia colchiciflora |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari və ya enli–yumurtavari, qəhvəyi pərdəli qınla örtülüdür. 12-18 sm hündürlükdədir. Yarpaqları 12-14 sm uzunluğunda, 7–8 mm enində küt. Tədricən əsasından sıxılmışdır. Çiçəkyanlığının kənarı enli-xətvari, 4, 5 sm uzunluğunda, təpə hissəsi sivri, aşağıdan oyuqlu, itidir. Erkəkcik 6-7 dəfə əsnəkdən qısadır. Qutucuq 1 sm uzunluğunda, 8 mm enindədir.
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü oktyabr-noyabr aylarına təsadüf edir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağında quru, daşlı və çınqıllı yamaclarda rast gəlinir. Dekorativ bitkidir.
Kür-Araz ovalığı (Göyçay rayonu, Qaraməryəm və Bığır kəndlərinin ətrafı); Qobustan (Bozdağ); Böyük Qafqazın şərq hissəsi (Şamaxı ətrafı).
Məhdud sayda bir neçə lokaliteti müşahidə olunur, azalma tendensiyası davam edir.
Populyasiyanın növlərinin sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, otarılma və tapdalanma. Xüsusi yaşayış mühitinə tələbkar növdür.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Populyasiyalarının ciddi nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması.