Stevan Şuplikats

Stevan Şuplikats (serb. Стеван Шупљикац; 1786[1][2][…], Petrinye[d], Sisak-Moslavina jupaniyası[d]15 (27) dekabr 1848, 27 dekabr 1848[2] və ya 1848[3]) — Avstriya ordusu, Serb qubernatoru.

Stevan Şuplikats
serb. Стеван Шупљикац
Şəxsi məlumatlar
Doğum tarixi 1786[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 (27) dekabr 1848, 27 dekabr 1848(1848-12-27)[2] və ya 1848[3]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri Avstriya İmperiyası 1805-1809, 1814-1848
Birinci Fransa imperiyası 1809-1814
Rütbəsi general
Döyüşlər
Təltifləri "Fəxri legion" ordeni kavaleri Knight Grand Cross of the Iron Crown (Austria)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stevan Şuplikac 1786-cı ildə Petrinyedə anadan olub. 1805-ci ildə Avstriya ordusuna qatıldı. 1809-cu ildə İlliriya əyalətləri yarandıqdan sonra o, Fransa ordusuna qoşulmuş, 1812-ci ildə Napoleonun Rusiyadakı kampaniyasında köməkçi Xorvat alaylarında iştirak etmiş və burada Fəxri Legion Cəngavəri adına layiq görülmüşdür.[4] 1814-cü ildə Napoleonun məğlubiyyətindən sonra Stevan Şuplikats yenidən Avstriya ordusunun əsgəri oldu, Banat və Likada yerləşən Oqulin alayına komandanlıq etdi. Sonra Cozef Radetzkinin rəhbərliyi altında briqada komandiri oldu, Dəmir Tac Ordeninin Böyük Xaçı ilə təltif edildi. 1848-ci ildə İtaliyada inqilabın yatırılmasında iştirak etmişdir. 1848-ci ilin mayında Avstriya İmperiyasının cənub hissəsində xalq yığıncağına toplaşan serblər muxtar Serb Voyvodinasının yaradıldığını elan etdilər və Stevan Suplikacı Serb qubernatoru seçdilər. İnqilablar zamanı Voyvodinada çoxlu döyüşlər gedirdi, iyunda macar və serb qrupları döyüşməyə başladı. Baş komitənin rəhbəri general Stratimiroviç mayın 10-da Şahzadə Aleksandrı kömək etməyə çağırdı və komissar Stevan Kniçanindən şəfaət istədi. İyun və iyul aylarında Knyazlığın böyük bir könüllü dalğası Voyvodina'ya girdi. Macarlar bu zaman serblərlə dost deyildilər, lakin dəstək Vyanadan gəldi — yeni imperator Franz İosif Serb Voyvodinasının yaradılmasını təsdiqlədi, Şuplikats isə hersoq kimi seçdilər. O, oktyabrın 6-da Serb milli qoşunlarının ali hərbi komandanı oldu. Dekabrın 15-də Pançevoda vəfat etdi, Kruşedol monastırında dəfn edildi.[5]

Kruşedoluda Stevan Şuplikats məzarı
Pancevodakı heykəl, Olja İvanjiçkinin əsəri
  1. 1 2 Šupljikac (Šuplicać, Suplicatz, Suplikatz) de Vitez, Stevan (Stephan) // Österreichisches Biographisches Lexikon 1815–1950 (alm.). ÖAW. doi:10.1553/0X002CB051
  2. 1 2 3 4 Wurzbach D. C. v. Šuplicać de Vitez, Stephan (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 40. S. 332.
  3. 1 2 Šupljikac, Stevan // Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. "Savremenik". 1908.
  5. Charles Jelavich, South Slav nationalisms, p. 192, ISBN 0-8142-0500-3, ISBN 978-0-8142-0500-6