Sthenelides olor

Fısıldayan qu (lat. Cygnus olor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.

Fısıldayan qu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Fısıldayan qu
Beynəlxalq elmi adı
  • Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı.
  • Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır. Yumurtanı aprelin sonu – mayın əvvəllərində qoyur, balalar 4-aylıqda uçuşa hazır olurlar.
  • Sayının dəyişilmə səbəbləri: Münasib yaşayış yerlərinin azalması.

Nadir, qışlayan və köçəri növdür.

Təhlükəli həddə yaxındır (NT). Son 20 ildə sayında artım müşahidə olunur. Lakin mənfi antropogen təsirlərdən təhlükəli (VU) vəziyyətə düşə bilər. 1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur.

Rəngi ağdır. Dimdiküstlüyü, dimdikaltlığının dibi və kənarları qara, qalan yerləri narıncıdır. Kiçik və harayçı qulələkdən dimdiyinin narıncı rəngi və onun dib hissəsində qara şişin olması ilə fərqlənir, həm də üzmə vaxtı boynunu "S" hərfi formasında, başını isə maili saxlayır.

AvropadaAsiyada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Kür-Araz, Lənkəran, Samur-Şabran ovalıqları və Abşeron yarımadasının su hövzələrində rast gəlinir. Kələdəhnə, Cil, Mrdov, Qarasu, Şilyan, Sor-Sor və s. göllərin qurudulması nəticəsində yaşayış yerləri kəskin azalıb.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Dənizin sahil suları, körfəzlər, göllər və axmazlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Qışlamağa gələn və miqrasiya dövründə olan populyasiyaları vardır. Noyabrda gəlir, fevralın 2-ci yarısında köçüb gedir. Qidasını xırda onurğasız heyvanlar, su bitkilərinin vegetativ hissələri, xara və sapvarı yosunlar təşkil edir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

1992-ci ilə qədər əsas biotoplarının zəhərli kimyəvi preparatlarla, neft və neft məhsulları ilə çirkləndirilməsi, su hövzələrinin qurudulması.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilib. Azərbaycanın "Qırmızı Kitab"ına, Bern, Bonn, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Qorunmasına ciddi riayət və şaxtalı qışlarda yemlənməsini təşkil etmək. Abşeron yarımadasında daxili su hövzələrinin, Xəzərin neft və neft məhsullarından təmizlənməsi, Kür-Araz, Lənkəran və Samur-Şabran ovalıqlarındakı su hövzələrində narahatedici amillərin aradan qaldırılması vacibdir.