Strasburq kafedralına hücum planı

Strasburq kafedralına hücum planı — 2000-ci ilin dekabrında, Yeni il ərəfəsində "Əl-Qaidə" ilə əlaqəli Strasburq kafedralının ətəyində yerləşən Kriştkindelsmeriki bombalamaq planı. Almaniyanın Frankfurt şəhərində yerləşən "Frankfurt qrupu" terror şəbəkəsinin üstü açıldıqdan sonra FransaAlmaniya polisi planın qarşısını almışdır. Planın bir hissəsi olaraq cəmi on dörd nəfər məhkum edilmişdir. Onlardan dördü Almaniyada və onu Fransada yaxalanmışdır.

Strasburq kafedralına hücum planı
Ümumi məlumatlar
48°34′53″ şm. e. 7°45′03″ ş. u.
Yeri

Britaniya kəşfiyyatı tərəfindən xəbərdar edildikdən sonra Almaniya polisi 26 dekabr 2000-ci ildə Frankfurtda bir mənzilə basqın zamanı bomba hazırlayan avadanlıq aşkar etdi. Dörd nəfər həbs edilmişdir.[1][2]

"Frankfurt qrupu"nun üzvlərinin Əfqanıstandakı "Əl-Qaidə" düşərgələrində təlim keçdikləri, İspaniya, İtaliya, Belçika və Böyük Britaniyadakı islamçı şəbəkələrlə və Əlcəzairin "Sələfi Təbliğ və Mübarizə Qrupu" (GSPC) terror qruplaşması ilə əlaqəsi olduğu müəyyən edilmişdir.[1][2][3] Frankfurtda sui-qəsdin aşkarlanması Birləşmiş Krallıqda növbəti həbslərə səbəb olmuşdur. Burada Avropa Parlamentinin üzvlərini öldürmək üçün daha bir sui-qəsd aşkar edilmişdir.[4] Britaniya polisi Frankfurt əməliyyatı nəticəsində 2001-ci ilin fevralında on iki nəfəri həbs etmişdir.[2]

  1. 1 2 "Chronology: The Plots". PBS Frontline. 25 January 2005. Sitat səhvi: Xətalı <ref> etiketi; "PBS" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  2. 1 2 3 "Five Linked to Al Qaeda Face Trial in Germany". The Washington Post. 15 April 2002. Sitat səhvi: Xətalı <ref> etiketi; "WashingtonPost" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  3. "Jail for Strasbourg bomb plotters". BBC News. 16 December 2004.
  4. "Bin Laden British cell planned gas attack on EU Parliament". The Telegraph. 16 September 2001.