Avropa Parlamenti (həmçinin AP və ya Avroparlament)[1] — Avropa Birliyinə üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. Parlament Avropa Birliyinin üç vacib qurumundan biridir və Birlik ölkələri xalqlarının maraqlarını müdafiə edir. Birliyin o biri vacib qurumları Avropa Birliyinin Şurası və Avropa Komissiyasıdır.
Avropa Parlamenti 1952-ci ildə qurulub. İclasları Brüsseldə və Strasburqda keçirilir. 1979-cu ilə qədər onun üzvlərini dövlətlər təyin edirdi. Həmin il verilən qərarla üzvlər birbaşa seçkilərdə seçilirlər.
Parlamentin üç vacib funksiyası var:
Parlament öz səlahiyyətlərini Şura ilə bölüşür. Qərarların əksəriyyəti birlikdə verilir. Parlament həm də Avropa Komissiyasının üzvləri barədə təkliflərə baxır, onları təsdiq edir.
1979-cu ildən başlayaraq vahid dərəcəli ümumi seçimlə 5 illik iş başına gələn Avropa Parlamentinin cavabdehlikləri bunlardır: Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya da bildirərək (məsləhət üsulu, əməkdaşlıq üsulu, ortaq- qərar üsulu, Parlamentin fikir uyğunluğu) qanuniləşdirir. Bundan başqa hər il Dekabr ayında Avropa Birliyi büdcəsini (1995-ci ildə təxminən 80 milyard ECU) təsdiqləyir. 1986-cı ildə qəbul edilən Vahid Avropa Sənədi qanun təkliflərinin Komissiyanın aktiv iştirakı ilə Parlament və Şura tərəfindən iki dəfə müzakirə edilməsini əhatə edən bir əməkdaşlıq üsulunu müəyyən edərək Parlamentin hüquqlarını artırmışdır. Birlik Anlaşması (Maastricht Anlaşması) ilə bir addım daha irəli gedilərək Parlamentə daha geniş əhatəli qanunvericilik haqları verilmişdir. Anlaşma çərçivəsində qəbul edilən yeni ortaq qərar üsuluna görə
Parlament işçilərin sərbəst hərəkəti, istehlakçının qorunması, təhsil, mədəniyyət, tibb və s. vacib sahələrdəki təlimatnamələrin və əmrlərin qəbulu mövzusunda Şura ilə bərabər statusa layiq görülmüşdür. Parlament ortaq qərar üsulunun, xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətləri ilə Birliyin büdcə mənbələrinin tərif edilməsini də əhatə edəcək şəkildə genişləndirilməsini istəyir. Böyük əhəmiyyət daşıyan bəzi qərarlar (bəzi beynəlxalq anlaşmalar, yeni üzvlərin qatılması, Parlament seçkilərində hər ölkədə eyni üsulun tətbiq edilməsi, birlik vətəndaşlarının iqamət haqqı və s.) üçün Şuranın Parlamentin təsdiqini alması lazımdır. Parlament ümumi heyəti Strasburqda toplanır. Hər ayın bir həftəsi ümumi heyət iclaslarına həsr olunur. Bəzi iclaslar ilə Komissiya toplantıları Şura və Komissiya ilə əlaqələri asanlaşdırmaq məqsədilə Brüsseldə keçirilir. Katiblik isə Lüksemburqda yerləşir.
Avropa Parlamentində bütün siyasi işlər birbaşa seçilən üzvlər tərəfindən və milli parlamentlərdən azad bir formada təmsil edilir. Parlament, eyni zamanda, Avropa Komissiyası üzvlərinin təyinlərini təsdiq etmə və üçdə iki səs çoxluğu ilə Komissiyanı işdən azad etmə hüququna sahib bir yoxlama orqanıdır. Parlament Komissiyanın proqramına səs verir və xüsusilə Komissiya və Şuraya şifahi və yazılı suallar istiqamətləndirərək Avropa siyasətlərinin gündəlik fəaliyyətini izləyir. 1994-cü ildə 3.900-dən çox yazılı sual təklifi verilmişdir. Parlament araşdırma komissiyaları qurur və Birlik vətəndaşlarının ərizələrini tədqiq edir. Birlik Anlaşmasına görə, Parlament Birlik qurumlarının fəaliyyətlərini həyata keçirməsi zamanı ortaya çıxan vəzifədən sui- istifadə insidentləri ilə əlaqədar olaraq vətəndaşların şikayətləriylə maraqlanmaq vəzifəsini daşıyan bir ombudsman təyin etmə hüququna sahibdir. 2003-cü ilin Fevral ayında qüvvəyə minən Nice Anlaşması çərçivəsində Avropa Parlamentindəki kreslo sayı 626-dan 732-yə yüksəldi. Buna görə Parlamentdəki kreslo yayılmasının yeni qatılan ölkələri də əhatə etməsinə qərar verildi; Almaniya 99, Fransa 88, İtaliya 78, İngiltərə 78, İspaniya 54, Polşa 54, Hollandiya 27, Belçika 24, Çex Respublikası 24, Yunanıstan 24, Macarıstan 24, Portuqaliya 24, İsveç 19, Avstriya 18, Danimarka 14, Slovakiya 14, Finlandiya 14, İrlandiya 13, Latviya 13, Litva 9, Sloveniya 7, Estoniya 6, Kipr 6, Lüksemburq 6, Malta 5.