Strategiya video oyunu

Strateji videooyun

[redaktə | mənbəni redaktə et]

Strateji videooyunlar — Kompüterdə oynanan videooyunlardan bəlkə də ən zərərsiz və faydalı olanıdır. Strateji videooyunları daxilində də müxtəlif kateqoriyalar mövcuddur. Lakin əksər videooyun şirkətlərinin seçdiyi ünsür ölkə rəhbərliyi mövzusudur.

Strateji videooyunların prinsip etibarilə 3 növü vardır :

  • Yeni şəhərlər qurmaq
  • xammal çıxarmaq
  • ölkəni qorumaq

videooyuna ayrılan zaman

[redaktə | mənbəni redaktə et]

Bu videooyunlar 1–2 saatlıq yox, əsasən uzunmüddətli oynanılan videooyunlardır. Videooyunu kompüterin yaddaşına yazıb sonra davam etmək lazımdır. Son illərdə çıxan onlayn (online) videooyunlar isə siz yoxkən də həyatın davam etdiyi videooyunlar olaraq diqqət çəkməkdədir . Yəni bu videooyunlar siz videooyundan çıxdığınız halda belə arxa planda zamana uyğun olaraq davam edir. Bu səbəbdən videooyun daxilində inkişaf etdirdiyiniz ölkənizi mütəmadi nəzarətdə saxlamalısınız . Strateji videooyunlarının başlıca məqsədlərindən biri də budur.

Digər oyun tiplərindən üstün cəhəti

[redaktə | mənbəni redaktə et]

Strateji videooyunlarını videooyun dünyasının ən azından ən zərərsiz videooyunları olaraq düşünə bilərik. Çünki videooyunçu beyin gimnastikası etmək və daimi düşünmək məcburiyyətində qalır. Bu videooyunçu üçün faydalıdır.