Stridsvagn 103, İsveç istehsalı olan qülləsiz əsas döyüş tankıdır. S tankı olaraq da tanınır. 1960-2001-ci illər arasında istismar edilmişdir. 2 mühərriki var. Mühərriklərdən biri qaz turbinidir, digəri dizel mühərrikidir, işarəsi olmadığı üçün top düzəldilmişdir. Tank qülləsi olmadığı üçün topu stabildir. Nişan alması və atəş açması üçün tırtıllarının başındakı asqıdan istifadə edir. Asqı sistemi, tankı ön hissəsindən istənilən səviyyəyə kimi yuxarı qaldırır və ya yerə yaxınlaşdırır. Tankın bu şəkildə konstruksiyasının səbəbi, qarla örtülmüş İsveç meşələrində tankın daha rahat hərəkətini və atəş imkanını təmin etmək fikridir. Tankın əməliyyat mənzili 390 km, maksimum sürəti isə 60 km/s olmuşdur.
Stridsvagn 103 | |
---|---|
Tipi | Amfibiya tipli əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1960 |
İstehsal tarixçəsi | |
Konstruktor | Sven Berge |
Konstruksiya tarixi | 1956 |
İstehsalçı | Bofors AB |
İstehsal illəri | 1967 - 1971 |
İstehsal sayı | 290 |
Xüsusiyyətləri | |
Ağırlığı |
103 B: 39.7 t (43.8 amerikan tonu; 39.1 ingilis tonu) |
Zireh |
LOS: ≈192–337mm Actual: 40–70mm |
Mühərrik |
103 A: Rolls-Royce K60 dizel mühərriki, 240 at gücü (179 kW) və Boeing GT502 Qazturbin mühərriki, 300 a.g. (223 kW) 103 B: Rolls-Royce K60 dizel mühərriki, 240 a.g. (179 kW) və Caterpillar 553 qazturbin mühərriki, 490 a.g. (365 kW) 103 C: Detroit dizel mühərriki 6V53T, 290 a.g. (216 kW) və Caterpillar 553 qazturbin mühərriki, 490 a.g. (365 kW) |
Güc nisbəti | 18.3 a.g./ton (C version) |
Mühərrik gücü | 490 A.G. |
Əsas silah | Bofors L74 10.5 cm L/62 tank topu avtoyükləyicili 50 mərmilik |
Köməkçi silah |
2 ədəd sabit 7,62 mm-lik KSP pulemyotu iki 71 mm-lik Lyran minaatanı |
Uzunluğu | 9 m (29 ft 6 in) (top daxil olmaqla) |
Eni |
103 B: 3.60 m (11 ft 10 in) |
Hündürlüyü |
Üstə quraşdırılmış MG daxil olmaqla: 2.430 mm (8 ft 0 in) Zirehli qübbə: 2,140 mm (7 ft 0 in) Avtomobilin damı: 1.900 mm (6 ft 3 in) Üfüqi şəkildə lülə mərkəzi: 1700 mm (5 ft 7 in) |
Ekipaj | 3 (Tank komandiri, topçu/sürücü, arxa sürücüsü) |
Vikianbarda əlaqəli mediafayllar |