Asqı — nəqliyyat maşınlarında hərəkətetdirici orqanları (təkər, vərdənə, xizək) maşının gövdəsi ilə birləşdirən mexanizm və detallar sistemi. Asqı həmçi nin yolun kələ-kötürlüyündən maşına ötürülən dinamiki yükləri azaldır, maşının dartıcı keyfiyyətini yaxşılaşdırır, rəqs və titrəyişləri söndürür, hərəkət prosesində kuzanın vəziyyətini nizamlayır və eyni zamanda maşının dinamikliyini artırır.
Tarixçə: Asqı,(Pnevma) ilk dəfə Mersedes Benz tərəfindən 1998 ci ildə icad edilmiş və S-Class modelində istifadə edilmişdir
Asqılar sərt, yarım sərt və yumşaq olur.
Avtomobil asqıları elastiklik xarakteristikasına görə sabit, dəyişən və artan sərtlikli, qüvvə və momentlərin ötürülmə üsuluna görə ressorlu, ştanqlı və lingli (bir və iki), istiqamətləndirici quruluşun tipinə görə asılı (əlahiddə, balansirli) və sərbəst (asılı olmayan), elastik elementin tipinə görə metal (ressor, spiral yay, torsion və kombinəedilmiş) və qeyri-metal (pnevmatik, hidropnevmatik, rezin və kombinəedilmiş), rəqssöndürücü quruluşun (amortizatorun) tipinə görə lingli (mexaniki, hidravliki) və teleskop şəkilli (bir və iki borulu) və s. olur. Dəmiryol nəqliyyat hərəkət vasitələrinin (lokomotiv, vaqon) asqıları əksər hallarda ressorlu olur. Bu tip asqılar ressorları, yayları, vərəqssöndürücüləri (hidravlik və friksion dempferləri) özündə birləşdirir.
Asqı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 125–126. ISBN 978-9952-441-05-5.