Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Strukturalizm və ya struktural psixologiya[1] — şüur nəzəriyyəsinin cərəyanı. Edvard Bredford Titçener tərəfindən hazırlanmışdır. Bu nəzəriyyə XX əsrdə qəbul edilməyə başlamışdır.
Strukturalistlər yetkin şəxslərin zehnini (doğuşdan bu günə qədər olan təcrübənin ümumi məcmusu) təcrübənin ən sadə müəyyən edilə bilən komponentləri baxımından təhlil etməyə və sonra bu komponentlərin daha mürəkkəb təcrübələr yaratmaq üçün bir-birinə necə uyğunlaşdığını, eləcə də onların fiziki hadisələr ilə necə əlaqəli olduğunu tapmağa çalışırlar. Bunun üçün strukturalistlər introspeksiyadan istifadə edirlər: hisslər, baxışlar, hisslər və duyğular haqqında hesabatları.[2]
XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ-də geniş yayılmışdır. Onun əsasını E. Titçener (1867–1927) qoymuşdur. O, İngiltərədə doğulmuş, Oksford Universitetində təhsil almışdı. 1890-cı ildə elə həmin universitetdə magistr dərəcəsi almışdır. 1890-cı ildə Titçener psixologiya təhsilini davam etdirmək üçün Leypsiqə — Vundtun laboratoriyasına gəlir, Vundtun bacarıqlı və sadiq tələbələrindən biri olur. Leypsiqdə o, əsasən binokulyar görmə və idrak proseslərində zaman reaksiyasını öyrənməyə başlayır. 1892-ci ildə ABŞ-yə köçür və Kornuel Universitetində ən böyük elmi məktəblərdən birini yaradır. Titçeneri Amerikanın Vundtu da adlandırırlar.
Titçener öz nəzəriyyəsini strukturalizm adlandırır. O hesab edirdi ki, psixologiyanın predmeti şüur problemi olmalıdır. Strukturalizmin başlıca vəzifəsini o, psixikanın məzmununu dəqiq müəyyənləşdirməkdə görürdü. Titçener 4 cildlik "Eksperimental psixologiya" əsərində psixologiya elminin nailiyyətlərini strukturalizm mövqeyindən şərh edir. Alimə görə, şüur insan təcrübəsinin subyektiv hissələri ilə qarşılıqlı əlaqəsindən yaranır. Onun fikrincə, bu təcrübə sadə elementlərdən – duyğular, inikas və hisslərin kompleksindən yaranır.
Bu elementlərin hər biri şüurun xüsusi ustanovkası zamanı 4 xüsusiyyətin diaqnostikasını müəyyənləşdirir. Bunlar keyfiyyət, intensivlik, uzunmüddətlilik və aydınlıqdan ibarətdir. Titçener sadə duyğuları əhatə edən 44 min sensor keyfiyyət müəyyənləşdirmişdir. Onlardan 32.820-si görmə, 11.600-ü isə eşitmə duyğularına aiddir.
Titçenerə görə, şüur özünəməxsus məzmum və struktura malikdir və hadisələrin fasiləsiz təsirindən kənarda qalır. Şüurun əsl mahiyyətini dərk etmək üçün xüsusi məşqlər aparılmalıdır ki, duyğu yaradan xarici təsirləri görə bilsin. Məsələn, deyirlər ki, almanı görürlər, amma müəyyən forması, rənfi və ölçüsü olan əşyanı yox. Belə ki, bir qayda olaraq obyekt həmişə qavrayış prosesinə təsir göstərir. İntrospeksiya o zaman səmərəli olur ki, "stimulun səhflərindən" qaça bilir. Yəni obyektin duyğusu ilə duuğu obyektini qarışdırırlar. Titçener sistemli intospektiv eksperimentlərin keçirilməsini zəruri sayırdı. 1910-cu illərində ABŞ-də funksionalizm geniş yayılmağa başladı. Çox keçmədi ki, Titçener özünün "Eksperimentalistlər" qrupunu yaratdı. Daha sonra isə "Eksperimental psixologiya jurnalı"nı nəşr etdirdi.