Edvard Bredford Titçener

Edvard Bredford Titçener (11 yanvar 1867[1][2][…], Çiçester[d]3 avqust 1927[1][2][…], İtaka[d], Nyu-York ştatı) — ingilis əsilli psixoloqdur. Psixologiyanın ABŞ-da təcrübi bir elm olaraq tanınmasında əvəzsiz töhfələri olmuşdur.[3] 1885-ci ildə daxil olduğu Oksford Universitetində bir müddət klassik dillər və biologiya üzrə təhsil aldıqdan sonra Titçener son qərar olaraq Psixologiya sahəsini seçdi. 28 yaşında artıq psixologiya professoru olan E.B.Titçener Vilhelm Vundtun fikirlərindən təsirlənərək həmin istiqamətdə tədqiqatlara davam etdi. Bu sahədə o, daha çox daxili müşahidə metodundan istifadə etdi. E.B.Titçener bu metodun psixologiya sahəsində əhəmiyyətli bir üsul olduğunu qeyd edirdi.[4]

Edvard Bredford Titçener
Edward Bradford Titchener
Doğum tarixi
Doğum yeri Çiçester, Birləşmiş Krallıq
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri İtaka, Nyu-York, ABŞ
Vətəndaşlığı İngiltərə
Milliyyəti İngilis
Elm sahələri Psixologiya
Daxili müşahidə
Empatiya
İş yeri
Təhsili Kornell Universiteti
Oksford Universiteti
Elmi rəhbəri Vilhelm Vundt
Tanınmış yetirmələri Edvin Borinq
Marqaret Floy Uoşbern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvard Bredford Titçener 1867-ci ildə İngiltərənin Çiçester şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. Təhsilinə Qərbi Sussexdəki ən qədim məktəblərdən biri olan "The Prebendal School"-da başlamışdır. 1881-ci ildə, 14 yaşında olarkən Worcestershire-dəki Malvern Kollecində təhsil almağa başladı. 1885-ci ildə isə Oksford Universitetində təqaüdlə təhsilə başladı. Burada dörd il tarix və qədim Yunan-Latın ədəbiyyatını təhsili aldıqdan sonra beşinci il Fiziologiyada elmi işçi oldu. Bu dövrdə E.B.Titçener V.Vundtun psixologiyası ilə maraqlanırdı. V.Vundtun tədqiqatları ilə tanış olduqdan sonra onun "Fizioloji Psixologiyanın Prinsipləri" adlı əsərini Alman dilindən İngilis dilinə tərcümə etdi. O, 1890-cı ildə Oksford Universitetindən məzun olduqdan sonra Leypsiqə, V.Vundtun laboratoriyasına gedərək doktorluq təhsili almışdır. Burada V.Vundtun fikirlərini mənimsəmiş və doktorluq dissertasiyasını bu istiqamətdə tamamlamışdır. Titçener doktorluq dissertasiyasını cəmi iki ildə yəni, 1892-ci ildə bitirmişdir.[5]

E.B.Titchener yeni psixologiyanın İngiltərədəki qabaqcıllarından biri olmaq istəyirdi, lakin o dövrdə İngiltərədəki insanlar öz fəlsəfi mövzularından başqa elmi yanaşmalara qarşı şübhə ilə yanaşırdı. Nəticədə Titçener bir neçə ay Oksford Universitetinin Biologiya kafedrasında müəllim kimi fəaliyyət göstərdikdən sonra psixologiya fənnini tədris etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına getdi. O, eyni zamanda Leypsiqdən olan dostu Frank Angellin və Stanfordun ilk psixoloji laboratoriyasını qurmaq üçün hazırladığı Kornell Universitetindəki laboratoriyanı da idarə etməyi öz öhdəsinə götürmüşdür. O, ömrünün sonuna qədər Kornell Universitetində qaldı. E.B.Titçener 1927-ci ildə, 60 yaşında beyin şişi səbəbilə vəfat etdi.[6]

Nəzəriyyələri və strukturalist fikirləri

[redaktə | mənbəni redaktə et]

E.B.Titçener fikrinə görə, psixologiya əsas elmdir. Bu fikrə əsasən psixologiyanın məqsədi xəstə zehinləri sağaltmaq, fərdləri müalicə etmək deyil, zehinin quruluşunu tədqiq etmək olmalıdır. Titçenerin fikrincə, zehin və şüur ​​anlayışları bir-birindən fərqlənir. E.B.Titçener şüuru müəyyən bir zamanda mövcud olan təcrübələrimiz, ağlı isə həyatımız boyu toplanan təcrübələrimiz olaraq təsvir edir. E.B.Titçener şüurun necə işlədiyinə dair fikirlərini formalaşdırarkən Vilhelm Vundtun "İradə Gücü nəzəriyyəsi" adlı əsərindən və onun assosiasiya, tam qavrayış kimi fikirlərindən təsirlənmişdir. E.B.Titçener kimyaçıların suyu oksigenhidrogen kimi komponentlərə ayırdığı kimi şüuru da onun tərkib hissələrinə ayırmağa cəhd etdi. Çünki, o, kimyəvi maddələrin oksigenhidrogen kimi quruluşlardan meydana gəldiyi kimi, şüurun quruluşunun da hiss və düşüncələrdən ibarət olduğunu düşünürdü. Onun fikrinə görə, hər bir hissin sıxlıq, keyfiyyət, davamlılıq və əhatə dairəsi olmaqla dörd əsas xüsusiyyəti vardır. Bunların hər biri stimulun keyfiyyətinə bərabər olsa da, bəzi stimullar müvafiq hiss ölçüsünə nisbətən daha az təsir edir. Məsələn, hiss üzvlərinin xüsusi bir növü olan, eşitmə "ton" və "səs-küy" şəklində bölünərək daha yuxarı bir səviyyədəçox fərqləndirilir. E.B.Titçener düşüncə və qavrayışın intellektual janrın sözlər, nitq, səs və ya səhifədəki şəkillər kimi hisslərdən meydana gəldiyini düşünürdü. Titchener, şüurun əsas komponentlərini müəyyənləşdirmək və təsnifləşdirmək olarsa, metacognition və idrak proseslərinin quruluşunun ortaya çıxacağına inanırdı. XIX əsrin sonlarında Titchener Wundt'ın əsas fikirlərini ABŞ-a gətirdi. Vilhelm Vundtun düşüncələrini genişləndirərək, şüurun quruluşunu formalaşdıran elementlərə daha çox diqqət ayırması səbəbilə bu psixologiyanı strukturalizm adlandırmış və şüurun quruluşuna dair olan tədqiqatlarını artırmışdır. Titçenerin fikrinə görə, strukturalizmin müəyyənləşdirilməsində üç əsas sual müzakirə olunmalıdır:

  • Təcrübəni yaşayan fərddən asılı olmayan müstəqil bir təcrübə ilə təcrübəni yaşayan fərddən asılı olan təcrübə arasındakı fərqlər nədən ibarətdir?
  • Daxili müşahidənin digər elmlər tərəfindən istifadə edilən metodlarla əlaqəsi nədən ibarətdir?
  • Strukturalizmin məqsədini müəyyənləşdirmək və əsas suallarını cavablandırmaq üçün psixologiya elmi ilə təbiət elmləri arasında oxşarlıqlar nələrdir?

E.B.Titçenerin strukturalizminin üç məqsədi vardır:

  • Şüuru sadə komponentlərinə ayıraraq təyin etmək;
  • Şüurun əsas elementlərinin birləşmələrini müəyyənləşdirmək;
  • Sinir sisteminin komponentlərinin bir-birilə və bu komponentlərin əmələ gətirdiyi birləşmələr ilə olan qarşılıqlı əlaqəsini izah etmək.

E.B.Titçener strukturalist bir psixoloq kimi psixoloji araşdırmalarında və psixoloji proseslərin tədqiqində metodoloji sisteminə xələl gətirmədən təbiət elmlərinə ciddi şəkildə sadiq qalırdı. Titçenerin bu münasibəti psixologiyanı elm kimi qəbul etməsinin bir göstəricisidir. O, eyni zamanda bunlara əməl olunmadığı təqdirdə aparılan tədqiqatların elmi psixologiya olaraq adlandırmağın mümkün olmadığını bildirmişdir.

E.B.Titçenerin Daxili müşahidə metodu haqqındakı fikirləri

[redaktə | mənbəni redaktə et]

Daxili müşahidə metodu E.B.Titçenerin şüurun fərqli komponentlərini təsvir etmək üçün istifadə etdiyi əsas metoddur. Vilhelm Vundtun daxili müşahidəsindən fərqli olaraq, onun daxili müşahidə metodunun analiz hesabatları daha sərt təlimatlara malikdir. Titçener bu metodun həm fiziki, həm də intellektual stimullara tədbiq edilə biləcəyinə inanırdı. Buna misal olaraq tələbələrinə qırmızı bir cisim verərək onun həmin cismə reaksiya verməsini gözləyənə qədər tələbələrindən qırmızı məfhumlar düşünüb daxili müşahidə etmələrini istəməsini göstərmək olar. Titçener, təcrübəçinin obyekt ilə onun analizi mövzusunda təlim keçməsinin lazım olduğunu düşünürdü. Onun sözlərinə görə, təcrübəçi məlumatı anlıq olaraq ifadə etməməlidir. Bu keyfiyyəti ilə Titçenerin müşahidə metodu Osvald Külpenin daxili müşahidə metoduna bənzəyir. Titçener bunu stimullaşdırıcının səhvi kimi izah etmişdir.

E.B.Titçenerin fikrinə görə şüurun elementləri

[redaktə | mənbəni redaktə et]

E.B.Titçener hesab edir ki, əsasən üç şüur ​​vəziyyəti vardır: hisslər, görüntülər və emosional vəziyyətlər. Hisslər qavrayışın əsas elementləridir. Ətrafdakı görüntü, səs, qoxu və fiziki cisimlərin səbəb olduğu digər təcrübələrdə meydana gəlir. Təsəvvür düşüncələrin elementləridir və keçmiş həyatın xatirəsi kimi hal-hazırda mövcud olmayan təcrübələri təsvir edən proseslərdə tapılır. Hisslər (sevgi) həvəs elementləridir və sevgi, nifrət, bədbəxtlik kimi vəziyyətlərdə olur. E.B.Titçener "Psixologiyaya bir baxış" adlı (1896) tədqiqatlarında aşkarladığı hiss elementlərinin siyahısını təqdim etmişdir. Bu siyahıya 44 mindən çox hiss xüsusiyətləri daxildir. Bunların əksəriyyəti vizual və eşitmə qabiliyyətləridir. E.B.Titçener zehni ünsürlərin onları bir-birindən fərqləndirən müəyyən xüsusiyyətlərə sahib olduğunu söyləmişdir. V.Vundtun keyfiyyət və sıxlıq xüsusiyyətlərinə əlavə olaraq, E.B.Titçener davamlılıq və aydınlıq xüsusiyyətlərini də əlavə etdi. Keyfiyyət (quality) soyuqluq və rəng kimi elementləri digər elementlərdən fərqləndirən xüsusiyyətdir. Sıxlıq (intensity) bir sensasiyanın parlaqlığı və ya səs-küyü kimi xüsusiyyətlərdir. Davamlılıq (duration) zamanla bir sensasiyanın gedişatını təsvir edir. Aydınlıq (clearness) şüurlu bir təcrübədə diqqətin rolunu izah edir. Diqqətin mərkəzində olan bir təcrübə, diqqətin yönəldilmədiyi təcrübədən daha üstündür.

E.B.Titçenerin dövrüdə psixologiyada qadınların yeri

[redaktə | mənbəni redaktə et]

Bir qrup psixoloq araşdırmalarını şifahi hesabatlarda müzakirə etmək üçün "Titçenerin Təcrübəçiləri" adlı qrupda bir araya gəldi. E.B.Titçener bu görüşlərə nəzarət edir, qonaqları və məsələləri müəyyənləşdirirdi. Titçenerin tələbəsi olan Edvin Borinqin nişanlısı ilə birlikdə başqa bir qadın, təcrübəçilərin yığışdığı otağın yanındakı otaqda gözləyərkən "yarı açıq qalmış qapının arxasından gələn səsləri eşitmiş və kişi psixologiyasının nədən ibarət olduğunu öyrənmişdi".[7] 1912-ci ildə keçiriləcək iclasda dövrün tədqiqatçılarından olan Kristin Ladd Franklin (1847-1930) də iştirak edib, eksperimental psixologiya mövzusu ilə əlaqəli bir məqalədə oxumaq istəmişdir. K.L.Franklin Göttingen Universitetindəki G.E.Müllerin laboratoriyasında və Q.L.Qelmqolçun laboratoriyasında rəng görmə qabiliyyəti haqqında tədqiqatlar aparırdı. Eyni zamanda Hopkins Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi almaq üçün lazım olan bütün şəraiti də qurmuşdur. Lakin qadın olduğu üçün bu titul K.L.Franklinə verilmədi. Qırx dörd il sonra bu səhv düzəldildi və K.L.Franklinə layiq olduğu ad verildi. K.L.Franklinin iclasda iştirak etmək istəyi E.B.Titçener tərəfindən rədd edilmişdir. Titçener bunu bir dostuna belə izah edirdi: "Xanım Franklin iclaslarda qadınların iştirakına icazə vermədiyim üçün məni mətbuatda fikir söyləməklə hədələyir".[8] Vəziyyət bu cür davam edərkən Titçener dövrün qabaqcıl universitetlərindən olan HarvardKolumbiya Universitetlərindən çox fərqli bir yanaşma həyata keçirərək doktorluq proqramında iştirak edən tələbələrin üçdə birini qadınlardan təşkil etmişdir. Ancaq yenə də təcrübəçi iclaslarında qadınların iştirakına olan mənfi münasibətini qoruyurdu. Titçenerin təşviqi sayəsində psixologiya üzrə ilk doktorluq dərəcəsini Titçenerin öz tələbəsi Marqaret Floyd Uoşbern aldı. M.F.Uoşbern karyerasının növbəti illərində Amerika Psixoloji Assosiasiyasının prezidenti vəzifəsinə qədər yüksəlmişdir.[9]

Daxili müşahidə metoduna qarşı yönələn tənqidlər

[redaktə | mənbəni redaktə et]

E.B.Titçener və onun sisteminə qarşı yönəldilmiş ən ciddi tənqid daxili müşahidə metoduna qarşı olmuşdur. Titçenerdən əvvəl daxili müşahidə metodunu təqdim edən Vilhelm Vundt, bunu xarici bir stimula cavab olaraq izah etmişdir. Buna qarşı Titçener, şüur ​​elementlərinin subyektiv ifadəsi ilə məşğul olmuşdur. Tənqidlər O.Külpe metoduna bənzəyən Titçenerin metoduna yönəldildi. Daxili müşahidə metodu artıq uzun müddət idi ki, tətbiq olunurdu. Buna paralel olaraq, uzun bir tənqid tarixinə malik idi. Yüz il əvvəl alman filosofu İmanuel Kant və pozitivist Ogüst Kont bu metodu tənqid etmişdir. İ.Kant bu metodun şüur ​​təcrübəsini dəyişdirdiyini, O.Kont isə belə bir metodun qeyri-mümkün olduğunu söylədi (Wilson, 1991). Titçenerin daxili müşahidə metodu ilə bağlı digər bir tənqid isə Henri Maudsley tərəfindən edildi. Daxili müşahidə metoduna qarşı Titçenerdən əvvəlki illərdə də tənqidlər mövcud idi. Bu tənqidlər metodu daha da xüsusiləşdirib təcrübiləşdirmişdir. Lakin daha da xüsusi hala gəlməsinə baxmayaraq edilən tənqidlərin miqdarı dəyişmədi. Bu tənqidlərdən biri də daxili müşahidə metodunun tərifi ilə əlaqəlidir. Titçener bu tərifi tam olaraq, dəqiq şəkildə ifadə etməməsi səbəbilə tənqid edilirdi. Strukturalist daxili müşahidə metoduna yönəldilən başqa bir tənqid isə daxili müşahidə metodunu həyata keçirəcək şəxslərin nə etmələri haqqında gördükləri təlim idi. Xüsusilə metodu öyrənən müşahidəçilərdən bəzi sözləri təcrübə prosesində nəzərə almaları tələb olunurdu. Buna görə də daxili müşahidə metoduna aid bir dil və ya lüğət təsis oluna bilərdi. Ancaq belə bir fikir həyata keçmədi. Çünki, Titçener əgər təcrübənin xarici şərtləri diqqətlə yoxlanılarsa şüur ​​təcrübəsinin təyin edilə bilinəcəyini düşünürdü. Nəticə eibarilə, Titçenerin də müşahidə etdiyi kimi, çox ciddi nəzarət altında olan mühitlərdə həyata keçirilən təcrübələrdə də fikir ayrılıqları meydana gəlirdi. Lakin Titçener bir müddət sonra hər hansı bir nəticəyə gələcəyini iddia edirdi. Digər bir ittiham isə Titçenerin daxili müşahidə metodunun bir növ "xatırlama" olması fikri idi. Çünki, təcrübə və onun ötürülməsi prosesi arasında müəyyən bir vaxt mövcud idi. Strukturistlərin buradakı əsas tənqidi müşahidəçilərin bu zamanı çox qısa saxlaması və beləliklə də, zehni görüntülərin qorunması idi. Digər bir tənqid isə təcrübə prosesinin diqqətlə nəzərdən keçirilməsi səbəbilə təcrübənin yoxa çıxması və ya təsirinin azala biləcəyinə dair idi. Ancaq Titçener təcrübəli müşahidəçilərlə işləməyin vəziyyəti aradan qaldıracağını söylədi. Ümumiyyətlə, strukturizm zehni hissələrə ayırıb təhlil etməsi baxımından səmərəsiz bir proses kimi tənqid olundu. Strukturistlərin psixologiyanı yalnız öz metodları ilə müəyyənləşdirmələri, digər düşüncə sahələrinə məhəl qoymamaları və Titçenerin uşaq və heyvan psixologiyasını heç bir şəkildə psixologiya sahəsinə daxil etməmələri Titçener və onun strukturalist fikirlərini hədəf alan əsas mövzular idi.

E.B.Titçener "Təcrübi Psixologiya: Laboratoriya təcrübəsi üzrə təlimat" ("Experimental Psychology: A Manuel of Laboratory Practice") adlı kitabında daxili müşahidə metodunu tamamilə inkişaf etdirmişdir. Bu kitabda Titçenerin eksperimental psixologiya nəzəriyyəsindən bəhs olunsa da, daxili müşahidə metoduna da yer ayrılmışdır. Thitçener "Psixoloji təcrübələr vasitəsilə və ya standart şərtlər daxilində daxili müşahidə metodu meydana gəlir" ifadəsi ilə bərabər laboratoriyasında "Tələbələr üçün təlimatlar" adlı alt bölüm təsis etmiş və daxili müşahidə metodundan istifadə olunmayan psixoloji təcrübələrin etibarlı olmadığını müdafiə etmişdir. Bu kitabda Titçener tələbələrə Veber qanunu, vizual ziddiyyət, post-görüntü, eşitmə və iybilmə duyğuları, fəza qavrayışı, düşüncə və onlar arasındakı münasibətlər, vizual illüziya eksperimentinin metodlarının təməl əsasları, habelə eksperiment zamanı müvafiq davranışlar haqqında ümumi şərhlərə yer vermişdir.

  1. 1 2 Edward B. Titchener // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Edward Bradford Titchener // Brockhauz Ensiklopediyası (alm.).
  3. Köymen, O. (1985). Edward Bradford Titchener. Türk ve Dünya Ünlüleri Ansiklopedisi. içinde (10, ???-??? ). İstanbul: Anadolu Yayıncılık.
  4. Edward Bradford Titchener Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine, Erişim tarihi: 29 Mayıs 2016
  5. Edward Bradford Titchener. 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  6. "Edward Bradford Titchener". 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  7. Boring, 1967, s. 322
  8. Scarbrought&Furumoto, 1987, s. 126
  9. Schultz,D. ve Schultz,S.E.(2007). Modern Psikoloji Tarihi (Y. Aslay, Çev.)İstanbul: Kaknüs Yayınları

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]