Proqramlaşdırma paradiqması |
---|
|
Strukturlu proqramlaşdırma (ing. structured programming,rus. структурное программирование, türk. yapısal programlama) — proqramların "ayır və buyur" ideyasına uyğun gələn layihələndirilməsi metodologiyası. E. Deykstra (Edsger Dijkstra) tərəfindən işlənib hazırlanıb. Proqram məsələlər toplusu kimi layihələndirilir. Sadə təsvir üçün çox çətin olan məsələlər bir neçə daha kiçik altməsələlərə bölünür və proses bütün məsələlər yetərincə anlaşıqlı olanadək davam etdirilir.
Belə layihələndirmə nəticəsində proqram iyerarxik təşkil olunmuş və hər birinin yalnız bir giriş və bir çıxış nöqtəsi olan yığcam modullardan ibarət olacaq. Bundan başqa, strukturlu proqramlaşdırma GOTO deyimlərindən istifadəyə məhdudiyyət qoyur, çünki hesab edilir ki, proqramda xətaların sayı keçidlərin sayının kvadratına mütənasib artır. İri layihələrdə strukturlaşmış proqramları işləyib hazırlamaq və müşayət etmək asandır. Ancaq bu metodun bir sıra çatışmazlıqları var, məsələn, verilənlərin strukturları, onları idarə edən funksiyalardan ayrıldığından, verilənlər və onlar üzərində əməllər vahid tam kimi qavranılmır.