Stuhmsdorf (İsveçcə: Stilleståndet i Stuhmsdorf) və ya Sztumska Wieś (Polyakca: Rozejm w Sztumskiej Wsi) haqqında 12 sentyabr 1635-ci ildə Polşa-Litva İttifaqı ilə İsveç İmperiyası arasında Stuhmun (Sztum) cənubunda Krallıq Prussiyasında (indiki Sztumska Wieś, Polşa), Stuhmsdorf kəndində imzalanmış sülh müqaviləsi. Müqavilə 26 il yarımlıq müddətlik atəşkəs haqqındadır. Otuzillik müharibədə iştirakından zəifləyən İsveç, torpaq imtiyazları baxımından Reç Pospolitaya qarşı müsbət olan şərtləri qəbul etdi. Polşa kralı son on ildə Polşa-İsveç müharibələri nəticəsində itirilən bir çox ərazini geri qaytardı, lakin müqavilə İsveç və müttəfiqləri (Fransa krallığı, İngiltərə və Hollandiya Respublikası) üçün də faydalı oldu.
Sülh İsveçin 1655-ci ildə İsveçin Reç Pospolitanı tamamilə işğal etməsinə qədər davam etmişdir.