Suğdak yürüşü

Suğdak yürüşüAnadolu Səlcuqlu qüvvətləri tərəfindən Qara dənizin şimal sahillərinə təşkil edilən dəniz və quru yürüşüdür.[1]

Monqolların Qıpçak ölkəsini işğal etmələrindən (1223) sonra, Qara dəniz ticarət yolunun təhlükəsizliyi sarsıldı. Digər tərəfdən, Trabzon Rum imperiyasının hakimiyyəti altındakı Suğdakın rum hakimləri də cənubdan gələn tacirlərin hücumlara məruz qalmasına göz yumduqlarında, Anadolu ilə Krım arasında ticarətin həcmi xeyli dərəcədə azaldı.

Ticarət əlaqələri baxımından Qara dəniz yolunun açıq tutulmasına önəm verən Anadolu Səlcuqlu hökmdarı I Əlaəddin Keyqubad Sinopda qurdurduğu tərzanədə güclü donanma hazırlatdıqdan sonra Kastamonu uc bəyi əmir Hüsamətdin Çobana Sudak yürüşünə çıxmağı əmr etdi (1224) 20 min əsgər və yeni yaradılmış ilk Səlcuqlu donanması iilə Qara dənizə çıxan Hüsamətdin Çoban Krım sahillərinə çıxaraq, mühasirəyə aldığı Suğdakı rumlardan aldı. Rus-Qıpçaq birləşmiş ordusunun etdiyi hücumları da dəf edib, bütün bölgəni Anadolu Səlcuqlu dövlətinə birləşdirdi. Sudakı bölgənin mərkəzi edən Çoban şəhərə əsgərlər yerləşdirdikdən sonra geri döndü.[2]

Səlcuqluların bölgədəki hakimiyyəti buraların 1239-cu ildə monqollar ətərfindən ələ keçirilməsinə qədər davam etdi. Monqollar, qıpçaqları dilləri və mədəniyyətləri ilə oxşarlıqlarına işarə edərək onları tərk etməyə inandırdıqdan sonra Alanları məğlub etdilər. Buna baxmayaraq, qıpçaqlar sonradan məğlub oldular. Xan Kötenin rəhbərliyi altında qıpçaqlar Kiyevin Böyük Knyazlığına (Ruteniyalılar) qaçdılar, burada qıpçaqların bir neçə evlilik əlaqəsi oldu, bunlardan biri də Qalisiyanın Köten'in kürəkəni Mstislav Mstislaviç idi.Rutenlilər və qıpçaqlar monqollara qarşı ittifaq qurdular və onları tapmaq üçün Dneprdə görüşdülər. Səkkiz günlük təqibdən sonra Kalka çayında görüşdülər (1223). Monqollar kimi at oxatan olan qıpçaqlar avangard və keşikçi kimi xidmət edirdilər. Çevrildiyi görünən monqollar, təpələrin arxasında və ətraflarını qəflətən meydana çıxdıqdan sonra Ruteniyan-Qıpçaq qüvvəsini tələyə saldılar. Qaçan qıpçaqlar yaxından təqib edildi və Rutenya düşərgəsi qətliam edildi.

Köçəri qıpçaqlar 1236-cı ildə Volqanı keçəndə monqolların əsas hədəfləri idi. Məğlub olan qıpçaqlar əsasən monqol sıralarına girdilər, digərləri qərb tərəfə qaçdılar. Köten 40.000 ailəni Macarıstana apardı və burada King Bela IV xristianlaşma müqabilində onlara sığındı. Qaçqın Qıpçaklar Köten öldürüldükdən sonra Macarıstandan qaçdı.[3]

  1. Osman Turan. Səlcuqlar dövründə Türkiyə. Ötüken Neşriya. səh. 266.
  2. Aytaç Bozkuyu. Türk-İslam tarixi. səh. 41.
  3. Mustafa Tanrıverdi. Tarih boyunca gümrükler. səh. 34.