2017 Su idman növləri üzrə Dünya Çempionatı — 14-30 iyul 2017-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində keçirilən 17-ci FİNA Su idman növləri üzrə Dünya Çempionatıdır.[1][2]
17-ci FİNA Dünya Çempionatı | |
---|---|
Ev sahibi | Budapeşt, Macarıstan |
Tarix | 14–30 İyul |
Məkanlar | Dunay Arena, Alfred Hajos Milli Üzgüçülük stadionu, Balaton gölü |
İştirak edən ölkələr | 180 |
2011-ci il 15 iyul tarixində Şanxay şəhərində FİNA-nın Ümumi Qurultayı baş tutdu. 2017 Su idman növləri üzrə Dünya Çempionatının ev sahibi olacaq şəhər kimi Meksikanın Quadalaxara şəhəri elan edilmişdir. Eyni səsvermə ilə Rusiyanın Kazan şəhəri 2015-ci ildə Dünya Çempionatını qəbul etmişdir. Çinin Honkonq şəhəri isə həmin səsvermədə məğlub olmuşdur. Quançjou (Çin) və Monreal (Kanada) səsvermədən əvvəl yaxın vaxtlarda tender təkliflərini geri götürmüşdür.
2015-ci ilin fevral ayında Meksika təşkilatçılar bildirdilər ki, onlar multi-idman su tədbirinin keçirilməsinə sərf olunacaq 100 milyon dollar vəsaiti rəva bilmirlər.[3] Ölkə dünya çempionatına ev sahibliyi vərəqəsini geri götürdü. 11 mart 2015-ci ildə Budapeşt Dünya Çempionatına ev sahibliyi edəcəyini açıqladı.[4]
Turnirin təşkil olunduğu məkanlardan ikisi Budapeştdə yerləşir: Dunay Arena yeni qapalı üzgüçülük hovuzudur. Burada çempionatın üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışları keçirilmişdir. Kompleks Marqaret adasından şimalda, Dunay çayının şərq sahilində yerləşir. Digər məkan isə Alfred Hajos Milli Üzgüçülük stadionudur. Məkan Marqaret adasında yerləşir. Voterpol yarışları bu məkanda keçirilmişdir. Açıq hovuz üzgüçülüyü və yüksək suya tullanma yarışları isə Balaton gölündə keçirilmişdir.[5]
● | Açılış mərasimi | ● | Digər yarışlar | ● | Finallar | ● | Bağlanış mərasimi | K | Kişilərin oyunları | Q | Qadınların oyunları |
İyul | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mərasimlər | ● | ● | |||||||||||||||
Üzgüçülük | ● | ● | ● | ● | ● | ● | ● | ● | |||||||||
Açıq hovuz üzgüçülüyü | ● | ● | ● | ● | ● | ● | |||||||||||
Sinxron üzgüçülük | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ||||||||
Suya tullanma | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ||||||||
Yüksək suya tullanma | ● | ● | ● | ||||||||||||||
Voterpol | Q | K | Q | K | Q | K | Q | K | Q | K | Q | K | Q | K |