Yellouston Milli Parkı

Yellouston Milli Parkı (ing. Yellowstone National Park) — ABŞ-nin Aydaho, MontanaVayominq ştatlarında yerləşən milli park. 1 mart 1872-ci ildə prezident Ulis S. Qrantın imzası ilə yaradılan ABŞ-nin və dünyanın ilk milli parkıdır.

Yellouston Milli Parkı
Yellowstone National Park
Güllük Dağı Milli Parkı
Güllük Dağı Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 8.983,18 km2 ha
Yaradılma tarixi 1 mart 1872
Ziyarətçi sayı
  • 3.806.306 nəf. (2020)[1]
İdarəetmə orqanı ABŞ Milli Park Xidməti
Yerləşməsi
44°36′00″ şm. e. 110°30′00″ q. u.HGYO
Ölkə  ABŞ
Vilayət Vayominq
Montana
Aydaho
Rayon Park qraflığı (Montana)
Teton qraflığı (Vayominq)
Qallatin qraflığı (Montana)
Park qraflığı (Vayominq)
Fremont qraflığı (Aydaho)
www.nps.gov
Yellouston Milli Parkı xəritədə
Yellouston Milli Parkı
Yellouston Milli Parkı
Yellouston Milli Parkı xəritədə
Yellouston Milli Parkı
Yellouston Milli Parkı
Rəsmi adıYellowstone National Park
TipiTəbii
Kriteriyavii, viii, ix, x
Tarixi1978 (2-ci sessiya)
İstinad nöm.28
Təhlükədə1995–2003
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yellouston Milli Parkının sahəsi təxminən 8987 km²-dir. ABŞ-nin Aydaho, Vayominq və Montana ştatlarının sərhədlərinin kəsişdiyi sahədə yerləşir. Böyük bir hissəii (96%) Vayominqda, 3%-i Montanada, 1%-i İdaho ştatındadır. Çox böyük qeyzerləri ilə tanınır. Dünyadakı isti su qaynaqlarının yarısı burada yerləşir, sayı 10 000-dən çoxdur. Yelloustonda 300-dən çox qeyzer, 290-dan çox da irili-xırdalı şəlalə vardır.

Yelloustonda olan ən önəmli və ən çox ziyarət olunan yerlər:

Old Feyzful qeyzeri, Böyük Kanyon, Medison, Mamont isti bulağı, Palçıq yanardağı, Norris, Vest sömb qeyzerləri, Yellouston gölü, Fişing körpüsü, Lover-Apper şəlalələri nöqtələridir.

Old Feyzful ən çox ziyarət edilən qeyzerdir. Təqribi olaraq hər 91 dəqiqədə bir, çox yüksək istilik dərəcəsinə çatan isti suyu və buxarını püsgürtməkdir.

Yellouston Milli Parkı məməlilər, quşlar, balıqlar və sürünənlərin yüzlərlə növünə ev sahibliyi edir.Yelloustonda özəlliklə Şimal Amerika boz ayısı, Amerika Qara ayısı, Kanada maralı, antilop, çakkal və vaşaqlar sıx olaraq olmaqdadır.

1960-cı ilin sonuna doğru Yelloustonda ayı sayı atrmışdır. Ayılar insanlardan qorxmadıqları üçün, park və gəzinti yerlərində zibilləri qarışdıraraq yem tapmağa çalışırlar. Sonunda bunu önləmək üçün parkdakı bütün zibilqabılarını qapalı və ayıların çata bilməyəcəyi formada dizayn etmişdir.

Parkdakı termal fəaliyyətlər də heyvanların yeməklə təmininə böyük kömək göstərir. Qeyzerlərin yaydığı isti otların daha yaxşı yetişməsinə və qışda qarla örtülməsinin qarşısını alır.

Yelloustonda təqribən 1100 növ yerli, 200-dən çox eqzotik bitki növü var.

  1. https://irma.nps.gov/Stats/SSRSReports/National%20Reports/Query%20Builder%20for%20Public%20Use%20Statistics%20(1979%20-%20Last%20Calendar%20Year).