Sualtı qayıq (ing. Das Boot, Almanca tələffüz: [das ˈboːt], hərf. "Qayıq") — Lothar-Günter Buxheym tərəfindən 1973-cü ildə yazılmış, onun "U-boat" sualtı qayıqlarında müharibə müxbiri kimi təcrübələrinə əsaslanan avtobioqrafik Almaniya romanı. Buxheym İkinci Dünya müharibəsi zamanı "U-96" və "U-309" sualtı qayıqlarında keçirdiyi vaxtları qeydə almışdır. Buxheymin tarixi dram kitabı 1973-cü ildə "Piper Verlag" tərəfindən nəşr olunmuş, kitab milyonlarla tirajla satılmış və 18 dilə tərcümə edilmişdir. Roman Almaniya sualtı qayığında ağır və çətin sualtı döyüş həyatını təsvir edir.[1][2][3]
Sualtı qayıq | |
---|---|
alm. Das Boot | |
Orijinalın dili | alman dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1973 |
Kitab 1981-ci ildə Volfqanq Petersenin ssenari müəllifi və rejissoru olduğu, baş rollarda Yurgen Proxnov, Herbert Grönemayer və Klaus Vennemannın oynadığı "Sualtı qayıq" döyüş filminin əsasını təşkil edirdi. Film romanın məzmununa bəzi dəyişikliklər etmişdir.[4][5]