Subaba türbəsi

Subaba türbəsiAzərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən türbə və tarix-memarlıq abidəsi. Türbə XVI əsrdə tikilib.

Subaba türbəsi
Xəritə
41°22′44″ şm. e. 48°25′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşir Alpan, Quba
Tikilmə tarixi XVI əsr
Vəziyyəti qəzalı
İstinad nöm.4625
KateqoriyaTürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Subaba türbəsi Quba rayonunun Alpan kəndində yerləşir.[1] XVI əsrdə tikilən bu türbə Səfəvilər dövründə Şah İsmayıl Xətainin qoşununun, Dərbənd yürüşü zamanı bu kənddən keçərkən vəfat etmiş sərkərdələrdən biri olan, sufi Mikayılın məzarı üzərində tikilib.[2] Türbənin adı zaman keçdikcə Sufibaba, Sufbaba, Subbaba kimi dəyişərək Subaba adını alıb.[3]

Azərbaycan mifoloq-türkoloqu Mirəli Seyidov isə Subaba türbəsini Sucəddim ayini ilə, suya inam ilə əlaqələndirir. "Sucəddim" ( "cəddim" "baba" mənasındadır) və "Subaba" sözləri arasındakı əlaqə də suya inamı göstərir. Həmçinin, türk xalqlarında müqəddəslərə baba deyilməsinə rast gəlinir. Subaba türbəsi Susay kəndindən başlayan çaylağın ayağındadır. "Susay" mürəkkəb sözü bir versiyaya görə "su" və "say" (saymaq, hörmət etmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir, "suya hörmət" deməkdir. Seyidova görə, su çaylağının ayağında belə bir abidənin tikilməsi təbiidir.[4]

1918-ci ilin mart ayında erməni dəstələri Quba rayonunun Alpan kəndinə də hücum ediblər.[5] Ermənilərdən zəif silahlanmış kənd camaatı müqavimət göstərsə də məğlub olublar.[6] Bundan sonra ermənilər qəbiristanlığındakı baş daşlarını dağıdıb, Subaba türbəsini yandırıblar.[7] Türbənin ətrafındakı qəbirlərin baş daşlarının üzərində güllə və qəlpə izlərinə rast gəlinir.[6]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə türbə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8] Uzun illər bərpa olunmayan türbə qəzalı vəziyyətdədir. Günbəzi uçub, divarları isə dağılıb.[9]

  1. Zeynalova, Ülkər. Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu / Qubanın tarixi yerləri və abidələri (az.). Bakı. 2019. səh. 254. Archived from the original on 2022-06-17. İstifadə tarixi: 2022-06-17.
  2. Ramazanlı, Ramiz. "1918-ci ilin Quba soyqırımının izləri tarixi abidələrdə də qalmaqdadır". medeniyyet.az (az.). 2022-03-30. İstifadə tarixi: 2024-04-19.
  3. Şəhrili, Araz. "ŞAH İSMAYIL SUFİSİNİN MART SOYQIRIMINDA DAĞIDILMIŞ TÜRBƏSİ". Millikimlik.az (az.). 2022-04-08. İstifadə tarixi: 2024-04-19.
  4. Seyidov, 2018. səh. 199
  5. "Qubanın Alpan kəndində erməni daşnakların törətdiyi soyqırımının nişanələri". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2014-03-31. 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  6. 1 2 Zeynalova, Ülkər. Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu / Qubanın tarixi yerləri və abidələri (az.). Bakı. 2019. səh. 255. Archived from the original on 2022-06-17. İstifadə tarixi: 2022-06-17.
  7. "Qubada erməni vandalizmi: Səfəvi sərkərdəsinin türbəsi » Shimal News". Shimal News (az.). 2021-08-23. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. Baba, Elşən. "Yox olmaq təhlükəsi qarşısında qalan türbə - FOTOREPORTAJ". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.