Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev; 4 dekabr 1950, Bakı) — Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (2019) və əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri.
Kamal Abdulla | |
---|---|
Vəzifədədir | |
1 iyun 2017-ci ildən | |
Vəzifədədir | |
28 noyabr 2014-cü ildən | |
28 fevral 2014 – 1 iyun 2017 | |
iyun 2000 – 28 fevral 2014 | |
Əvvəlki | Firudin Hüseynov |
Sonrakı | Asif Hacılı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1950 (73 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | türkoloq, yazıçı, ədəbiyyat tənqidçisi, ədəbiyyat tarixçisi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
kamalabdulla.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin[1] fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür.
Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə) təşkilatçısı və iştirakçısı olub.
300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.
Akademik Kamal Abdulla 2015-ci ildə (prof. E. Ə. Nəcəfov ilə həmmüəlliflikdə) "Multikulturalizm" fənni üzrə "Multikulturalizmə giriş" (Bakalavr səviyyəsi üçün) və "Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. O, "Azərbaycan multikulturalizmi" adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E. Ə. Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.
Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub və nəşr edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.
Kamal Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı:
Nəşr olunmuşdur:
"Yarımçıq əlyazma" romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Bundan sonra "Le Manuscrıt inachevé" adı ilə Fransada (Paris, L’Harmattan, 2005, təkrar nəşr: 2013), "Eksik El Yazması" adı ilə Türkiyə (İstanbul, Ötüken, 2006, təkrar nəşr: 2014), Rusiyada "Неполная рукопись" adı ilə (Moskva, Xroniker, 2006, təkrar nəşr: "Романы" kitabında (Moskva, Xudojestvennaya literatura, 2013), "Под сенью Карагача" (Moskva, Xudojestvennaya literatura, 2016), Braziliyada "O Manuscrito İnacabado" adı ilə (João Pessoa, İdeia, 2009), Polşada "Zagadkowy Rykopis" adı ilə (Torun, 2009), Misirdə "رلمخطوط المبتو" adı ilə (Qahirə, 2012), Amerikada "The Incomplete Manuscript" adı ilə (Hyuston, 2013), Qazaxıstanda "Толык емес колжазба" adı ilə (Astana, 2013), Avstriyada "Das unvollständige manuscript" adı ilə (Vyana, 2013), Qırğızıstanda "Толук емес колжазма" adı ilə (Bişkek, 2014), İtaliyada "İl Manoscritto İncompleto" adı ilə (Roma, 2014; Roma, 2015), Monteneqroda "Nepotpuni rukopis" adı ilə (Podqorica, 2015), Yaponiyada (Suseyşa, 2017) çap edilib.
Sufi dərvişlərin həyatından bəhs edən "Sehrbazlar dərəsi" romanı Bakıda 2006-cı ildə (ikinci nəşr: Bakı, "Qanun", 2018), "Büyücüler deresi" adı ilə Türkiyədə 2010-cu ildə, "Долина Кудесников" adı ilə Rusiyada 2010-cu ildə (Rusiyada təkrar nəşr: "Романы" kitabında, Moskva, Xudojestvennaya literatura, 2013, "Под сенью Карагача", Moskva, Xudojestvennaya literatura, 2016), "Stebukladarių slėnis" adı ilə Litvada 2013-cü ildə, "Сикыршылар ангары" adı ilə Qazaxıstanda 2013-cü ildə, "La vallée des magiciens" adı ilə Fransada 2013-cü ildə, "魔術師の谷" adı ilə Yaponiyada 2013-cü ildə, İranda 2014-cü ildə, "Valley of the sorcerers" adı ilə Amerika Birləşmiş Ştatlarında 2015-ci ildə, "La valle dei maghi" adı ilə İtaliyada "Sandro Teti Editore" nəşriyyatında 2016-cı ildə, "Cămpia Vrăjitorilor" adı ilə Rumıniyada "Princeps Multimedia" nəşriyyatında 2019-cu ildə çap olunub.
Kamal Abdullanın "Unutmağa kimsə yox…" romanı 2011-ci ildə Bakıda (ikinci nəşr: Bakı, "Qanun", 2018) çap edilmişdir. Roman "И некого забыть…" adı ilə 2015-ci ildə Bakıda, "Qanun" nəşriyyatında rus dilində, 2016-cı ildə "Под сенью Карагача" kitabında, Moskvada, "Xudojestvennaya literatura" nəşriyyatında çap edilmişdir. "Unutmağa kimse yok" adıyla Türkiyədə nəşr edilib.
Müəllifin öz məktəb həyatından bəhs edən "Tarixsiz gündəlik" povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci ildə povest "Открывая друг друга" adlı topluda "Дневник с заметками на полях" adı ilə rus dilində çap edilmişdir. Tarixsiz gündəlik" povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Əsərlər toplusu" adlı kitabda dərc edilib. Həmçinin 2007-ci ildə povest "Един към друг" adlı topluda "Дневник с бележки в полетата" adı ilə bolqar dilində çap edilmişdir.
Moskvada "Господин дороги" adlı şeirlər və pyeslər toplusu nəşr edilmişdir (Moskva, Rif Roy, 2004). 2009-cu ildə 10 hekayədən ibarət "Hekayələr"(Bakı, Mütərcim) kitabı çapdan çıxmışdır. 2012-ci ildə 17 hekayədən ibarət "Labirint" adlı kitabı çap olunmuşdur. 2014-cü ildə "Sirri-zəmanə" adlı hekayələr toplusu çap olunmuşdur. 2014-cü ildə Moskvada son illərdə qələmə aldığı hekayələr toplanmış "Платон, кажется, заболел…", 2017-ci ildə "Edam vaxtını dəyişmək olmaz" hekayələr kitabı, "Platon se izgleda razboleo…" hekayələr toplusu Belqrad, Verzal. D.o.o nəşriyyatında 2018-ci ildə çap olunmuşdur.
Kamal Abdullanın "Laokoon… Laokoon" romanı Almaniyada nəşr olunub. Almaniyanın "Pem" nəşriyyatı tərəfindən çap olunan kitab "Amazon" və "Thalia" kimi böyük internet satış saytlarında oxuculara belə təqdim edilib: "Laokoon və ya roman kimi roman[2].
Kamal Abdullanın müəllifliyi ilə "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı" onun tərəfindən ADA Universitetində "Azərbaycanşünaslıq" kursunda oxunan mühazirələr əsasında yazılıb. Nəşrdə Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyətindən söhbət açılır, Azərbaycanın intibah və maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır. Ədəbi fikrimizin zirvəsi hesab edilən "Kitabi-Dədə Qorqud" dastanının tədqiqatçısı Kamal Abdulla bu nəşrdə Azərbaycanın multikulturallıq modelinin dastandakı izlərini araşdırır, milli-mənəvi dəyərlərimizi qlobal dəyərlər fonunda qiymətləndirərək gənc nəsli dastanı öyrənməklə dünya ilə adekvat münasibətlər qurmağa çağırır. Kitab digər təhsil müəssisələrində də "azərbaycançılıq" məfkurəsinin tədrisində dəyərli vəsait kimi istifadə edilə bilər[3].
Onun haqqında "Kədərin sirri" (müəllifi Elçin Səlcuq), "Kamal Abdulla: seçimin morfologiyası" (müəllifi prof. Asif Hacılı), "Kamal Abdulla: Yazıdan mifə" (müəllifi Rüstəm Kamal) və Türkiyədə "Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində" (müəllifi Mehman Musaoğlu), Rumıniyada "Камал Абдулла: Философия полноты" (müəllifi Lyudmila Bejenaru) adlı kitablar çap olunub. Elmi və bədii yaradıcılığı ilə bağlı Rusiya, Türkiyə, Fransa, Braziliya, Polşa, Litva, Rumıniya, Qazaxıstanda, Qırğızıstanda və başqa ölkələrdə yazılar çap edilib.