Sufi Həmid türbəsi — Abşeron rayonunun Hökməli kəndində yerləşir.
Deyilənlərə əsasən, türbə XVIII əsrdə tikilib. Hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.[1]