Suk-Əhras (ərəb. سوق أهراس) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Suk-Əhras | |
---|---|
سوق أهراس ⵙⵓⵇⴻⵀⵔⴰⵙ | |
36°17′11″ şm. e. 7°57′04″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 699 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 41000 |
Vikianbarda əlaqəli mediafayllar |
Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir.
Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir.[2]
Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir.
2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:[3]
1977 | 1987 | 1998 | 2008 | 2012 |
---|---|---|---|---|
57,173 | 80,015 | 116,655 | 155,259 | 180,572 |
Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir.
Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.[2]