Sula adaları — Malay arxipelaqına daxil olan adalar qrupu. Sulavesi adasından şərqdə yerləşir. Ərazisi 4800 km²-dir. Əsas adaları: Taliabu, Manqole, Sanana. Ən hündür zirvəsi 1157 metr olan zirvə Taliabu adasında yerləşir. Ərazisi əsasən qranit, qum və əhəngdaşından ibarətdir. İqlimi ekvatorialdır, il ərzində 1700-3000 mm yağıntı düşür. Rütubətli həmişəyaşıl meşələrə sahibdir. Tropik əkinçilik yayılmışdır.
Sula adaları | |
---|---|
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Hündür nöqtəsi | 291 m |
Əhalisi |
|
Yerləşməsi | |
1°50′57″ c. e. 125°18′52″ ş. u. | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |