Sultanəli mirzə

Sultan Əli Mirzə (1563, Qəzvin1642, İsfahan) — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu.[1]

Sultan Əli Mirzə
Şəxsi məlumatlar
Doğum tarixi 1563
Doğum yeri
Vəfat tarixi 1642
Vəfat yeri
Atası Şah I Təhmasib
Anası Zəhra bəyim
Uşağı Qasım Səfəvi (1585–1671)

1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə GəncəBərdə hakimi olub.[2] Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı.[3] 1642-ci ildə İsfahanda vəfat etdi.

  1. Oqtay Əfəndiyev.s.133.
  2. Xacə Əli bəy. Təkmilətül Əxbar.s.91.
  3. İsgəndər bəy Münşi. Tarixi Aləmarayi Abbasi.s.261.
  • Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü — şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). — Bakı: Elm, 1996–200s.
  • Oqtay Əfəndiyev . Azərbaycan Səfəvilər dövləti. Bakı, "Şərq — Qərb " , 2007 , 344səh . + 8səh .
  • İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.