Şah I Təhmasib

Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514, İsfahan14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir. I Təhmasibin əsas rəqiblərindən biri də tez-tez Xorasana yürüşlər edən özbəklər idi. O, hələ 14 yaşı olarkən özbəklərə qarşı yürüşə başlamış və onları Cam döyüşündə məğlub etmişdir. Bu döyüşdə o, artilleriyadan da yararlanmışdır.

Şah I Təhmasib
Əbülmüzəffər Əbülfəth Sultan Şah Təhmasib ibn Şah İsmayıl əl Səfəvi
I Şah Təhmasibin portreti, italyan rəssamı Kristofano Dell’Altissimo, 1552–68-ci illər, Uffizi qalereyası, Florensiya.
I Şah Təhmasibin portreti, italyan rəssamı Kristofano Dell’Altissimo, 1552–68-ci illər, Uffizi qalereyası, Florensiya.
23 may 1524 – 14 may 1576
ƏvvəlkiI Şah İsmayıl
SonrakıII Şah İsmayıl
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şahabad, Səfəvilər dövləti
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Qəzvin, Səfəvilər dövləti
Vəfat səbəbi zəhər[d]
Dəfn yeri Şeyx Səfi məqbərəsi,Ərdəbil,
Fəaliyyəti suveren[d]
Atası I Şah İsmayıl Səfəvi
Anası Taclı bəyim
Həyat yoldaşları
Uşaqları oğlanları:
Məhəmməd Mirzə, İsmayıl Mirzə, Heydər Mirzə, Süleyman Mirzə, Mustafa Mirzə, Mahmud Mirzə, İmamqulu Mirzə, Sultan Əli Mirzə, Əhməd Mirzə ;
qızları:
Gövhər Sultan, Pərixan Sultan, Xədicə Sultan, Şahzeynəb Sultan, Məryəm Sultan, Fatimə Sultan, Şəhrəbanu Sultan, Xanış Sultan
Ailəsi Səfəvilər
Dini Şiə (İslam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Təhmasib incəsənətə hamilik etmiş, sarayında xeyli sayda rəssam, xəttatşair saxlamışdır. Hakimiyyətinin son dövrlərində o, şairləri xor görməyə başlamış və bir çoxunu Böyük Moğol imperiyası sarayına və Hindistanın fərqli yerlərinə sürgün etmişdir. O, dindarlığı ilə seçilmiş və dindarların hüquq və digər dövlət məsələlərində iştirak etmələrinə imkan vermişdir. Məsələn, Böyük Moğol imperatoru Hümayun ondan hərbi yardım istədiyi zaman Təhmasib yardım qarşılığında ondan şiəliyi qəbul etməsini istəmişdir. Hərbi yardım edilmiş və Hümayun taxtını geri qaytarmağı bacarmışdır. Lakin I Təhmasib xarici siyasət məsələlərində dini məsələlərin təsiri altında olmamış, əsas düşməni Osmanlı imperiyasına qarşı Venesiya Respublikası, Habsburq monarxiyası kimi xristian qüvvələrlə ittifaq danışıqları həyata keçirmişdir.

Səfəvi sülaləsinin ən uzun müddət — 52 il hakimiyyətdə qalmış nümayəndəsi olan I Təhmasibin 14 may 1576-cı ildə ölməsi taxt-tac uğrunda mübarizənin kəskinləşməsinə səbəb olmuşdur. Bu mübarizə nəticəsində şah ailəsinin bir çox nümayəndəsi həyatını itirmişdir. Müasir qərb qaynaqları onu atasının qurduğu imperiyanı qorumağı bacaran və genişləndirən, cəsur və hərbi istedada malik hökmdar kimi təsvir edirlər. Onun hakimiyyəti dövrü Səfəvi imperiyasının ideoloji siyasətində dəyişikliklə əlamətdar oldu. Beləki onun atasında olan Mehdi münasibətinə son qoyuldu və onun əvəzinə ictimaiyyətdə dindar və ya dini hökmdar imici yaradıldı. Onun hakimiyyəti illərində qızılbaş liderlərin mərkəzi hakimiyyətə tabe etdirilməsi üçün işlər görülmüş və buna nail olunmuşdu.

Şah I Təhmasib Səfəvi sülaləsindən şah olan ikinci şəxsdir. Ailənin adı Şeyx Səfiəddinin adından gəlməkdədir.[1][2] O, Ərdəbildə mövcud olan təriqətn rəhbəri olmuşdur. Təriqətin ilk şeyxi olan Şeyx Səfiəddin Zahid Gilaninin qızı ilə evlənmiş və bundan sonra qayınatasının təriqəti olan Zahidiyyənin rəhbəri olmuşdur.[3] Onun iki xələfi — Şeyx CüneydŞeyx Heydər daha çox hərbi fəaliyyətə yönəlmiş və sonda uğursuzluqla nəticələnsə də, öz ərazilərini hərbi müdaxilələrlə genişləndirməyə çalışmışdırlar.[2]

Təhmasibin atası I İsmayıl 1501-ci ildə uğurlu hərbi yürüşlərdən sonra özünü şah elan etmiş, Ağqoyunlu torpaqlarını, şərqdə Şeybani torpaqlarını və 1512-ci ildən bir çox şəhər dövləti ələ keçirmişdi.[4] Öz ulu sələflərindən fərqli olaraq İsmayıl şiə məzhəbindən idi və hakimiyyəti ələ aldıqdan sonra imperiyaya daxil olan ərazilərdəki insanların şiələşdirilməsi prosesi başladıldı.[5] Yeni dini, mülki və hərbi şiə elitasının formalaşdırılması prosesi nəticəsində bir çox seyid və müctəhid torpaq sahibi yeni dini eitanı formalaşdırdı.[6][7]

Şah İsmayıl demək olar ki, bütün mühüm dövlət vəzifələrini türk-qızılbaş liderlərinə həvalə etdi. Onu hakimiyyətə gətirən və "qılınc əhli" adlandırılan bu qrup şaha hakimiyyətini qoruyub saxlamaqda yardım edirdilər.[4][8] Bu "qılınc əhli" adlandırılan "qələm əhli" adlandırılan və bürokratiyanı idarəe dən şəxslərlə rəqabət halında idilər. Əgər birinci qrup türk tayfalarından olan sərkərdələrdən təşkil edilmişdisə, sonuncu qrup əsasən farslardan təşkil edilmişdi. Şah İsmayıl bu rəqabət problemini həll edə bimək üçün vakil-e nafs-e nafs-e hümayun (şahın vəkili) vəzifəsini təsis etdi.[4] Bu rəqabət Qazdevan döyüşünün nəticəsinə də təsir etdi. Özbəklərlə İsmayılın vəkili Nəcm-i Sani arasında baş tutan bu döyüşdə Səfəvi ordusu məğlub oldu və Nəcm-i Sani edam edildi. Məğlubiyyətin əsas səbəbi isə qızılbaşların onu tərk etməsi və yalnız öz əlindəki bölmələrlə döyüşməyə məcbur olması idi.[9]

Fəaliyyətinin ən əvvəlki dövründən bölgədə çox məşhurlaşan və haqqında rəvayətlər formalaşan Şah İsmayılın nüfuzu Çaldıran döyüşündə Osmanlı imperiyasına məlub olması ilə zədələndi. Döyüşdən əvvəl Şah İsmayılın Əli və ya Hüseynin yer üzündəki sürəti imici formalaşdırılmışdı.[10] Bu məğlubiyyət Şah İsmayılın gələcək fəaliyyətinə təsir etdi və qızılbaşların fəaliyyətinin daha da genişlənməsi ilə nəticələndi.[11] Bu genişlənmə Şah Təhmasibin hakimiyyətinin ilk illərində də davam etdi.[12]

Həyatının erkən dövrü

[redaktə | mənbəni redaktə et]

Təhmasib Şah İsmayılın böyük oğlu kimi 1514-cü ildə İsfahan yaxınlığında yerləşən Şahabad kəndində dünyaya gəlmişdi. Onun anası Şah İsmayılın əsas arvadı Taclı Bəyim idi.[13] Türk-monqol ənənəsinə uyğun olaraq Xorasan canişini təyin edildikdən sonra adına Mirzə də əlavə edilmişdir. Bu hadisə 1515-cvi ildə baş verib.[14][15] Növbəti il Şah İsmayıl Diyarbəkir hakimi Əmir Sultan Mosullunu Təhmasibin lələsi və Bəlx hakimi təyin etdi.[16] Bu Çaldıran döyüşü zamanı aclıq qorxusundan şahın ordusuna qatılmayan Xorasanın ŞamlıMosullu tayfalarını əvəz etmək üçün edilirdi.[17] Təhmasib Mirzənin Heratda qalması Səfəvi sarayında güclü nümayəndələrə sahib olan, bir çox böyük vilayətlərin hakimliklərini edən Şamlı tayfasının nüfuzunu azaltmaq üçün idi.[13] Şah İsmayıl həmçinin Heratın məşhur şəxslərindən olan Əmir Qiyasəddin Məhəmmədi oğlu Təhmasib Mirzənin dini tərbiyəçisi təyin etdi.[13]

Bu iki əmir arasında Heratda əsas söz sahibi olmaq üstündə mübarizə kəskinləşdi və Əmir Sultan Qiyasəddini həbs etdirərək növbəti gün edam etdirdi. Lakin o da bu vəzifədə uzun müddət qala bilmədi və 1521-ci ildə Amudəryanı qəfil keçib şəhərin bir hissəsini ələ keçirən özbək yürüşünə görə vəzifəsindən uzaqlaşdırıldı.[16] Bundan sonra Şah İsmayıl Div Sultan Rumlunu Təhmasibin lələsi təyin etdi və hakimliyi kiçik oğlu Sam Mirzə Səfəviyə verdi.[13]

1524-cü ilin yazında Şah İsmayıl indiki Gürcüstan yaxınlığında ov edərkən xəstələnir və paytaxt Təbrizə geri dönüş yolunda ikən Ərdəbildə sağalır.[18] Lakin tezliklə yenidən xəstələnir və bu xəstəlik nəticəsində 23 may 1524-cü ildə vəfat edir.[19]

Naiblik dövrü

[redaktə | mənbəni redaktə et]
A seated Tamasp under a modest tent, with other people
Mo'en Mosavver tərəfindən şəkildiyi güman edilən bir miniatür. Miniatürdə üləma və saray əhlinin qatıldığı və Şah Təhmasib tərəfindən rəhbərlik edilən saray müşavirəsi əks etdirilmişdir. İsfahanda 1670-ci illərdə çəkildiyi güman edilən miniatür Bicanın Tarix-i Cahanguşa-yi Xaqan Sahibqıran əsərindəndir.

Atasının ölümündən sonra 10 yaşlı Təhmasib Mirzə şah elan edildi və dövlətin faktiki hakimi isə lələsi Div Sultan Rumlu oldu.[13] Div Sultan Rumlunun şəxsində Rumlu tayfasının hakimiyyəti digər türk-qızılbaş tayfaları olan UstaclıTəkəlilər üçün qəbuledilməz idi.[20] Ustaclı tayfasının rəhbəri və Təbrizin hakimi olan Köpək Sultan, təkəli tayfasının lideri olan Çuxa Sultan ilə birlikdə rumluların ən sərt rəqibləri idilər.[20] Təkəlilər İsfahan və Həmədanda gücə malik idilər, Ustaclılar isə imperiyanın paytaxtı TəbrizdəXorasanda əsas söz sahibi idilər.[13] Div Sultan Rumlu bu iki əsas rəqiblərinə ittifaq təklif etdi. Bu ittifaqa görə əsas hərbi vəzifə hesab edilən Əmir əl-üməra komandanlığı bu üç şəxs tərəfindən yerinə yetirilməli idi.[13] Lakin bu çox getmədi, çünki hər üç tərəf qüvvələrin paylaşılmasından narazı idi. 1526-cı ilin yazında indiki İranın şimal-qərbində meydana çıxan bir neçə toqquşma Xorasana yayıldı və vətəndaş müharibəsi başladı.[21] Ustaclılar ilk məğlub edilən qüvvə oldular və onların başçısı Köpək Sultan Çuxa Sultanın əmri ilə edam edildi.[22] Bu daxili toqquşmalar zamanı özbəklər hücum edərək müvəqqəti olaraq TusAstarabadı ələ keçirdilər. Buna görə Div Sultan Rumlunu ittiham edən Şah Təhmasib[13] onu edam etdirdi.[20]

3 böyük qızılbaş əmirinin 2-nin öldürülməsindən sonra yeganə sağ şəxs Çuxa Sultan qaldı və onun şah üzərindəki naibliyi 1527-ci ildən 1531-ci ilə qədər davam etdi.[22] Çuxa Heratı şamlıların hakimiyyətindən almaq istədi və bu onun Herat hakimi Hüseyn xanla toqquşmasına səbəb oldu. Çuxa Sultanın düşərgəsinə hücum edən Hüseyn xan Çuxa Sultanı məğlub etdi və edam etdirdi.[20] Yenidən hücum edən özbəklər Übeydullah xanın komandanlığı altında sərhədyanı bölgələri ələ keçirdilər.[15] 1528-ci ildə Übeydullah AstrabadıTusu yenidən ələ keçirdi, Herat isə mühasirəyə alındı. 14 yaşlı Təhmasib orduya komandanlıq edərək yürüşə çıxdı və özbəkləri Cam döyüşündə ağır məğlubiyyətə uğratdı.[13] Səfəvilər mütləq qələbə qazanmalarının səbəblərindən biri artilleriyadan istifadə etmələri idi.[23] Lakin bu qələbə nə bölgəyə olan özbək yürüşlərini, nə də daxildəki xaos vəziyyətini ortadan qaldırılmasına səbəb olmadı. Təhmasib bu qələbədən sonra Bağdadda başlayan gözlənilməz üsyana görə qərbə yönəldi.[24] Həmin il özbəklər Heratı ələ keçirdilər, lakin şəhərdə olan Sam Mirzəyə Təbrizə getməyə icazə verdilər. Heratda özbək hakimiyyəti uzun müddət davam etmədi və 1530-cu ildə Təhmasib onları oradan qovmağı bacardı. O, qardaşı Bəhram Mirzəni Xorasanın hakimi, Qazi xan Təkəlini isə Bəhramın lələsi təyin etdi.[25]

Hüseyn xanın şahla evliliklə qohum olmasına baxmayaraq, o, 1533-cü ildə edam edildi.[20] Onun edam edilməsi Təhmasibin hakimiyyəti dövrünün dönüm nöqtəsi hesab edilə bilər. Bundan sonra hakimiyyəti tamamilə əlinə alan şah qızılbaş əmirlərinin özbaşınalığının qarşısını aldı və mərkəziləşdirməyə önəm verdi.[15][26]

Osmanlı ilə müharibə

[redaktə | mənbəni redaktə et]

Osmanlı imperiyasının hökmdarı Sultan Süleyman güclü Səfəvi imperiyasını özünə əsas təhlükə hesab edirdi. Təhmasibin hakimiyyətinin ilk dövründə o, Habsburqlarla savaşmaqla məşğul idi.[27] 1532-ci ildə Osmanlı ordusu Macarıstanda savaşmaqla məşğul ikən, Süleyman 50 min nəfərlik ordunu Fil paşanın komandanlığı altında Üləma bəy Təkəliyə göndərdi.[13] Üləma bəy Çuxa Sultanın öldürülməsindən sonra Osmanlı imperiyasına sığınmış Təkəli tayfası mənsublarından biri idi.[28]

Sultan Süleymanın I yürüşü

[redaktə | mənbəni redaktə et]

Osmanlı mənbələrinə görə, Sultan Süleymanın ilk yürüşü zamanı İbrahim paşanın hərbi hissələri 1534-cü il iyunun 13-də Təbrizə daxil olmuşdular. Süleymanında olduğu Osmanlıların əsas qüvvələri iə şəhərə sentyabrın 27-də çatdılar.[27] Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların zülm və zorakılığı nəticəsində şəhərdə çoxlu iğtişaşlar baş verdi. Osmanlı əsgərləri şəhərliləri qarət edir və öldürürdülər. Osmanlı ordusunun yürüşü barədə xəbər Şah Təhmasibə o Xorasanda özbəklərə qarşı yürüşdə olarkən çatdı[13]Reyə doğru hərəkətə başladı. Uzun məsafə qət edildiyinə görə qızılbaşların minik vasitələri və döyüşçüləri əldən düşmüşdülər. Həmçinin ordudakı döyüşçülərin sayı 7 min nəfərdən çox da deyildi. Halbuki sultanın ordusu, Həsən bəy Rumlunun obrazlı ifadəsinə görə, "səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox" idi. Şah Qəzvinə, oradan isə Əbhərə hərəkət etdi və burada əmirlərin müşavirəsini çağırdı. Onlardan hər biri öz fikrini söylədi. Müşavirədə Hüseyn xan Şamlı bildirdi ki, "bizim atlarımız əldən düşmüşlər, biz Rum qoşununun qarşısına çıxa bilmərik". I Şah Təhmasib isə ona belə cavab verdi: "məgər mən dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın qaydası ilə gedə bilmərəm. Bu düşmən çox güclüdür".[29]

TəbriziKürdüstanı ələ keçirən Osmanlılar Gilandan dəstək almağa ümid edirdilər.[30] Təhmasi Osmanlıları qovsa da, Xorasana yeni özbək hücumu xəbəri ona Osmanlı ordusunu tamamilı məğub etməyinə əngəl oldu.[13] Osmanlı ordusu Bağdadı və şiələr üçün müqəddəs yer hesab edilən Nəcəf şəhərini ələ keçirdi.[13] Bu zaman Şah Təhmasib Bəlxdə özbəklərə qarşı döyüşməkdə idi.[13]

Sultan Süleyman I Şah Təhmasibə göndərdiyi məktubda onu qorxaqlıqda təqsirləndirdi və döyüşə başlamağı təkid etdi. Şah cavabında yazdı ki, o, ağlını itirməyib, bir qızılbaşa qarşı on Osmanlının dayandığı qeyri – bərabər şəraitdə düşmənlə vuruşa bilməz. Bəhram Mirzənin başçılığı ilə qızılbaşların irəlidə gedən hissələri Qızılüzən çayının sahilindəki Qaraağac yaxınlığında İbrahim paşanın qoşunları ilə üz-üzə gəldilər. Qızılbaşlar döyüşə-döyüşə dağa doğru geri çəkilməyə məcbur oldular. Ardı-arası kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sıralarını sarsıdırdı və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Bu vaxt Kuh-Kiluyə (Fars) hakimi Əvənd xan Əfşar yeni qüvvələrlə şah qərargahına gəldi. Sultan Süleymanın çox böyük qoşunla Miyanəni keçərək Sultaniyyəyə çatması barədə xəbər alındı. Bu təhlükəli anda qızılbaş əmirlərinin arasında ixtilaflar baş verdi. Məhəmməd xan Zülqədər oğlu, Hüseyn xan Təkəli və başqaları düşmənin tərəfinə keçdilər. Şah, Hüseyn xan Şamlıya, Qazi xan Təkəliyə və Məlik bəy Xoyluya da inanmırdı və bu onu düşmən qoşunları ilə vuruşa girməkdən çəkinməyə məcbur edirdi. Payızın sonunda Sultaniyyə ərazisində bərk qar yağdı və güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddəətli soyuqlar və azuqə çatışmazlığı üzündən böyük itkilər verdi. Osmanlılar qızılbaşların artilleriyanı ələ keçirmələrinin qarşısını almaq üçün yüzə qədər topu yolda yandırdılar. Sultan qışlamaq üçün Bağdada tərəf döndü, Üləmanı isə Təbrizə göndərdi. Sultanın Bağdada getmək cəhdini əsirlərdən öyrənən Şah Təhmasib Təbrizə hərəkət etdi. Bu vaxt Qazi xan Təkəli şaha xəyanət etdi və ondan əvvəl Təbrizə gələrək şah ordusunun yaxınlaşdığını xəbər verdi. Onlar qaçaraq hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı mühasirəyə aldılar. Mühasirə qış qurtaranadək uzandı.[31]

Osmanlı ordusunun ilk hücumu Şah Təhmasibin hakimiyyəti üçün böyük böhran törədə bilərdi.[32] Çünki Şamlı tayfası bir müddət əvvəl Hüseyn xan Şamlını vəzifəsindən uzaqlaşdırmaqla öz mütləq hakimiyyətini yenidən sübit edən Şah Təhmasibi zəhərləməyə çalışmış, bunda uğursuz olmuşdular.[33] Üsyançılar Sultan Süleymanla əlaqə yaratmış, ondan şahzadə Sam Mirzəni dəstəkləməyi istəmişdilər. Şah zadə Sam Mirzə osmanlıpərəst siyasət yeridəcəyini bildirmiş, bunun qarşılığında da Osmanlı tərəfindən şah kimi tanınmışdı.[13] Bu tanıma və şahzadənin üsyanı Təhmasibi sarayının böyük təlaşına səbəb olmuşdu.[32] Lakin Şah təhmasib gözəl hərbi strategiya izləyərək Süleymanın ələ keçirdiyi əksər bölgələri geri qaytarmışdı. Şahın bu əməliyyatı Süleymanı ona qarşı yenidən hücuma keçməyə sövq etmiş, lakin ordunun avanqard dəstələri şahın komandanlığı altındakı qızılbaşlar tərəfindən məhv edildikdən sonra o, geri çəkilib İstanbula getmişdi. Beləliklə, Süleyman bu yürüşü nəticəsində yalnız Bağdadı ələ keçirib qoruya bildi. Bunun qarşılığında isə, böyük maliyyə və hərbi itkilərə məruz qaldı.[33]

Bağdadın itirilməsi
[redaktə | mənbəni redaktə et]

Bağdad şəhəri Osmanlı ordusu tərəfindən müqavimətsiz ələ keçirilmişdir. Osmanlı ordusu şəhərə yaxınlaşarkən Səfəvi canişini şəhəri boşaldaraq geri çəkilmişdi.[34] Bağdadın ələ keçirilməsi böyük uğut hesab edilirdi. Beləki şəhərin ələ keçirilməsi ilə DəcləFərat çayları və onlar vasitəsiylə həyatakeçirilən daxili və xarici ticarət Osmanlı suverenliyi altına keçmişdi.[35] Bağdadın Səfəvilər prizmasından itirilməsini 1546-cı ildə Bəsrənin itirilməsi izlədi. Bəsrənin itirilməsi ilə Osmanlı hakimiyyəti cənubi Mesopotamiyanın işğalını da başa çatdırmış, DəcləFərat çaylarının İran körfəzinə töküldüyü ərazini ələ keçirmiş oldu. Artıq Osmanlı imperiyası İran körfəzində ticarət edə bilmə imkanına malik idi.[36]

Bağdad ələ keçirildikdən sonra Sultan Süleyman da daxil olmaqla, Osmanlı ordusu qışı orada keçirdi və sünni-şiə məzhəblərinin müqəddəs yerlərini, suvarma sistemlərini təmir etdirdi. Sultan Bağdadda güclü qarnizon buraxaraq, növbəti il İstanbula geri döndü. Hər zaman Bağdada xüsusi önəm verən və oradakı qüvvələrini daim yeniləyən Osmanlı dövləti 1623-cü ilə qədər şəhəri öz hakimiyyəti altında saxladı. 1623-cü ildə I Abbas tərəfindən geri qaytarılan şəhər onun sələfi zamanı yenidən Osmanlılar tərəfindən ələ keçirildi.[34]

Müqavimətsiz şəkildə Bağdad ələ keçirildikdən sonra şiələr üçün xüsusi yer olan Nəcəf şəhəri də ələ keçirildi.[30]

Sultan Süleymanın II yürüşü

[redaktə | mənbəni redaktə et]

1535-ci ilin yazın əvvəlində Bağdaddan çıxan Osmanlı ordusu Səfəvilər üzərinə ikinci yürüşlərinə başladılar. Buna qədər isə Şah Təhmasib Təbrizin əhalisini başqa yerə köçürmüş, ərzaq və digər lazimi şeylər daşınmış, daşınması mümkün olmayanlar isə məhv edilmişdi. Bu tədbirlər həyata keçirildikdən sonra şah Sultaniyyəyə çəkildi. Osmanlı ordusu İbrahim paşa Təbrizə daxil olduqdan sonra Şah Təhmasib sülh danışıqları üçün ikinci dəfə elçilər heyəti göndərsə də, bu dəfə də təklifi rədd edildi. Şahın üzərinə Sultaniyyə şəhərinə gələn Osmanlı ordusu ərzaq qıtlığı və ordu arasında yayılmış taun xəstəliyinə görə böyük tələfatla üzləşdi. Qızılbaşların Əmir Sultan Rumlu və Çıraq Sultan Ustaclının başçılığı altındakı ön dəstələri Osmanlılarla toqquşmada onları məğlub etdilər. Geri çəkilməyə başlayan Osmanlı ordusunü təqib etmək üçün Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan, Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi göndərildi. Şah özü bu zaman artıq Van qalasını yenidən mühasirəyə almışdı. Van qalasına yardım üçün sultan Diyarbəkir paşasına əmr göndərdi və üstəlik Üləma bəyi də vəzifələndirdi. Vostan yaxınlığında onlar türkman tayfasından olan qorçularla qarşılaşdılar. Xain Üləma bəyin də orda olduğu xəbərini alan Şah Təhmasib 2 min döyüşçü ilə özüdə ora yollandı. Üləmanın qızılbaş ordusunun təhlükəli olması ilə bağlı xəbərdarlıqlarına qulaq asmayan və say üstünlüyünə inanan Məhəmməd paşa Səfəvi ordusuna hücum etdi. Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər tayfalarından olan qorçulər dəstəsi ilə düşmənə hücum edəərk onları darmadağın etdi. Həsən bəy Rumlunun sözləri ilə desək, "bir anda dörd yüzə qədər türk qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının ayaqları altına atıldı". Sultanın bir neçə əyanı əsir alındı. Osmanlı ordusunu Bitlisə qədər təqib edən Səfəvi ordusu böyük qənimət əldə etdi. Bəhram Mirzə oradan Ərcişə yollandı. Ərcişin müdafiəçiləri qızılbaşların qarşısında dura bilməyib qalaya geri çəkildilər, onlara yardım üçün sultanın əmri ilə yola çıxan Sinan paşa da Budaq xan Qacarın komandanlığındakı qızılbaşlar tərəfindən məhv edildilər, Sinan paşa öldürüldü. Sinan paşanın həlak olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə hissələrini İbrahim paşanın başçılığı altına keçirdi və Ərcişdə mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi. Beləliklə, VanƏrciş əraziləri şahın əlinə keçdi.[37]

Sultan Süleymanın III yürüşü

[redaktə | mənbəni redaktə et]
A seated Suleiman the Magnificent, surrounded by other people
Əlqas MirzəSüleyman Qanuni. Süleymannamə əsərində əks etdirilmiş rəsm əsəri.

1534–1535-ci illərdə Osmanlıya qarşı Səfəvi ordularından birinə komandanlıq edən və Şirvanın hakimi olan Əlqas Mirzə qardaşı Şah Təhmasibə qarşı üsyan qaldırmışdı.[38] Onun üsyanı yatırılmış, yerinə isə Şah Təhmasibin oğlu İsmayıl Mirzə Şirvan hakimi təyin olunmuşdur.[39] Əlqas Mirzə bundan sonra Krıma qaçmış, oradan da İstanbula keçərək Sultan Süleymanın qəbulunda sünniliyə keçmiş, sultanı Səfəvilərə qarşı yeni hücum etməyə təşviq etmişdir.[40][41] O, sultanı inandırmışdı ki, onun ordusu qızılbaş torpaqlarına daxil olan kimi bir çox tayfa üsyana qalxacaqdı. Lakin bu belə olmadı və hətta, Əlqasla birlikdə İstanbula getmiş bir neçə adamı onu tərk edib, şahdan bağışlanma istədilər. Həsən bəy Rumlunun məlumatına görə 1548-ci ildə Sultan Süleyman, Osmanlı imperiyasının tabeliyində olan bütün ölkələrdən- Macarıstan, Əflak (Valaxiya), Bosniya, Serbiya, Moreya, Moldova, Anadolu, Məntəşə eli, qaraman, Mərəş, Hələb, Suriya, Misir, Hicaz, Yəmən, Diyarbəkir, Ərəb İraqıKəfədən toplanmış böyük ordu ilə Azərbaycana soxuldu. Yürüşdən xəbər tutan şah Təbrizi tərk etdi və Şənbi-Qazana geri çəkilərək ordu toplamağa başladı. Onun düşərgəsinə Şirvan bəylərbəyi İsmayıl Mirzə və digərləri qatıldı.[42] O, sultanı inandırmışdı ki, onun ordusu qızılbaş torpaqlarına daxil olan kimi bir çox tayfa üsyana qalxacaqdı. Lakin bu belə olmadı və hətta, Əlqasla birlikdə İstanbula getmiş bir neçə adamı onu tərk edib, şahdan bağışlanma istədilər. Yürüşdən xəbər tutan şah Təbrizi tərk etdi və Şənbi-Qazana geri çəkilərək ordu toplamağa başladı. Onun düşərgəsinə Şirvan bəylərbəyi İsmayıl Mirzə və digərləri qatıldı.[42]

Osmanlı ordusunun hərəkətini çətinləşdirmək üçün Təbrizə qədər bütün yerlər viran edildi. Gələn Osmanlı ordusuna Osmanlı tərəfinə keçmiş Əlqas Mirzə və Üləma bəylər də daxil idi. Həsən bəy Rumlunun yazdığına görə, Süleyman Azərbaycana Ərzurum-Xoy-Təbriz yolu ilə gəlmişdi. Üləma türklərin dəstəsi ilə Van qalasını tutmaq üçün göndərildi. Sultan Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla Xoydan hərəkət edəcək bir sıra paşaları (o cümlədən Əlqas Mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Şahverdi Sultan döyüşdə böyük igidlik göstərdi. Qızılbaşlar Osmanlıların üstün qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına geri çəkilməyə məcbur oldular. Şah Eşkəmbər çayının sahillərini tərk etdi, onunla Xuzistan, Fars, Kirmanİraq əmirlərinin birləşəcəyi yerə-Əhər çayına tərəf geri çəkildi. Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem olmadığına görə Osmanlı ordusunun 5 min atı, dəvəsi və qatırı tələf oldu. Şəhərdə ərzaq olmadığına görə türk döyüşçüləri şəhərlilərin şəxsi əmlakını qarət etməyə başladılar. Sultan şəhəri tərk etməyə məcbur oldu, bununla eyni zamanda şəhər əhalisi də üsyana qalxdı.[43]

Geri çəkilən Osmanlı ordusu qızılbaşların aramsız hücumlarına məruz qalırdılar. Çevik süvari dəstələrdən ibarət olan qızılbaş bölmələri qəfil hücumlar edir və qısa müddətlik toqquşmadan sonra geri çəkilirdilər. İbrahim xan və Məhəmməd bəy Türkman sultanın geri çəkilən ordusunun arxasınca hərəkət etdilər. Şəbüstər yaxınlığında Suriya və Diyarbəkir paşası, Mərəş paşası ilə baş vermiş şiddətli vuruşmada onlar böyük tələfat verildi. Osmanlı ordusu geri çəkildikdən sonra şah Xoya daxil oldu. Burada İbrahim xan və başqa əmirlər öz qoşun dəstələri ilə ona qoşuldular. Çaldıranda Kirman hakimi Şahqulu Sultan və Mahmud xan Əfşar da şahın qoşunları ilə birləşdilər. yeni göndərilmiş Osmanlı ordusuna qarşı Göyçə Sultanla birlikdə İsmayıl Mirzə göndərildi. İsmayıl Mirzənin qəfil hücumu nəticəsində Osmanlı ordusu və onların yanında olan mülki işçilərin demək olar hamısı öldürüldü. Qars qalası qızılbaşlar tərəfindən dağıdıldı. Şah Əli Sultan Tatı oğlunu on min nəfərlik dəstə ilə Əhlət, Gözəl Dərə, AdilcəvazMuş ərazilərini viran qoymaq üçün göndərdi. Şahzadə İsmayılın irəlidə gedən hissələri Bayburt yaxınlığında Məhəmməd Paşa Tək oğlunun dəstələri ilə toqquşdu. Türklər darmadağın edildilər və qaçdılar. Ərzincan tutuldu və talan edildi.[44] Bu zaman Əlqas Mirzə cənubdan ordusu ilə birlikdə hücuma keçdi, lakin bir neçə uğur qazandıqdan sonra məlub edildi və geri çəkilməyə məcbur oldu.[45]

Bu yürüşdə də Şah Təhmasib uyğun taktika seçərək çoxsaylı Osmanlı ordusu ilə həlledici savaşa girmədi. O, Osmanlı ordusunun maddi-texniki təchizatında problemlər yaradaraq onları geri çəkilməyə məcbur etdi.[15] Əlqas Mirzə Qum, Kaşana hücum etdikdən sonra İsfahanda durdurulmuşdu.[13] Bundan sonra o, döyüşlərin birində ələ keçirildi və ölənə qədər qalacağı qalaya salındı. Bundan sonra Sultan Süleyman bu yürşünü də dayandıraraq geri qayıtdı.[46]

I Təhmasibin yürüşü

[redaktə | mənbəni redaktə et]
I Təhmasib dağlarda. Fərrux bəy tərəfindən çəkilmişdir.

1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hakimi İsgəndər paşanın Xoy ərazisinə yürüşü buna bəhanə oldu. 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.). 2) Pasinə (Şahverdi Sultan Ziyad oğlu və və Ədhəm bəy Rumlu). 3) Ərəb İraqına (İbrahim xan Zülqədər, Şahqulu xan Əfşar, Çıraq Sultan). 4) Dəvilə (Bayram bəy Qacar, Toygün bəy Qacar və gürcü hökmdarı Səfəvilərin vassalı olan Keyxosrov) . Bu yürüşdə I Təhmasib şəxsən iştirak etməklə birlikdə, əməliyyat planı da onun tərəfindən hazırlanmışdı. Yürüş nəticəsində Əhlət ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində evlər və əkinlər məhv edildi. Bidlis, Vostan, Adilcəvaz, Ərciş, Muş, Pasin bölgələri qılıncdan keçirildi.[47]

Şah Təhmasib yürüşü uğurla idarə edərkən Ərzurumun Osmanlı hakimi İsgəndər paşanı cəzalandırmaq qərarına gəldi və bunu oğlu İsmayıl Mirzəyə tapşırdı. Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Bədr xan Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı, Məhəmməd xan Mosullu Türkman kimi adlı-sanlı əmirlər, "min Tehran və altı yüz Naxçıvan qorçisi" bu yürüşdə iştirak edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan (Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzon, Kürdüstan və Gürcüstandan türklər və kürdlər) İsgəndər paşa qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına gəldi. Qızılbaşların sol və sağ cinahlarda güclənən təzyiqini müşahidə edən İskəndər paşa irəli atıldı, lakin mühasirəyə alınacağından ehtiyat edərək geriyə dönməyə məcbur oldu. Bu vaxt İsmayıl Mirzə döyüş meydanına yaxın olan təpənin üstündə durmuşdu. Osmanlılar qızılbaşların hücumuna davam gətirməyib vahimə içərisində qala tərəfə qaçmağa başladılar. Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada Osmanlı qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş qalaya girı bildi. Xəndəyə düşüb ölənlərdən başqa 2576 türk öldürüldü. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy, İskəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar.[48]

Sonra İsmayıl Mirzə Ərciş yaxınlığındakı şah düşərgəsinə gəldi. Qaladakı hərbi hissənin döyüşçüləri qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər. Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə qızılbaşlar böyük qənimətlər (əsirlər, mallar, atlar, qatırlar və qaramal) ələ keçirdilər. Şah 1553-cü ilin mart-aprelində Naxçıvan yürüşündən qayıtdı. Həmin ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin Dilcanini sultanın yanına göndərdi. Lakin Həsən bəy Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi məktubda sultan "Şərqin və Qərbin" padşahına (yəni I Təhmasibə) kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana göndərmişdi. Onlar Van, Vostan, Ərciş və Adilcəvazı xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına qayıtdılar.[49]

Sultan Süleymanın IV yürüşü və Amasiya sülh müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Şah Təhmasibin yürüşündən və qələbərlərindən, Ərzurum yaxınlığında İsgəndər Paşanın İsmayıl Mirzəyə biabırçı məğlubiyyətindən xəbər tutan Sultan Süleyman həlledici yürüşə başlamaq qərarına gəldi. Transilvaniyada HabsburqlarMacarıstanla döyüşmək üçün göndərilmiş Rüstəm paşa Eger qalasının mühasirəsini yarımcıq dayandıraraq Səfəvilər üzərinə yürüş hazırlıqlarına başladı. Səfəvilərə qarşı yürüşə çıxacaq ordunun başçısı Rüstəm paşa təyin edildi və o, 50 min qapıqulu, yeniçəri və süvaridən ibarət ordu ilə şərqə göndərildi. Ona RumelidəkiAnadoludakı orduları müharibə üçün təşkil etmək tapşırığı verilmişdi. İlkin plana görə, ehtiyac yaranacağı halda sultan 1553-cü ilin yazında ordu ilə Şərqi Anadoluda birləşməli idi. Lakin sultanın sağlamlığı yaxşı deyildi və Rüstəm paşa Amasya canişini və vəliəhd şahzadə Mustafanın atasının halı pisləşəcəyi halda yeniçərilərə arxalanaraq taxtı ələ keçirə biləcəyindən qorxurdu. Buna görə də, Rüstəm paşa ilkin plana uymayaraq paytaxta daha yaxın ərazilərdə qalmağı üstün tutdu. Bundan sonra Kayseriyə getməyərək, Konyaya doğru yola çıxdı. Konya yolunda ikən yeniçərilər sevimli şahzadələri olan Mustafaya görə ordudan qaçmağa başladılar. Bu barədə sultana xəbər verildikdən sonra, Süleyman ordunu paytaxta geri çağırdı və gələcək yaz yürüşə şəxsən özünün rəhbərlik edəcəyini elan etdi.[50]

Osmanlının yeni yürüşə başlayacağı barədə xəbər Şah Təhmasibə çatdıqdan sonra şah 1552-ci ildə İsgəndər paşa ilə İsmayıl Mirzə arasındakı döyüşdə əsir düşmüş Biqa canişini Mahmud bəyi əsirlikdən azad edərək sultanın yanına sülh danışıqları üçün göndərdi. Ordunun yürüşə hazırlanmasına baxmayaraq, sultan danışıqlar üçün şahın bir səlahiyyətli şəxsi Osmanlıya göndərməsini istədi. Buna cavab olaraq, Şah Təhmasib Seyid Şəmsəddin Dilicaniyə səlahiyyət verərək, sülh danışıqları üçün İstanbula göndərdi. Bu zaman artıq Osmanlı ordusunun yürüş öncəsi hazırlıqları demək olar ki, tamamlanmışdı. Dilicani Osmanlı paytaxtına 19 avqust 1553-cü ildə çatdı və bu zaman yürüş hazırlıqları tamamilə bitmişdi. Sultan və ordusu 28 avqustda paytaxtı tərk etdi və səfirə yolda sultanın ona cavab verəcəyi bildirildi. Yolda olarkən sultan Mustafaya xəbər göndərərək Ereğlidə onunla birləşməsini əmr etdi. Ereğlidə ordunun düşərgə salacağı planlaşdırılmışdı. 1553-cü ilin 5 oktyabr tarixində Mustafa ordusu ilə birlikdə Ereğlinin bir bölgəsi olan Ağtəpəyə çatdı və sultanı salamlamaq üçün onun düşərgəsinə yollandı. Mustafanın qiyam qaldırması iddialarından qəzəblənən Süleyman onun səltənət çadırına girərkən qətlə yetirilməsini əmr etdi. Mustafa ilə birlikdə bayraqdarı və köməkçisi də edam edildi. Sultanı gələcəkdə əvəz edəcəyi gözlənilən, onun oğlanları içində ən sevimlisi və ən bacarıqlısı kimi qəbul edilən Mustafanın edamı bütün ordunun şok olmasına səbəb olmuşdu. Yeniçərilər bunda Rüstəm paşanı ittiham edərək, ona xüsusilə qəzəbli idilər. Gümanki elə buna görə də, sultan ordunun ölmüş döyüş ruhunu yüksəltmək üçün Rüstəm paşanı komandanlıq vəzifəsindən qovdu və yerinə Əhməd paşanı təyin etdi.[51] Bundan sonra ordu Ereğlini tərk etdi və Hələbdə qışlamaq üçün yola düşdü. Buradan gələcək yazda Səfəvi dövlətinə hücum ediləcəyi planlanmışdı. Hələp yolunda olarkən Səfəvi elçisi Dilicani azad edildi və öz dövlətinə yola düşdü. Lakin onun azad edilmə yerinin və vaxtının dəqiq tarixi bilinmir, həmçinin ona şaha çatdırması üçün nə deyildiyi və ya yazdıldığı da dəqiq bilinməməkdədir. Osmanlı qaynaqlarına görə, Dilicani osmanlı düşərgəsini Osmanlının gələcək yaz Səfəvilərə müharibə elan edəcəyi xəbəri ilə tərk etmişdir:

" Elçi sultan tərəfindən verilmiş fəxri xələt və şaha ünvanlanmış səltənət məktubu ilə azad edildi. Məktubda Osmanlı ordusunun fitnə ilə dolu olan şərq əyalətlərini fəth etməyə, yaxşı qorunan mülklərdə yaşayan insanlara qarşı vəhşiliklər edənləri cəzalandırmağa gəldiyi yazılmışdı.[52] "

Lakin "Relazione Anonima"nın yazdığına görə, elçi hələ Kayseridə azad edilmiş və ona verilmiş olan məktubda sülh üçün şərtlər yazılmışdır. Şərtlərə isə, Şirvan əyalətinin bölünməsi və xəlifələrin lənətlənməsinə son qoyulması daxil olmuşdur:

" Şəhərə çatarkən (Kayseri) Səfəvi elçisi çağırıldı və Heydər paşa sülh üçün gərəkli olan şərtləri şaha çatdırılması üçün elan etdilər. Bu tələblərin ümumi məğzinə Şirvan əyalətinin iki dövlət arasında paylaşdırılması və Səfəvilərdə İmam Əlinin xeyrinə ilk 3 xəlifənin lənətlənməsinin dayandırılması daxil idi. Şərtləri anlayan elçi bu şərtlər altında sülh müqaviləsini yekunlaşdırmaq üçün səlahiyyətinin olmadığını, şahla görşüb sultan və paşaların dediklərinin hamısını ona çatdırmak gərəkdiyini bildirdi. Bundan sonra sülh və ya müharibəyə qərar verilə bilərdi. Bundan sonra o, hədiyyələrlə azad edildi və ona şahın cavabını bildirməsi üçün sultanın qışı keçirəcəyi düşünülən Hələbə gəlməsi gərəkdiyi bildirildi.[53] "

Bu baxışa görə, Süleyman sülh yaradılmasını istəmiş və ya ən azından buna cəhd etmiş, ilkin sülh şərtləri ilə müzakirələr başlatmaq üçün elçini şahın yanına yollamışdır. Hadisələrin bu cür təsviri o dövrki fransız elçisinin hesabatları tərəfindən də təstiqlənir. Ona görə, sultan Səfəvi elçisinə Rüstəm paşa ilə ilkin şərtləri müzakirə etməyi tapşırmışdır. Bununla məqsədi bitmək bilməyən və iki tərəfə də xeyir gətirməyən müharibəni bitirmək olmuşdur. 1553-cü ilin 1 noyabr tarixində Osmanlı dövlətində elçi olan Habsburq məmurunun bildirdiynə görə də, İstanbulu ordu ilə tərk etməkdə məqsəd Səfəvilərlə müharibə etmək yox, üsyançı və xaos mənbəyi kimi dəyərləndirilən Şahzadə Mustafanın edamını həyata keçirmək olmuşdur. Venesiyalı Domeniko Trevizanonun da bildirdikləri yuxarıda yazılanları təstiqləyir. Səfəvilər kimi Osmanlı sultanı da sülh imzalamaq istəmişdir. Səfəvi elçisinin birbaşa sülh şərtləri ilə İstanbuldan geri qaytarılmamasının səbəbi isə Süleymanın Mustafa ilə bağlı planlarının təhlükəyə düşə bilmə ehtimalı olmuşdur.[53] Bu yürüş əsnasında Mustafa Süleymanın itirdiyi yeganə övladı olmadı. 29 noyabr tarixində Süleymanın kiçik oğlu Cahangir xəstəlik nəticəsində vəfat etdi. Bundan sonra Süleyman Maraşda ordusu ilə birlikdə qışlayan və sağ qalmış yeganə oğlu Səlimi öz yanına çağırdı. Sultan və onun yeni vəziri yaxın zamanda sülhün imzalanacağından əmin idilər və buna görə də Süleyman oğlu ilə birlikdə Qüdsü ziyarət etməyi planlayırdı. Lakin gözlənilmədən Vandan gələn çapar Qızılbaş şahzadəsi İsmayıl Mirzənin qızılbaş ordusu ilə birlikdə Van qalasına hücum etdiyini, ətraf əraziləri isə çapıb-taladığı xəbərini çatdırdı. Həmçinin çapar Səfəvi elçisinin öz sarayını Mustafanın edamı barədə məlumatlandırdığını və Səfəvi sarayının Osmanlı şahzadələri içində ən cəsur və ağıllı şahzadə kimi qəbul edilən şahzadənin ölümünü bayram kimi qeyd etdiyini bildirdi. Həmçinin, Şah Təhmasib sülh şərtlərini rədd etmiş və sülh üçün Osmanlıların Vandan geri çəkilməsi şərtini irəli sürmüşdü. Bu xəbərlərdən sonra sultan Qüds ziyarətini ertələdi və qışı müharibəyə hazırlaşaraq, oğlu Səlim ilə ov mərasimlərində keçirdi.[54] Təhmasib isə, Van və Vostan istiqamətində irəliləyən İsmayıl Mirzəyə və Sultan Hüseyn Mirzəyə əlavə qızılbaş dəstək bölmələri göndərməyə davam etməkdə idi. Hər iki birləşməyə bütün ərzaqları yandırmaq, Osmanlı ordusunun yararlana biləcəyi hər şeyi məhv etmək tapşırılmışdı. Süleymanın Hələbdə olmasından istifadə edən I Təhmasib "yandırılmış torpaq" taktikasını daha da sistemli hala gətirmişdi. İki ayda iki oğlunu itirən və ordusunun döyüş əhval-ruhiyyəsi aşağı düşmüş olan sultan sülh və ya müharibə barədə qərar verməli idi. Qışı bu vəziyyətdə keçirdikdən sonra Diyarbəkirin Çilək bölgəsinə Osmanlı ordusu daxil oldu. Burada sultan adətinin əksinə olaraq, ordu mənsublarından xeyli sayda insanı qəbul etdi və onların problemlərini dinlədi. Sonda çıxışı zaman yaxınlaşan müharibənin əhəmiyyətindən bəhs etdi və ordu üzvlərinə hədiyyələr dağıtdı. Yalnız bunlardan sonra, ordu Səfəvilərlə savaşmaq üçün yola çıxdı.[55]

1554-cü ilin mayında başlayan Sultan Süleymanın son yürüşü Təhmasibin oğlu İsmayıl Mirzənin şərqi Anadolunu ələ keçirməsinə və Ərzurum paşası İsgəndər paşanı məğlub etməsinə cavab vermək üçün idi. Diyarbəkirdən Qarabağa doğru yola çıxan Süleyman buraları ələ keçirməyi baacrdı.[56] Buna cavab olaraq Təhmasib də ordusunu 4 əsas korpusa bölmüş və müxtəlif istiqamətdə hərbi tapşırıqlarla vəzifələndirmişdi. Qızılbaşların üstünlüyünü görən ultan Süleyman bu yürüşün də nəticə verməyəcəyini başa düşdükdən sonra geri çəkilməyə qərar verdi.[57] Beləliklə, onun sonuncu yürüşü də nəticəsiz qaldı və sülh danışıqları sürətləndirildi.

Sülhün imzalanması
[redaktə | mənbəni redaktə et]

Osmanlı-Səfəvi münasibətlərinin XVI əsr tarixi barədə müasir tarixşünaslıqda belə bir fikir var ki, ilk Osmanlı-Səfəvi sülh müqaviləsi Səfəvilərin sülh üçün yalvarması, Osmanlının isə bu təklifi lüft edib qəbul etməyi ilə baş tutmuşdur.[58] Bu fikir əsasən, Osmanlı qaynağı olan Mustafa Cəlalzadənin "Təbakat-ül Məmalik və Dərəcat ül-Məsalik" əsərinə istinadən verilir. Bu əsər daha sonrakı Osmanlı qaynaqları üçün də əsas mənbə olmuşdur.[59] Lakin, sülh üçün ilk müraciət Osmanlı tərəfindən olmuşdu.[60] Hələ sultan Naxçıvandan geri qayıdarkən, vəziri Məhəmməd paşanı sülh danışıqlarını başlatmaq üçün vəzifələndirmişdi.[61] Yüksək rütbəli əsirlərin dəyişdirilməsi baş tutdu. 29 may 1555-ci ildə iki dövlət arasında ilk müqavilə Amasyada imzalandı. Müqaviləyə görə, qərbi Gürcüstan bölgələri olan İmeretiya, MeqreliyaQuriya Osmanlı dövlətinin nüfuz dairəsinə keçdi, onun şərq bölgələri olan Mesxetiya, KartliKaxetiya isə Səfəvi dövlətinin tərkibində qaldı.[62][63] Bağdad da daxil olmaqla, İraq Osmanlı dövlətinin, bütün əraziləri ilə birlikdə Azərbaycan da Səfəvi dövlətinin tərkibində qaldı.[64][65]

Şərqi Anadolu boyunca, Ərzurum, Van, Şəhrizor kimi bir neçə bufer zona yaradıldı.[66] Qars hərbsizləşdirilmiş zona elan edildi və onun qalası dağıdıldı.[63][67] Müqavilədəki şərtlərdən biri də, Səfəvilərin Osmanlı üçün önəmli dini fiqurlar kimi qəbul edilən Raşidun xəlifələrinin, Aişənin və peyğəmbər səhabələrinin dini rituallarla alçaldılmasına son qoyulması idi.[68] Bu Osmanlı-Səfəvi müqavilələrinin ümumi şərti idi.[69][70]

Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Həsən bəy Rumlunun Əhsən ət-Təvarix əsərində, Qəffarinin və Əli Zeynalabdinin salnamələrində Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri-qəməri təqvimi ilə 961-ci ilə aid edilir. İsgəndər bəy Münşi onun tarixini xronoqram ilə verir (yəni 1+30+90+30+8+600+10+200), bu da hicri təqvim ilə 969-cu il edir..[71] Bu hadisənin dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri 962-ci il rəcəbin 8-də (1555-ci il mayın 29-da) bağlanmışdır.[72] Sülhdən sonra Osmanlı dövləti qərb cəbhəsinə xüsusi önəm verdi və hər iki dövlətin sərhədləri bir müddətlik stabillik qazandı.[73] Sülh şəriti 1578-ci ildə Osmanlılar tərəfindən pozulana qədər davam etdi.[74] Osmanlılar müqavilə ilə, Səfəviləri bidət və küfrdə ittiham etmək əvəzinə, On iki imam şiəliyi nümayəndələri kimi rəsmən tanıdılar. Səfəvilər həcc ziyarəti hüququ qəbulu qarşılığında Osmanlıları müsəlmanlar üçün müqəddəs şəhər olan MəkkəMədinə şəhərlərinin himayədarı kimi qəbul etdilər.[75] Həmçinin Osmanlı dövləti Səfəvi zəvvarlarının MəkkəMədinə şəhərləri ilə yanaşı, şiələr üçün müqəddəs olan Kərbəla və Nəcəf şəhərlərinə girişlərinə də icazə verdilər. Şah Təhmasib də ilk xəlifələrin lənətlənməsini, Ömər ibn Xəttabın qətlə yetirilməsinin qətlə yetirilməsi şərəfinə festivallar keçirilməsini qadağan etdi.[30][76][77]

Yozef fon Hammer bu müqaviləni Osmanlı ilə Səfəvilər arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır. Mənbələrdə Çaldıran döyüşündən sonra I Şah İsmayılla Sultan Səlim arasında sülhə dair hər hansı məlumata təsadüf edilmir. Buna baxmayaraq, bəzi əsərlərdə 1515-ci ildə onların arasında sülh əldə edildiyi barədə yoxlanmamış və əsaslandırılmamış fikirlər var.

Ümumilikdə, bu sülh şərtləri Şah Təhmasibin qələbəsi demək idi.[15]

Gürcüstana yürüşlər

[redaktə | mənbəni redaktə et]

Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi.[78] Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu.[79] Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi.[80] Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir.[81] İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir.[82] Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirlmişdir. Bu yürüşlərin hər birində xeyli sayda qənimət ələ keçirilməklə birlikdə, qızılbaşlar, çox sayıda əsir də əldə edərək geri dönmüşlərdir. Mənbələrdə bir yürüşdə 30 min əsirin ələ keçirildiyi bildirilməkdədir. Belə əsirlərdən biri də Luarsabın anası Nestan Darejandır ki, əsir götürüldükdən sonra intihar etmişdir.[83] Bu əsir götürülənlərdən bəzisi sonradan Səfəvi bürokratiyasına daxil olmağı da bacarmışdırlar.[80][84]

1555-ci ildə Amasiya sülhünə uyğun olaraq şərqi Gürcüstan qızılbaşların hakimiyyəti altında qaldı.[85] Bundan sonrakı yürüşlərdə Şah Təhmasib özü şəxsən iştirak etmədi, bunun əvəzinə regiondakı qızılbaş hakimiyyətini Şahverdi Sultan Ziyadoğlu Qacar təmsil etməkdə idi. O, ümumilikdə Arazdan şimaldakı torpaqlara hakimlik etməkdə idi.[83] Təhmasib buradakı hakimiyyətini davamlı etmək üçün Kartli və Kaxetiya taxtına şiəliyi qəbul etmiş şəxsləri keçirməkdə idi. Bunlara misal olaraq, I Simonun qardaşı Davud xanı misal göstərmək olar.[80] Kaxetiyalı Levanın oğlu şahzadə Jesse də 1560-cı illərdə Qəzvinə gəlmiş və şiəliyi qəbul etmişdir. Bunun qarşılığında da Şah Təhmasib ona hədiyyələr və vəzifə vermişdir. Ona Qəzvində saray hədiyyə edilmiş, Şəkinin və ətraf ərazilərin hakimi təyin edilmişdir.[83] Bu gürcü şahzadələrinin şiəliyi qəbul etməsi Tiflisi geri qaytarmağa çalışan Kartli hökmdarları I Luarsaba, onnu oğlu I Simona qızılbaşlara qarşı mübarizə aparmağı davam etdirmələrinə əngəl olmadı. Bu gürcü hakimlərinin qızılbaşlarla döyüşdüyü Qarisi döyüşündə də yekun mütləq qalib müəyyənləşməmişdi.[86]

AzərbaycanŞərqi Anadolu mərkəzli dövlət üçün XV əsrdən və daha əvvəllərdən etibarən Gürcüstana edilən hərbi yürüşlər adi bir şeyə çevrilmişdi. Şah İsmayılın ana tərəfdən babası olan Ağqoyunlu Uzun Həsən Gürcüstan knyazlıqları üzərinə 3 dəfə — 1458, 1461 və 1476 — böyük yürüş həyata keçirmişdi.[87] Şah İsmayıl özü də hətta Çaldıran döyüşündəki məğlubiyyətdən sonra da Gürcüstan ərazilərinə ordular göndərmişdir. Bu qədər yürüş edilməsinin bir neçə səbəbi var idi və bunlardan ən əsası regionun coğrafi yerləşməsi idi. Osmanlı və Səfəvi imperiyaları arasındakı rəqabət onlara bufer zona yaratmağa sövq edirdi və belə bir bölgə də məhz Gürcüstan idi. Təhmasibin dövründəki yürüşlərin səbəblərindən biri də qızılbaş ordusu daxilində vaxtaşırı formalaşan yağma ehtiyacı idi. Lakin onun ilk yürüşünün səbəbi tamamilə başqa idi və qızılbaş yüksək komandanlığının uuğrlu hərbi yürüş həyata keçirməklə ordudakı həmrəyliyi və döyüş əhval-ruhiyyəsini yüksəltməyi hədəfləməkdə idi. Parçalanmış gürcü krallıqlarında siyasi və hərbi birliyin olmaması onları Osmanlı və Səfəvilərin daha böyük və daha mütəşəkkil orduları üçün asan hədəfə çevirirdi.[88]

Gürcüstanın xristian əhalisi ətraf türk-müsəlman dövlətləri üçün onları legitim hədəfə çevirirdi. Bu dövlətlər öz siyasi legitimliklərini təmin edə bilmək üçün tez-tez cihad amilindən istifadə edirdilər. Bu, hüquqi nöqteyi-nəzərdən onlara qeyri-müsəlman əhaliyə vergi və xərac qoymaq imkanı verirdi. Bununla belə, "sərhəd torpaqlarında" iki imperiya arasında dini və siyasi qarşıdurma da az əhəmiyyət kəsb etmirdi; legitimlik iddialarını gücləndirmək üçün imperiya gücünün nümayişinə ehtiyac tez-tez bölgədə hərbi əməliyyatlarla nəticələnirdi. Üstəlik, bu dövrdə Səfəvi dövləti yüksək dərəcədə hərbiləşdirilmişdi və bu vəzifələri yerinə yetirən qızılbaşlar üçün müharibə təbii və ülvi bir həyat tərzi idi. Məhz müharibədə onlar öz şücaətlərini, fədakarlıqlarını və şərəflərini sübut edə bilərdilər. Müharibə həm də varlanmaq və geniş torpaq sahələrinə sahib olmaq imkanı verirdi. Təhmasp bu kampaniyalarda iştirak edən əmirləri əsas dövlət vəzifələrinə təyin edir və onlar da öz növbəsində yeni əldə etdikləri vəsaiti öz tabeliyində olanlara paylayırdılar. Bütün bunlar Qafqaza genişlənmək üçün güclü motiv idi və Səfəvi ali komandanlığı bu faydaların bölgədə Osmanlılarla birbaşa toqquşma riskindən üstün olduğuna inanırdı.[89]

Birinci yürüş (1541)

[redaktə | mənbəni redaktə et]

Şah Təhmasibin Gürcüstan ərazisinə ilk yürüşü 1541-ci ildə baş vermişdir. Bu zaman şahın 27 yaşı var idi və o, artıq bütün hakimiyyəti öz əlində cəmləşdirmiş, əyalətlərə etibarları əmirləri, qızılbaşların yüksək elitasından ona saiq şəxsləri yerləşdirmişdi. Bu yürüş başladığı zaman fəlakətli vətəndaş müharibəsi sona çatmış, 1539-cu ildə özbəklər üzərində qələbə qazanmaqla şərq sərhədlərində stabillik yaradılmış və 1533-cü ildən 1535-ci ilə qədər davam etmiş Süleymanın yürüşünün üzərindən 6 il keçmişdi. KartliKaxeti çarlıqları Səfəvi basqınlarının ən ağır yükünü Şah Təhmasibin dövründə (daha sonra isə onun nəvəsi I Abbasın hakimiyyəti dövründə) çəkdi. Digər tərəfdən, Samtsxe knyazlığı öz müstəqilliyini qoruyub saxlamaq və bilavasitə tabeliklə nəticələnə biləcək hərbi münaqişə riskindən qaçmaq üçün coğrafi uzaqlığından istifadə edərək Səfəvilərlə siyasi dialoqa getdi.[90] Sabaratiano, Saamilaxvaro və Satsitsiano kimi bir neçə muxtar dövlətə sahib olan Kartli Krallığının Baqrationilər sülaləsindən güclü bir hökmdarı var idi — Kral Konstantin Luarsabın birbaşa nəslindən olan Kral I Luarsab. O, bu dövrdə Şah Təhmasibin əsas rəqibi idi və Səfəvilərin Kartli və qonşu bölgələrdə hökmranlıq etmək cəhdlərinə şiddətlə müqavimət göstərdi.[91]

Dövrün Səfəvi mənbələri gürcü çarlıqları arasında heç bir fərq qoymur; bu mənbələrdə bölgə üçün ümumi təyinat "Gürcistan" terminidir. Lakin hökmdarlar və ya tanınmış şəhərlər (məsələn, Qori və ya Tiflis) arasında fərq qoymaqla konkret hansı krallıqdan bəhs edildiyini müəyyən etmək olar. Bu mənbələrə görə, bu kampaniyaların başlamasının əsas motivi kafirlərə qarşı "müqəddəs müharibə"dən (qəzavat və cihad) başqa bir şey deyildi. Salnaməçi Həsən-bəy Rumlu yazır: "İmanın müdafiəçisi Şah İslamın qələbəsi və Peyğəmbərin dininin möhkəmlənməsi naminə… qorxmaz qoşunlarla Gürcüstana yürüş etdi. " Digər tərəfdən, erməni salnaməçisi Zakaria Kanakertsi yazır ki, ilk işğalın səbəbi məhz gürcülər olub, onlar "Tiflisə gələn istənilən iranlıya hücum edib qarət ediblər". 1541-ci ildə qızılbaş qoşunları Qarabağdan şimala, kral Luarsabın hakimiyyəti altında olan Kartli çarlığının paytaxtı Tiflisə doğru irəlilədilər. Səfəvi işğalından cəmi iki il əvvəl Gürcüstandan keçən Venesiya elçisi Mişel Membray yazırdı:

" “Onun (Kral Luarsabın) əyanlarının sayına görə təxminən 5000 nəfərdən ibarət aznavurlar adlanan atlıları var... adı çəkilən Tiflis şəhəri çox böyükdür, lakin çoxlu müharibələr nəticəsində onun böyük hissəsi dağıdılıb. Adı çəkilən kral Luarsab Sofiyə (yəni Şah Təhmasp) illik 1000 dukat xərac ödəyir.[91] "

Membrenin məlumatına görə, Kaxetiya çarlığı ən azı 1538-ci ilə qədər Səfəvi imperiyasına xərac vermişdir. Şah Təhmasibin Gürcüstana təşkil etdiyi bu ilk yürüşündə iştirak etmiş Həsən bəy Rumlu günümüzdə mövcud olan digər qaynaqlarla nisbətdə daha ətraflı məlumat verir. Onun yazdıqlarına görə, qızılbaş ordusu Tiflis şəhərinı gecə ikən çatdı və dərhalda şəhərə hücum təşkil edildi. Luarsabın sərkərdələrindən biri olan Kəlbəd-i Gürci öz döyüşçüləri ilə birlikdə Tiflis şəhərində idi və müqavimət göstərmək niyyətində idi. Sonda o, məğlub edildi, şəhər qızılbaşlar tərəfindən ələ keçirildi. Qarət edilən şəhər qarət edildi, insanlar isə əsir götürüldü. Bir digər gürcü sərkərdəsi Habş Bartis qalasına qaçdı və sonda məğlub edildi. İslamı qəbul edənlərin, o cümlədən sərkərdə Kəlbədin canı sağ qaldı, dinindən dönməyənlər isə dərhal edam edildi. Qızılbaş qoşunu Luarsabı və onun camaatını ələ keçirmək üçün Kür çayının sahili boyunca yürüşə başladı. Qoşun tezliklə qənimət və çoxsaylı əsirlərlə Təbrizə qayıtdı. Bu yürüşlərin nəzərə çarpan xüsusiyyəti gürcü knyazlıqlarında qalaların mühasirəyə alınmasıdır. Əslində, hərbi hücumun hər raundunun müvəffəqiyyəti əraziyə nəzarət edən qalalar zəncirinin tutulmasından asılı idi. Daş qala gürcü hərbi aristokratiyasının qüdrətinin simvolu — onların siyasi və inzibati aparatının mərkəzi, eləcə də bu ərazidə hərbi qüdrətinin əsası idi. Yəni bölgəyə hakim olmaq üçün ilk öncə o bölgənin mərkəzi qalasına sahib olmaq gərəkməkdə idi. Qala bu yürüşlər zamanı Səfəvi qoşunlarının gürcü kəndlərində rastlaşdıqları ən güclü, təhdidedici və hakim struktur idi.[92] Qalanın ələ keçirilməsi gürcü silahlı qüvvələrinin hər hansı konkret ərazidə qüdrətini qırmaq üçün tamamilə zəruri idi və bu yürüşlərdə mühüm yer tuturdu.[93]

Səfəvilərin 1541-ci il yürüşü uğurlu oldu. Bu nəticə özündən xeyli sayda üstün olan Osmanlı ordusu ilə yaşanan çətin döyüşlərdə qızılbaş ordusunun əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb oldu. Müvafiq olaraq, bu qələbə Təhmasibin özünə böyük şəxsi fayda gətirdi, çünki onun silahlı qüvvələrinin gözündə artan qüdrətini və nüfuzunu əks etdirirdi. Nəzərə almaq lazımdır ki, bu dövrdə Şah Təhmasibə öz şəxsi nüfuzunu yüksəltmək və mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi uğura ehtiyacı var idi. Nəticdəə bu yürüşdə qazanılmış uğur qızılbaş əmirlərinin şahlarına olan sədaqətlərinin yüksəlməsinə səbəb olmuş və onnu güclü bir lider olduğuna inandırmışdı. Şübhəsizdir ki, bu hərbi qələbədən Şah Təhmasib üçün siyasi qələbələr də doğmuşdu. Buna görə də, ŞahTəhmasib yürüşün tam zəfərə çatmamasına baxmayaraq, onun nəticələrindən razı qalmalı idi.[93]

İkinci yürüş (1547)

[redaktə | mənbəni redaktə et]

6 il sonra — 1547-ci ilin qışında Şah Təhmasib Gürcüstana, Kaxetiya çarlığının üzərinə yeni yürüşə başladı. Görünüşə görə, bu qərarın verilməsində Şah Təhmasibin ögəy qardaşı Əlqas Mirzənin üsyan qaldırması və Osmanlının üçüncü yürüşündə iştirak etməsi faktı önəmli rol oynamışdır.[93] Əlqas Mirzənin üsyan qaldırması xəbəri 1546-cı ildə şah Qəzvində olduğu zaman ona çatdı. Şahın elçisi Əli ağa qapıçıbaşı onu razı salmaq məqsədilə Alkasın iqamətgahı olan Şirvana göndərildi. Elçinin cəhdləri nəticəsiz qaldı. Bundan sonra Şah Təhmasib ordunun başında özü olmaqla birlikdə Şirvana yürüşə çıxma qərarı verdi. Şahın ordu ilə gəlməsini eşidən Əlqas Mirzə təhlükəni hiss edərək anasını və oğlu ƏhmədMirzəni şah sarayına göndərərək bağışlanmasını istədi. Şah təklifi qəbul etdi və özünün yüksəl rütbəli məmurları olan Şahqulu Xəlifə Möhürdarı, Sevindik bəy QorçubaşınıBədr xan Ustaclını Əlqas Mirzənin birdə üsyan qalxmayacağı barədə Quranın üzərinə and içməsini təşkil etmək üçün Şirvana göndərdi. Əlqas Mirzə gəlinən razılığa görə ildə şahın xəzinəsinə ildə min tümən vergi verəcəyini, müharibə halında min nəfər döyüşçü göndərəcəyini və taxta ölənə qədər sadiq qalacağına and içdi. Bütün bu olanlardan Şah Təhmasib o qədər də razı qalmasa da, şimala doğru yürüşünü davam etdirərək Səhənddən Təbrizə gəldi.[94]

Çox gümanki Əlaqas Mirzənin tabe olmağa razılıq verməsi sadəcə vaxt qazanmaq üçün edilən bir taktiki gedişat idi. Çünki and içməsindən qısa müddət sonra öz andından imtina etdi, öz adına sikkə zərb etdirməyə, xütbə oxutmağa başladı. Bununla o, yəqinki Osmanlı sultanının yardım edəcəyini dəqiqləşdirmək üçün vaxt qazanmaq istəyirdi. Bundan sonra Əlqas Mirzə Şamaxıya, oradan da Dərbəndə getdi. Samur çayını keçdikdən sonra onun dəstələri Şahverdi Sulan Ziyadoğlu-Qacar, Məhəmməd bəy Türkman, Süleyman bəy Çələbi və Məhəmməd bəy Şirbəxt oğlu Talışın komandanlığı altındakı qızılbaş dəstəsi ilə toqquşdular və məğlub edildilər.[94] Onların növbəti toqquşması isə Şahqulu Xəlifənin komandanlıq etdiyi qızılbaş ordusu ilə oldu və yenə məğlub edildilər. Qızılbaşları məğlub edə bilməyəcəyini görən və döyüşdən qaçan Əlqas Mirzə Osmanlı torpalarına gedərək Sultan Süleymana sığınmaq qərarına gəldi.[95]

Əlqas Mirzə ilk tabelik nişanələri göstərdiyi zamandan etibarən qızılbaşların əsas ordusu Təbriz şəhərində idi və döyüş üçün tam hazır vəziyyətdə idi. Əlqas tabe olacağını bildirdikdən və vergi, qoşun göndərəcəyinə and içdikdən sonra Təbrizdə hazır vəziyyətdə olan ordu ilə Kaxetiya üzərinə hücuma keçilməsi barədə qərar qəbul edildi. Lakin Şah Təhmasib öz xatirələrində Əlqas Mirzənin yenidən üsyan qaldırdığı xəbərini alan zaman artıq Gürcüstana Ləvəntin ardıyca getdiyini yazmaqdadır. Beləliklə, şah Gürcüstan üzərinə yürüş etmə qərarını hər bir halda Əlqasın bağışlanması ilə yenidən üsyan qaldırması arasında etdiyi ortaya çıxır. Şah Təhmasib qoşunları ilə 1547-ci ilin qışında Ağşəhərə çatdı. Gürcü qoşunlarının məğlubiyyəti və bölgənin viran qalması ilə nəticələnən şiddətli döyüş baş verdi. Sonra qoşun Ağşəhərdən Təbdiyə yola düşdü, Levənd-bək və onun rəqibi Baş Açıq öz sədaqətlərini ifadə edərək şahın düşərgəsinə çatdılar. Şah onları yaxşı qarşıladı və onlara fəxri paltarlar verdi. Tezliklə onlar öz mülklərinə qayıtdılar. Bu zaman ordu Gəncəyə doğru yürüş edərək Bulaq yaxınlığında müvəqqəti düşərgə saldı.[95]

Üçüncü yürüş (1551)

[redaktə | mənbəni redaktə et]

Cənubi Gürcüstana üçüncü yürüş 1551-ci ildə baş verdi. Bədr xan Ustaclı, Şahqulu Ustaclı və Şahqulu Xəlifə Möhrdarın komandanlığı altındakı qızılbaş ordusu Ləvənt bəyin komandanlığı altındakı gürcü dəstələrinin də yardımı ilə Şəkiyə toplandı və onun hakimi Dərviş Məhəmməd xan məğlub edildi.[96] Ordunun əsas hissəsi Şəkidə dürərgə salarkən gürcü hakimlərindən biri olan Keyxosrov Təhmasibə müraciət edərək Luarsaba qarşı yardım istədi. Çünki Luarsab və Vaxuşa Gürci onun torpaqlarının bir hissəsini ələ keçirmişdi. Bu zaman Osmanlı ordusu İsgəndər paşanın komandanlığı altında indiki Gürcüstanın qərb bölgəsinə daxil oldu. Çox güman ki, gürcü hakimi Luarsabla Osmanlı ordusunun ittifaq formalaşdırmasına əngəl ola bilmək üçün qızılbaş ordusu Bədir xan Ustaclı, Əli Sultan Təkəli, Şahverdi xan Ziyadoğlunun (Şahverdi xan bu yürüşdə həlledici rol oynamışdır) komandanlığı altında Kartlidə yerləşən Luarsabın əsas qalası üzərinə yürüşə başladılar. Onlar Malinkub (Mankub Darfar və ya Manaskub Darqard deyə də mənbələrdə keçməkdədir), Darzbad və adı çəkilməyən monastrı ələ keçirsələr də, Luarsabın əsas qoşunlarını yaxalaya bimədilər və onlar qaçıb canlarını qurtara bildilər. Qənimətlər ələ keçirən qızılbaşlar monastrı yağmaladılar və oradakı din adamlarından 20-i həyatını itirdi.[97]

1551-ci ilin payızında qızılbaş komandanları Luarsabımn əsas ordusunu məhv etmək üçün Kaxetiyanın içlərinə doğru daha bir yürüş həyata keçirdilər. Lakin bu dəfə də kiçik, lakin yaxşı təşkil edilmiş Luarsabın ordusuna qarşı mütləq qələbə əldə etmək mümkün olmadı, çünki Luarsab yenə də həlledici döyüşdən yayındı. Lakin qızılbaşlar xeyli qənimət və əsir əldə edərək, Barat Ali də daxil olmaqla ətraf bölgələri yağmaladılar.[97] Qışın gəlişi ilə Səfəvi ordusu Qarabağa çəkildi. Səfəvi mənbələri bu basqınlar zamanı bölgənin tam xarabalığa çevrildiyini və yerli əhalinin böyük bir hissəsinin qırğına məruz qaldığını açıq şəkildə bildirir və xüsusilə bu kampaniyanın son dərəcə amansız aparıldığına heç bir şübhə yeri qoymurlar. Həsən bəy Rumlu da toqquşmaları ətraflı təsvir edən məlumatlar vermişdir. Siyasi baxımdan Səfəvilər bir neçə mühüm məqsədə nail oldular. Bu yürüşlə Şa Təhmasib Keyxosrov kimi yeni vassal hökmdar əldə etdi. Həmçinin Keyxosrov Şah Təhmasibə Tumak qalasının, Ağşəhəri və ətrafındakı əraziləri ələ keçirməyə yardım etdi. Tanınmış gürcü əsilzadələrindən olan Vaxuş Gürcü və onun Keyxosrovun torpaqlarını tutmuş müttəfiqi Şarmazanoğlu ələ keçirilib edam edildilər. Onların torpaqları isə paylaşdırıldı. Lakin əsas rəqib gürcü ordusunun komandanı olan Luarsabı ələ keçirmək mümkün olmadı. Elə buna görə də, yerli əhaliyə qarşı qızılbaş ordusu tərəfindən cəzalandırma tədbirləri həyata keçirildi.[98]

Dördüncü yürüş (1554–1557)

[redaktə | mənbəni redaktə et]

Sultan Süleymanın hakimiyyəti dövründə sonuncu Osmanlı hücumu olan və 1553–1554-cü illəri əhatə edən yürüşdən dərhal sonra qızılbaş ordusu Kartli üzərinə yeni yürüşə çıxdı. Bundan əvvəlki Osmanlı hücumlarının hər biri kimi bu Osmanlı yürüşü də hər iki tərəfə xeyli ziyan vurması ilə birlikdə, onlara heç bir üstünlük qazandırmamışdı. Elə buna görə də, yürüşün sonlanmasından dərhal sonra sülh danışıqları başladıldı və 1555-ci ildə Amasiya sülhü ilə nəticələndi. Bu hadisələri 70 il sonra yazan və onları retrospektiv şəkildə qiymətləndirmək imkanı əldə edən İsgəndər bəy Münşi Gürcü çarlıqlarının Osmanlılar tərəfindən Səfəvilər arasında bölünməsini Amasiya müqaviləsinin tərkib hissəsi hesab edirdi. Onun sözlərinə görə, hər iki tərəf Samtsxe, Kartli və Kaxeti ərazilərinin Səfəvilərin yurisdiksiyasında qalmasına, osmanlıların isə Başı Açıq, Dadian və Kuriyana (İmeretiya, MeqreliyaQuriya) nəzarət etməsinə razılaşdılar.[99]

Bu arada Kartli kralı I Luarsab Səfəvi-Osmanlı qarşıdurmasından yenidən daha böyük muxtariyyət iddiası üçün istifadə etdi. Osmanlı təhlükəsindən qurtulan Şah Təhmasib buna cavab olaraq etibarlı sərkərdəsi Şahverdi Sultan Ziyadoğlu Qacarın köməyi ilə Luarsabın ərazisini işğal etdi. Luarsab Şah Təhmasibin Osmanlı ordusuna qarşı istifadə etdiyi döyüş taktikasını onun özünə qarşı istifadə etdi və onunla həlledici döyüş meydanına çıxmaqdan yayındı. Lakin daha yaxşı ərbi strategiya hazırlayan qızılbaş ordusu onu məğlub etməyi və tədricən paytaxtına yaxınlaşmağı bacardılar. Nəticədə 1554-cü ildə Qori şəhərini ələ keçirdilər.[99] Döyüşlər zamanı Məzrut, Parsatan və Aydın qalaları ələ keçirilsə də, o zamanlar padşah Luarsabın anasının iqamətgahı olan Aydın qalası inadkar müqavimət göstərdi. Bu yürüşün ən amansız döyüşü bu qalanın mühasirəsi zamanı baş verdi, burada Luarsab döyüşçülərinin çoxu qızılbaşların hücumlarını dəf etmək üçün inadkar müqavimət göstərdilər. Sonda qala divarında yarmalar açıldı və müdafiəçilərin müqaviməti yatırıldı. Səfəvi qoşunları çoxlarını qılıncdan keçirdilər və çoxlu adamları, o cümlədən Luarsabın anasını əsir götürdülər. Sonrakı bir neçə həftə ərzində onlar böyük qənimətə, mal-qaraya və yeni əsirlərə sahib olaraq bölgədəki digər müqavimət ocaqlarını əzdilər. Səfəvi mənbələri padşahın anasının sonrakı taleyi haqqında heç nə demir. Səfəvi salnamələri yekdilliklə bildirirlər ki, məhz bu yürüş zamanı Səfəvi qoşunları 30 mindən çox gürcü əsir götürərək Səfəvi ərazisinə köçürüblər. Qazi Əhmədin dediyinə görə, qızılbaş ordusu qışı Qori yaxınlığında keçirib, yanvarda Qarabağa gedib. Fevralda şahın sarayı və ordusu cənuba doğru hərəkət edərək Gəncəyə tərxis və burada onun valisi Şahverdi Sultan Ziyadoğlu Qacar ​​uğurlu yürüşün şərəfinə şah sarayına ziyafət və səkkiz günlük şənliklər verdi. Bundan sonra şahın qoşunu Bərdə əyalətinə getdi.[100]

1557-ci ildə Luarsab Qorini geri aldıqdan və 1557-ci ildə təsirli ordu topladıqdan sonra Səfəvi qarnizonunu bölgədən qovdu. Bundan xəbər tutan Qarabağ bəylərbəyi Şahverdi Sultan Ziyadoğlu Luarsabın cəhdlərinə birdəfəlik son qoymaq üçün yürüşə çıxdı. Lakin onun süvariləri yolda ikən tələyə salındı. Qızılbaş ordusu ağır itkilər verərək geri çəkilməyə məcbur olarkən Şahverdi xanın dəstələrindən birinə komandanlıq edən Məhəmməd bəy Çepni Luarsabın dəstəsinin sıralarını yarıb keçməyi bacardı və onun dəsətsindən bir döyüşçü Luarsabla döyüşə girərək onu öldürdü. Yaranmış xaosdan istifadə edən Məhəmməd bəy Çepni Luarsabın atının yüyənini tutaraq oradan uzaqlaşmağı bacardı.[101] Luarsabı öldürməyi bacaran qızılbaş döyüşçüsü isə Luarsabın döyüşçüləri tərəfindən qətlə yetirildi. Luarsabın yerinə oğlu I Simon hakimiyyətə keçdi və qıılbaşlara qarşı mübarizəni davam etdirdi.[102]

Beş il sonra Simon Kaxetiya çarı Levan ilə hərbi müqavilə bağladı və bu müqavilə Levanın qızı Nestan Darejanla evlənməsi ilə möhkəmləndi. Simonun məqsədi böyük bir ordu toplamaq və Tiflisi Səfəvilərdən geri almaq idi. Koalisiyaya Levanın oğlu Georgi ilə birlikdə, bir çox digər nüfuzlu əyalət zadəganları da qoşulmuşdu. Müasir bir salnaməçinin dediyinə görə, "qısa müddətdə o qədər döyüşçü toplandı ki, qədim səmaların baxışları o səltənətdə əsrlər boyu belə bir şey görməmişdi".[102]

Beşinci yürüş (1561)

[redaktə | mənbəni redaktə et]

Şah Təhmasib Qarabağ bəylərbəyi olan Şahverdi Sultan Ziyadoğluna yenidən gürcülər üzərinə hücum edib üsyanlarını yatırmağı əmr etdi. O, Qarabağ döyüşçüləri ilə birlikdə Gəncədən çıxaraq onların üzərinə yeridi və iki ordu 1 may 1561-ci ildə üz-üzə gəldi. Gürcü ordusu yüngül silahlarla silahlanmış qızılbaş süvariləri qədər sürətli deyildi. Tezliklə gürcülər məğlub oldular və döyüş meydanından qaçdılar. Kartlinin məğlub olan qoşunları şimala, Qori şəhərinə çəkildi. Levanın oğlu Qurgin min döyüşçüsü ilə birlikdə amansızcasına qılıncdan keçirildi. Kartlinin saray xronikalarından birində bu hadisənin nəticələri belə qeyd edilmişdir:[102]

" Levan oğlunun ölümü xəbərini eşitdiyi zaman ürəyindəki odun alovları göylərə ucaldı və gözlərindən çıxan qan ətrafı basdı. Bütün gürcülər qara yas paltarı geyindilər. "

Bu döyüşdəki məğlubiyyətin uzunmüddətli nəticələri oldu. Kaxetiyanın ümumi bayrağı altında siyasi və hərbi birliyə nail olmaq ümidlərə son qoyuldu. Üstəlik, bu, nəinki kaxetiyalıların müstəqillik arzularını sarsıtdı, həm də Kartlinin kral ailəsinə dərin ruhdan salıcı təsir göstərdi. Simon Səfəvi hökmranlığını inadla rədd etməkdə davam edərkən, qardaşı XI David Kartlidə davam edən vətəndaş qarşıdurmasından və qeyri-sabit siyasi vəziyyətdən qorxaraq ona xəyanət etdi və Səfəvi tərəfinə keçdi. O, 1561-ci ildə tərəfdarlarının müşayiəti ilə Qəzvindəki saraya gəldi və Şah Təhmasibə beyət etdi. İslamı qəbul etdi və sonra Davud xan kimi tanındı. Şah Təhmasib onu Tiflisin hakimi kimi tanıdı və məhdud hakimiyyətlə mükafatlandırdı. İsgəndər bəy münşinin bildirdiyinə görə o, Səfəvi şahının hakimiyyəti altında hakimlik edə bilirdi və "bu zamandan etibarən qızılbaş əmirlərindən biri Tiflis qalasının komendantı kimi xidmət edir və Davud xanın məsləhətçisi və mentoru kimi çalışırdı".[103]

Altıncı yürüş (1566)

[redaktə | mənbəni redaktə et]

1566-cı ildə Simon Tiflisi ələ keçirmək üçün yürüşə çıxdı və demək olar ki, buna nail də olurdu. O, İbrahim Xəlifə Qaramanlının komandanlığı altındakı azsaylı qızılbaş ordusunu məğlub etməyi bacardı. Belə nəticənin ortaya çıxmasında görünür ki, Tiflisdəki gürcü döyüşçülərinin Davud xanın qızılbaşlara yardım etmə əmrinə itaət etməməsi mühüm rol oynamışdır. Lakin Simon Tiflis qalasını ələ keçirə bilmədi və bir neçə günlük mühasirədən sonra geri çəkilməyə oldu. Bu kiçik məğlubiyyət Simonun artan qüdrəti ilə Səfəvi sarayını təşvişə saldı. Növbəti il Şah Təhmasib Davud xana öz üsyankar qardaşının yaratdığı problemləri birdəfəlik həll etməyi əmr edir. Bu məqsədlə ona hərbi yardım göndərilir. Bu hərbi yardıma qızılbaş komandanlarından Şamxal bəy Çərkəzin, İbrahim bəy Alpoutun və Əliqulu bəy Qacarın komandanlığı altında göndərilmişdi. Bu ordu Simonu döyüş meydanında əsir edərək Qəzvindəki şah sarayına gətirməyi bacardı.[103] Şah Təhmasib Simonu məşhur Qəhqəhə qalasında həbsdə saxlanılmasını əmr etdi. 1578-ci ilə qədər bu qalada əsirlikdə qalan Simon bu ildə həbsdən azad edilib, lazimi şeylərlə təchiz edildikdən sonra hücuma keçən Osmanlılarla döyüşmək üçün göndərildi.[104]

Özbəklərlə toqquşmalar

[redaktə | mənbəni redaktə et]

1512-ci ildəki Gicduvan döyüşündəki qələbədən sonra özbəklər öz mövqelərini qəti olaraq Mavəraünnəhrdə möhkəmləndirdilər. 1520-ci ildən başlayaraq isə, iki dövlət arasında Xorasan uğrundakə mübarizənin yeni mərhələsi başladı. 1526-cı ildə özbəklərin yeni hücumu yaşandı. Amudərya çayını keçən özbəklər Tus şəhərini ələ keçirdilər. 1527-ci ildə isə, Gürgan da ələ keçirildi. Ubeydulla xanın komandanlığı altında Heratı 7 ay mühasirə də saxlayan özbəklər I Təhmasibin yaxınlaşdığı xəbərini eşidən kimi geri çəkildilər.[105]

Ubeydulla xanın 1528-ci ildə yeni hücumu başladı. Şiələrə qarşı cihad elanı ilə başlayan yürüş zamanı o, çox böyük ordu toplamağı bacarmışdı. Özbək Şeybanilərinin ordusunun Xorasana yaxınlaşması xəbəri Səfəvi şahı I Təhmasib çatdı. Səfəvilər tələsik ordularını səfərbər etdilər. Ordular arasındakı döyüş Xorasanın Cam vilayətinin Zurabad qəsəbəsində baş verdi. Döyüşün əvvəlində Səfəvi qoşunlarının cinahları özbəklərin hücumlarına məğlub olaraq bir qədər geri çəkildilər, lakin tab gətirə bildilər. Köməyə gələn Səfəvi qoşunlarının gücü sayəsində yenidən hücuma keçdilər. Günortadan sonra döyüş Səfəvilərin məğlubiyyəti ilə başa çatdı. I Təhmasib, sağ qalan kiçik ordusu ilə birlikdə geri çəkilmək məcburiyyətində qaldı. Düşmənin məğlub olacağına inanan Şeybani qoşunları sevinirdilər və onlar öldürülən əsgərlərdən qənimət (silah, texnika, at, yemək) toplamağa başladılar. Özbək qoşunları daha çox qənimət toplamaq üçün döyüş yerinin ətrafına səpələndilər.[106][106]

I Təhmasibin Zülfüqar xanın üsyanını yatırmaq üçün Bağdada getməsindən bir müddət sonra Ubeydulla xan yenidən Xorasana hücum etmək üçün hərəkətə keçdi və Məşhədin, daha sonra Xorasanın ən böyük şəhəri olan Heratı işğal etdi. 1529-cu ilin sonunda I Təhmasib yenidən 70.000 nəfərlik bir ordu ilə Xorasana gəldi və Heratı geri etdi. Bu dəfə ordusunun əhəmiyyətli bir hissəsini Xorasanda qoydu və Heratda şah idarə üsulu təyin edildi. 1531-ci ildə Herat yenidən özbəklər tərəfindən mühasirəyə alındı və çətinliklə də olsa köməklik nəticəsində xilas ola bildi.[106]

Aramsız hücumlar, böyül orduların hərəkəti Xorasanda böyük narazılıqların və üsyanların meydana çıxmasına səbəb oldu. Xaosdan istifadə edərək 1534-cü ildə Ubaydulla xan yenidən Xorasana hücum etdi və 1535-ci ilin mayında Heratı yenidən işğal etdi. Məşhəd hakimi Sufi-Xəlifə Rumlu Herat kömək üçün gəlsə də, qoşunları Nişapur yaxınlığında özbəklər tərəfindən məğlub edildi, özü də öldürüldü. Ubeydulla xan Buxaraya — paytaxtına qayıtdı.

Vəfat etmiş Sufi-Xəlifə Rumlunun yerinə Xızır Çələbi təyin edildi. Bu təyinata etiraz əlaməti olaraq heratlılar üsyan qaldıraraq kömək üçün Ubeydulla xana müraciət etdilər. 1536-cı ilin martında Ubeydulla xan bir ordu ilə Herata gəldi və şəhəri mühasirəyə aldı. Beş aylıq mühasirədən sonra şəhər dağıdıldı və şəhərin Səfəvi müdafiəçiləri öldürüldü. Öz missiyasını başa vuran özbəklər, böyük səfəvi ordusunun yaxınlaşması barədə məlumat alaraq Buxaraya qayıtdılar.

Özbəklər 1551-ci ildə bir daha Hərata yürüş edirlər, amma oranı bir neçə ay mühasirədə saxlamalarına baxmayaraq, heç bir nəticə əldə edə bilmirlər. Onlar Übeyd xanın oğlu Əbdüləziz Sultanın ölüm xəbərini eşitcək dərhal Buxaraya qayıdırlar. 1553-cü ildə özbəklər Nişapuru qarət etmək məqsədilə bir daha Xorasana hücum etmək fikrinə düşürlər. Lakin bu dəfə də qızılbaşların güclü müqaviməti ilə qarşılaşıb böyük itki verməli olurlar. Bunun ardınca Təhmasib şah dördüncü dəfə Xorasana qoşun yürüdür və həmişə olduğu kimi bu dəfə də Übeyd xan şahla qarşı-qarşıya gəlməyə razı olmayıb Buxaraya qaçır. Şah Herata gəlir və oradan Səmərqəndi işğal etmək üçün qoşun göndərir. Həmişə olduğu kimi qızılbaşlar şəhəri işğal etdikdən sonra özbəklərdən qətlə yetirdikləri şiələrin intiqamını alırlar. Bu səfərdə özbəklərin işğalı zamanı şiə məzhəbinə əks təbliğat aparmış və şiələrin qətliam olunmasında fəal iştirak edən Xacə Kəlan Quryani Təhmasib şahın göstərişinə əsasən edam olunur. Necə ki, Şah Mahmud Kəncani özbəklərin Herata hakim olduqları dövrdə ədavət və düşmənçilik kəmərini bağlayaraq şahın adamlarının bir çoxunu amansızcasına qılıncdan keçirmiş və onları qətliam etmişdi. İndisə o, qızılbaşların əlinə düşmüş və intiqam üçün əlverişli imkan yaranmışdı. Onlar belə də edirlər. Bədənini tikə-tikə edərək əmirlərə dərs olsun deyə, Heratın müxtəlif yerlərinə göndərirlər.

Übeyd xan özünün son hərbi əməliyyatlarında Xarəzmi də işğal etmək fikrinə düşür. Lakin baş verən hadisələrdən az sonra 1540 dünyasını dəyişir. Vaxtaşırı Xorasan və Əstarabada hücum edən özbəklər 1549-cu ildə bir daha oraya, yəni Əstarabada hücum edirlər. Lakin qızılbaşlar böyük fədakarlıq göstərərək onların hücumunun qarşısını ala bilirlər.

Sonrakı illərdə, 1543–1570-ci illər arasındakı dövrdə, özbəklər periyodik olaraq (15 dəfədən çox) Xorasana hücum etdilər, lakin xüsusi nəticələr əldə etmədilər.[106] Çünki Səfəvi dövləti Şah Təhmasibin azyaşlı olmasından qaynaqlanan daxili qarışıqlıq mərhələsini başa vuraraq, feodal mübarizələrini durdurmağı bacarmış və Xorasanın özbəklərə qarşı müdafiəsini daha effektiv təşkil etməyə başlamışdı.

Səfəvi-Moğol əlaqələri

[redaktə | mənbəni redaktə et]

Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib dövründə isə, ortaq özbək düşmənlərinin mövcudluğuna baxmayaraq, böyük siyasi və iqtisadi mərkəz olan Qəndəhar şəhərinə hakimlik uğrunda mübarizə başlandı və şəhər əldən-ələ keçdi. Şah Təhmasib Qəndəharı geri qaytarmaq üçün 1537-ci ildə yürüşə başladı. Qəndəharın moğol hakimi Xacə Kalan müqavimətsiz şəhəri qızılbaşlara təslim etdi. Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.[107]

Səfəvi – Moğol münasibətlərində Hümayunun hərbi yardım haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın edilmiş və hətta ona qarşı çıxış etmiş qardaşları da onu tək buraxmışdılar. Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, o, arvadı, qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvilərin ərazisində təqibdən yaxa qurtarmağa məcbur olmuşdu. 1544-cü ildə Hümayun Sistan hakimi Əhməd Sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi Məhəmməd xan Şərəfəddin oğlu tərəfindən də böyük ehtiramla qarşılanmışdı166. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra şahın yanına hərəkət etdi. Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı şah düşərgəsində Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan, qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları qarşıladılar.[108] Sonra Hümayun şahdan ayrıldı, TəbrizƏrdəbilə yollandı. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi qarşısında "baş əydi", bundan sonra isə saraya qayıtdı. Müxtəlif məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək qızılbaş Hümayunun sərəncamına verildi. Hümayun həmin hərbi yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi. Həmçinin Hümayun şiəliyi qəbul etməyi də öhtəsinə götürmüşdü.[109]

Lakin Hümayun Hindistana geri dönüb taxtını geri aldıqdan sonra yenidən sünniliyə keçir, lakin onunla birlikdə Hindistana gəlmiş şəxsləri sünniliyə keçməyə məcbur etmir.[110][111][112] Qəndəharın verilməsi ilə də bağlı problem ortaya çıxır. Qəndəhar şəhərinin verildiyi Səfəvi şahzadəsi Murad Mirzə (razılaşmaya görə, Şah Təhmasib Qəndəharın məhz oğlu Murad mirzəyə güzəştə gedilməsini istəmişdi) qısa müddət sonra vəfat edir və şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrilir. Moğollar şəhərin sadəcə Murad Mirzə yaşadığı təqdirdə Səfəvi imperiyasına aid olduğunu iddia etdikləri halda, Səfəvi imperiyası şəhərin əbədi olaraq onlara verildiyini iddia edirdi.[111] Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı.[32]

Şirvan və Şəkinin birləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Şirvanın birləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Süleymanın 1534 və 1535-ci illər yürüşlərindən sonra yaranmış fasilədən istifadə edən Şah Təhmasib Şirvanşahlar dövlətinin daxili müstəqilliyinə də son qoymaq qərarına gəldi.

Şirvanşah II İbrahim Şeyxşahın üç oğlu qalmışdı: Sultan Xəlil, Məhəmməd Mirzə və Müzəffər Mirzə. Şirvan taxtı I Şah İsmayılın qızı Pərixan xanımla evlənmiş Şeyxşahın böyük oğlu II Xəlilullaha keçdi. I Şah Təhmasib Şirvanın Təbriz taxtına tam tabe edillməsi planını çoxdan idi ki, hazırlamışdı və öz niyyətini həyata keçirmək üçün əlverişli fürsət axtarırdı. II Xəlilüllah bundan əvvəl qızılbaşlar tərəfindən darmadağın edilmiş Gilan Biyəpəs hakimi Əmire Dubaca Şamaxı sarayında sığınacaq vermişdi. Şahın elçiləri Şamaxıya gələrək qaçqının təlim olunmasını tələb etmişdi. Lakin II Xəlilüllah rədd cavabı vermişdi. Həmçinin Şirvanşahın 1534-cü ildə Təbrizi tutmuş İbrahim paşaya qiymətli hədiyyələr göndərdiyi də bəlli idi.[113]

1535-ci ildə II Xəlilullahın vəfat etməsindən sonra varissiz qalan taxta onun qardaşının oğlu Şahrux çıxardıldı. Lakin real hakimiyyət isə Hüseyn bəy adlı əyan başda olmaqla, Şirvan əyanlarının əlində cəmləşmiş, daxili sabitlik pozulmuşdu. Bu zaman MahmudabadSalyanda Qələndər üsyan başladı və üsyançılar Şamaxını ələ keçirdi. Şirvanşahın sarayı isə Buğurd qalasına sığındı. Lakin üsyançılar 40 gün sonra şəhəri tərk etməyə məcbur oldular, öz aralarında da ixtilaflar mövcud olan üsyançılar Salyan yaxınlığında baş vermiş döyüşdə şirvanşahın ordusuna məğlub oldular.[114]

Şirvanda hərc-mərclik, vətəndaş müharibəsi buradakı işlərə qarışmaq üçün bəhanə axtaran I Şah Təhmasibin xeyrinə idi. Həmçinin şahın bacısı və keçmiş şirvanşahın arvadı Pərixan Təbrizə qardaşının yanına gələrək Şirvandakı hərc-mərclikdən onu xəbərdar etdiyini, onu istila üçün zamanın yetdiyini bildirmişdi. Qorçibaşı Padar adlı Şirvan hərbçisi dəstə ilə Şirvandan Təbrizə gəldi, kömək üçün I Təhmasibə müraciət etdi və onu ölkədə "asayişi" bərpa etməyə çağırdı. 1538-ci ilin yayında, şahın qardaşı Əlqas Mirzə 20 minlik ordu, həmçinin Qarabağ və Muğanın qoşun dəstələri ilə Şirvana daxil oldu. Bölgəyə bələd olan Padar da ordu sıralarında idi. Şirvanşahın sarayı isə yenə də Buğurd qalasına sığındı. Qalanın mühasirəsi uzandıqdan sonra Şah Təhmasib özü şəxsən qalanın yanına gəldi və bir müddətdən sonra qala tabe etdirildi. Şirvanşahların burada saxlanılan xəzinəsi müsadirə edildi. Bölgədə nifa salmaqda ittiham edilərək Hüseyn bəy də daxil olmaqla, bir çox Şirvan bəyi edam edildi. Təbrizə aparılan Şahrux da qısa müddət sonra eyni aqibəti yaşadı.[115]

Beləliklə, dövlət olaraq varlığına son qoyulmuş Şirvan bölgəsi Səfəvi imperiyasının bəylərbəyiliklərindən birinə çevrildi və şah qardaşı Əlqas Mirzə ora bəylərbəyi təyin edildi. Lakin uzun müddət ayrı dövlət kimi mövcud olmuş Şirvanşahlar dövlətinin varlığına son qoyulması ilə yerli əyanların və sülalənin sağ qalmış üzvləri barışa bilmədilər. Bundan isə Azərbaycan ərazilərinə yürüşlər etmiş Osmanlı imperiyası yararlandı.[116]

Ölkənin cənub və şimal vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə şərait yaratdı.[117]

Şəkinin birləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Şəkinin Səfəvi imperiyası daxilində nisbi müstəqilliyinin ləğvi Şah Təhmasib dövründə olmuşdur. Şəki hakimi Həsən bəyin varisi Dərviş Məhəmməd xanın vaxtında Şəki xanlığının Səfəvilərlə münasibətləri pisləşdi. 1538-ci ildə I Şah Təhmasib qızılbqş qoşunlarını Şirvanı tabe etmək üçün göndərəndə, Dərviş Məhəmməd xan Şəki qoşunları ilə Buğurt qalası qalasında mühasirədə olan Şirvanşah Şahruxun köməyinə gəlmiş və qızılbaşlara gecə həmləsi təşkil etmişdi. 1538-ci ildə hakimiyyətdən məhrum edilmiş Şirvanşahların simasında müttəfiqlərini itirmiş Şəki hakimliyi müstəqilliyini saxlamaq ümidi ilə I Şah Təhmasiblə yaxınlaşmaq yolunu tutdu. Məsələn, Dərviş Məhəmməd xan Şirvanşahlar devrildikdən cəmisi bir il sonra 1539-cu ildə Səfəvilərlə qohum oldu. O, Şah Təhmasibin bacısı, Şirvanşah II Xəlilüllahın dul qalmış qadını Pərixan xanıml evləndi84. Lakin onun ölümündən sonra münasibətlər yenidən pisləşdi. Bu zaman o, Şirvan bəylərbəyi Əlqas Mirzənin qardaşına qarşı olan qiyamını dəstəkləmiş və qardaşı Şahnəzəri qoşunla onun yanına göndərərək ona hərbi yardım göstərmişdi. Buna görə də Sultan Süleyman Azərbaycandan geri çəkilən kimi, Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəmməd xanı "cəzalandırmaq" üçün Qarabağdan Sevindik bəy Əfşarı 2500 qorçi ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkini viran qoyub qənimət ələ keçirdikdən sonra geri döndülər.[118]

Bütün bunları nəzərə alan Şah Təhmasib, Osmanlı imperiyasınnı üçüncü yürüşü bitdikdən bir müddər sonra Şəkinin müstəqilliyinə tam son qoymaq qərarına gəldi. Ərəşdə dayanan qızılbaş qoşunlarına şahın vassalı olan gürcü hakimi Levan da qatıldı. Şahın Şəki hakimi olan Dərviş Məhəmmədi şahın ordusunu qarşılamaq üçün çıxmadi və şahın onu öz düşərgəsinə çağırmasına baxmayaraq o, gəlmədi. Bütün bunlar Şah Təhmasibə Şəkiyə yürüş təşkil etmək üçün şərait formalaşdırdı. Şəkinin qüvvələri Kiş və "Gələsən-Görəsən" qalalarında, Sıqnaxda – dağ yamacındakı sığınacaqda möhkəmlənmişdilər. Qızılbaş ordusu eyni anda 3 istiqamətdə hücuma keçdi. Qorçibaşı Sevindik bəy, Bədr xan və Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər. "Gələsən–Görəsən" qalasını ələ keçirmək Abdulla xan Ustaclıya və Kaxetiya çarı Levana tapşırıldı. Şahqulu xəlifə möhrdar qızılbaş dəstəsi ilə Sıqnaxdakı şəkililərin üzərinə hərəkət etdi. 20 gündən sonra Kişin qala divarları və bürcləri dağıdıldı. Qalanın rəisi Mahmud bəy mübarizənin davam etdirməyi faydasız hesab edərək qapı açarlarını şaha təqdim etdi və təslim oldu. Kişin süqutundan xəbər tutan Sıqnax müdafiəçiləri də tədricən mübarizəni dayandırıb şaha təslim oldular. Çıxılmaz vəziyyətə düşdüyünü görən Dərviş Məhəmməd xan gecə "Gələsən–Görəsən" qalasından çıxdı və özünün dörd yüz nəfərlik dəstəsi ilə qalanı mühasirəyə alməş qızılbaşların xəttini yarıb keçməyə cəhd göstərdi. Lakin Abdulla xanın və çar Levanın dəstələri onları yaxaladılar və qılıncdan keçirdilər.[119]

Beləliklə, Şəki xanlığı ləğv edildi və onun ərazisi Səfəvilər dövlətinin tərkibinə qatıldı. Toygün bəy Qacar Şəkinin ilk qızılbaş hakimi təyin olundu.[120]

Qaçqınlar məsələsi

[redaktə | mənbəni redaktə et]
Tahmasp and Humayun at a spring New Year festival, surrounded by other people
Şah Təhmasib və Hümayun Novruz şənliyində. İsfahanın Çehel Sütun sarayının divarında əks etdirilmiş rəsm.

I Təhmasibin hakimiyyəti dövrünün ən məşhur hadisələrindən biri qardaşlarının üsyanı nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Moğol imperatoru və Baburun oğlu Hümayunun ona sığınması olmuşdur.[110] Herata qaçmış Hümayun Məşhəd, SəbzivarQəzvini keçərək Sultaniyəyə gəlmiş və burada 1544-cü ildə Şah Təhmasiblə görüşmüşdür.[111] Onu böyük təmtəraqla qarşılayan Şah Təhmasib Hümayunun ulubabası olan Əbu Səid Mirzənin dövrünə aid olan Səədinin Gülüstan əsərinin rəsmli versiyasını hədiyyə edir.[121][122] Xoş qarşılamaya baxmayaraq, Şah Təhmasib Hümayuna şiəliyi qəbul etmədiyi təqdirdə yardım etməyəcəyini bildirir. Əlacsız qalan Hümayun bunu qəbul etməyə məcbur olur və öz ölkəsinə geri döndükdən sonra yenidən sünniliyə keçir. Lakin bu zaman onunla birlikdə Hindistana gəlmiş şəxsləri sünniliyə keçməyə məcbur etmir.[110] Həmçinin Təhmasib yardımın qarşılığı kimi Qəndəhar şəhərini özünün kiçik oğlu Murad Mirzəyə verilməsini istəyir.[111][112] Şərtləri qəbul edən hümayun Novruz bayramını şahın düşərgəsində keçirir və 1545-ci ildə şah tərəfindən ona təmin edilmiş ordu ilə taxt-tacını geri qaytarmaq üçün yürüşə başlayır. Hümayun taxt-tacını geri qaytarsa da, Qəndəhar şəhərinin verilməli olduğu Murad Mirzə qısa müddət sonra vəfat edir və şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrilir. Moğollar şəhərin sadəcə Murad Mirzə yaşadığı təqdirdə Səfəvi imperiyasına aid olduğunu iddia etdikləri halda, Səfəvi imperiyası şəhərin əbədi olaraq onlara verildiyini iddia edirdi.[111] Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı.[32]

Şah Təhmasibin sarayının bir digər əsilzadə qaçqın qonağı Şahzadə Bəyazid idi. O, sultan atası Süleymana qarşı uğursuz üsyan qaldırmış, məğlub olmuş və 10 min nəfərlik ordusu ilə birlikdə şahın sarayına sığınmışdı. O, şahı Osmanlı ilə yeni müharibəyə cəlb etmək istəyirdi.[123] Bəyazidi böyük hörmətlə qarşılasa da, yeni imzalanmış və çox ağır bir müharibəni bitirmiş Amasiya sülh müqaviləsinə xələl yetirmək istəməyən Şah Təhmasib Osmanlı şahzadəsinə yadım etmədi.[124][125] Onun saray daxilində çevriliş hazırlamasından şüblənən şah Bəyazidi həbs etdirdi. Atasına təhvil verilən şahzadə və ailəsi son nəfərinə qədər yerindəcə edam edildi.[123]

Son illəri və ölümü

[redaktə | mənbəni redaktə et]
Painting of an aged Tahmasp sitting outdoors under a tree
Yaşlanmış Şah Təhmasibin təsviri (təxminən 1575-ci il), Qəzvin

1555-ci ildə imzalanmış Amasiya sülhündən sonra I Təhmasib Qəzvini nadir hallarda tərk etsə də, bu dövr ərzində aktiv fəaliyyət göstərməkdə idi. 1564-cü ildə Heratda üsyan olmuş, lakin bu üsyan Məsum bəy Səfəvi tərfindən yatırılmışdır. Amma bu bölgə problemli olaraq qalmaqda idi və vaxtaşırı özbək hücumları olurdu.[126] 1574-cü ildə Şa Təhmasibin səhhətinin vəziyyəti ciddi pisləşdi və iki aylıq dövr ərzində o iki dəfə ölüm həddinə çatdı.[123] O, özünə vəliəhd şahzadə seçmədiyi üçün yeni şahın kim olacağı barədə qızılbaş sərkərdələri və şah ailəsi daxilində suallar meydana çıxdı. Onun sevimli oğlu Heydər Mirzə Ustaclı tayfası və saraydakı bəzi gürcü əyanları tərəfindən dəstəklənməkdə idi. Həbs edilmiş İsmayıl Mirzə Şah Təhmasibin sarayda böyük təsirə malik qızı Pərixan Xanım və qızılbaş əmirləri tərəfindən dəstəklənməkdə idi.[127] Heydər Mirzəni müdafiə edən əmirlər onun rəqibi ortadan qaldırmaq qərarına gəldilər. Plan şahzadəni saxlanıldığı qalada öldürmək idi. Lakin Pərixan Xanım bundan xəbər tutdu və atasına bu barədə məlumat verdi. Oğluna hələ də düşkün olan şah İsmayıl Mirzəni qorumaq üçün Əfşar döyüşçülərini Qəhqəhə qalasına göndərdi.[128]

Hər bir halda Təhmasib xəstəlikdən sağaldı və yenidən dövlət işləri ilə maraqlanmağa başladı. Lakin sarayda münasibətlər gərgin şəkildə qalmaqda idi. I Təhmasibin 14 may 1576-cı ildə ölümündən sonra bu gərginlik yeni daxili toqquşmaya səbəb oldu. Şahın ölümünə səbəb kimi göstərilən iddialardan biri də zəhərlənmə idi.[129] Zəhərlənmə iddiası ilə Əbu Nəsr Gilani ittiham edildi. Tarix-i aləm aray-i Abbasiyə görə, şah xəstə olarkən saraya gətirilən Əbu Nəsr Gilani "axmaqcasına digər həkimlər üzərində özünün üstünlüyünün tanınmasını istədi, nəticədə Şah Təhmasib öldüyü zaman resept yazmaqda xəyanət etməklə ittiham edilərək, sarayın daxilində qorçular tərəfindən öldürüldü".[15]

Şah Təhmasib Səfəvi sülaləsindən olan şahlar arasında ən uzun müddət hakimiyyətdə olan şəxs idi. O, öldüyü zaman hakimiyyətdə olmasının 52 ilinin tamam olmasına 9 gün qalmışdı.[15] O, öldüyü zaman yerinə kimin şaj olacağını bildirməmişdi və bu, yeni toqquşmaya səbəb oldu. Qızılbaş əmirləri və saray əyanlarından təşkil edilmiş iki qrup arasında gedən mübarizə nəticəsində Heydər Mirzə öldürüldü və taxta qızılbaş hərbi elitası arasında döyüşgənliyinə görə sevilən, Osmanlı ilə müharibələrdə şan-şöhrət qazanan İsmayıl Mirzə II İsmayıl adı ilə şah elan edildi. 19 yaşından həbsdə saxlanılan II İsmayılın psixologiyasında problemlər meydana çıxmışdı və o, taxta çıxdıqdan iki ay sonra hakim sülalə daxilində kütləvi qətllər barədə əmr verdi. Hakim sülalədən yalnız onun demək olar ki kor olan qardaşı Məhəmməd Xudabəndə və onun 3 körpəsi sağ buraxıldı.[39]

Yellow sun and sheep against a green background
I Təhmasibin bayrağı.
Ornate two-story building, with a person in front for scale
Qəzvində yerləşən Çehel Sütun sarayı.

Hakimiyyətinin ilk dövründən sonra Şah Təhmasib dövlətin bütün məsələlərini əlinə almış və öz şəxsi mütləq hakimiyyətini təmin edə bilmişdi. Şahın yerinə dövlət işlərini idarə edən vəkil ilə yanaşı bu dövrdə ali divanxanada vəzirlər də fəaliyyət göstərməyə başlayır. Bir digər mühüm addımlardan biri də 1535-ci ildə Qazi Cahan Qəzvininin vəzifəyə təyin edilməsi oldu. O, Portuqaliya, VenesiyaDekkanın şiə sülalələri ilə əlaqələr yaratdı.[130] 1562-ci ildə Səfəvi sarayında olan ingilis tacir Entoni Cenkinson ticarətin artırılmasını məqsədləyirdi.[15] Həsən bəy Rumlu yazır ki, "bu əzəmətli dövlətdə hələ onun kimi istedadlı və bacarıqlı vəzir olmamışdı". Həmçinin Habsburqlar da Səfəvi imperiyası ilə Osmanlı dövlətinə qarşı ittifaq qurmaq istəyirdi. 1529-cu ildə I Ferdinand Səfəvi sarayına elçi göndərmiş və Osmanlı imperiyasına eyni anda iki cəbhədən hücum etməyi təklif etmişdi. Lakin bu elçilik uğursuz olmuş və növbəti il öz ölkəsinə geri dönmüşdür.[131] Yeni xarici əlaqələrdən biri də Venesiya ilə qurulmuşdu. I Təhmasib Venesiya elçisi Miçel Membre vasitasəylə Venesiya doju Pietro Landoya göndərilmişdi. Məktubda şah dünyanı Müqəddəs Liqanın "Osmanlı günahkarlığından təmizləyəcəyini" bildirirdi.[132] Lakin bu ittifaq heç vaxt reallığa çevrilmədi.[133]

Şah Təhmasib dövrünün bir digər mühüm hadisəsi isə paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi oldu.[134] Paytaxtın dəyişdirilməsinin dəqiq tarixi bilinməsə də, Şah Təhmasibin buna 1540-cı illərin etnik köçürülmələri ilə hazırlaşdığı bəllidir.[13] Bu dəyişdirilmə ilə türk ənənəsi olan yaylaq-qışlaq köçmələrinə və I İsmayıldan başlayan sarayın köçəri mahiyyəıtinə son verilmişdir.[135] Paytaxt köçürülmələri ilə imperiyanın ucqar əyalətləri olan Şirvan, Xorasa və Gilanın mərkəzi hakimiyyətə inteqrasiyası da həyata keçirilmişdir.[136][137]

Şah Təhmasin mərkəzi hakimiyyəti gücləndirmək üçün əmir əl-üməra və vəkil vəzifələrinin səlahiyyətlərini azaltmışdı.[15] Əvvəllər əmir əl-üməraya tabe olan qorçubaşının səlahiyyətləri isə Şah Təhmasib dövründə genişləndirilmiş və Səfəvi ordusunun başçısı olmuşdur.[138]

Müharibə zamanı Səfəvilərin düşmənə qarşı çıxardığı ordusunun sayı haqqında dəqiq məlumat əldə edilməmişdir. Ehtimal etmək olar ki, feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Alessandri belə hesab edir ki, müharibə zamanı qoşunların sayı 60 min nəfərə çatırdı. 1586-cı ildə Səfəvilər sarayına gəlmiş C. Vekyetti də güman edir ki, "ən diqqətli hesablamalara görə, altmış min nəfərdən artıq adamı silahlandırmaq olmaz…". Bu barədə ən qiymətli məlumatları Minadoi verir. O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma qoşunlarının sayını göstərir. Məsələn, İsfahan və onun əyaləti 8 min nəfər, Kaşan – 4 min, Savə — 1 min, Sultaniyyə — 1 min, Qəzvin – 12 min, Ərdəbil – 1 min, Şiraz – 8 min, Təbriz – 4 min, Qum — 2 min, GəncəGürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi. Bu siyahı heç də tam deyildir. Çünki Səfəvilər dövlətinin Xorasan, Şirvan, Çuxursəəd, Məşhəd, Kirman və s. kimi bir sıra mühüm əyalətlərini əhatə etmir. Minadoi "Səfəvilər döyüşə 60 minə qədər süvari çıxara bilirdilər" fikrini göstərərkən ehtimal etmişdir ki, əgər bütün əyalətlərin hakimləri birlikdə çıxış etsəydilər, o zaman Səfəvilər döyüşə sayı 130–140 min nəfərə çatan qoşun çıxara bilərdilər.[139]

Səfəvi tarixi üzrə mütəxəsis Oqtay Əfəndiyev kitabında I Şah Təhmasibin çağırışı ilə əlaqədar olaraq toplanmış orduya keçirilən baxışda iştirak etmiş salnaməçi Qazi Əhmədin ordudakı döyüşçü sayının 120 min olduğunu və ümumilikdə isə, Təhmasib ölənə yaxın onun şah təminatında (məvacibində) "qızılbaş tayfalarından və nəsillərindən 200 min adam var idi" yazdığını bildirmişdir. Əfəndiyev bu rəqəmlərin bəzi xüsusiyyətləri nəzərə alındıqda (mərkəzi hakimiyyətin heç vaxt bütün ordunu bir yerə gətirə bilmədiyi və s.) inanılır olduğunu əlavə etmişdir.[140]

Səfəvi imperiyasının erkən tarixlərində ordu da türklərlə yanaşı iştirak edən digər etnos gürcülər idi. Bu barədə müxtəlif venesiyalı tacirlərin xatirələrində məlumat vardır. Venesiyalı tacir Morati Augurioto belə döyüşçülərin Təbriz şəhərində də olduğunu yazmışdır.[141]

Şah Təhmasibin dövründə Səfəvi ordusunda xüsusilə topçularla tüfəngçilərin sayı artırılmışdır.[142] Qafqazın müxtəlif xristian mənşəli qullarından toplanan kölı-döyüşçülərinə qullarağası komandanlıq etməkdə idi.[143]

Blue-and-gold Quran
İyul-avqust 1552-ci ildə Şirazda və ya Qəzvində düzəldilmiş və çox güman ki, I Təhmasibə aid olan Quran əlyazması.

Şah Təhmasib özünü "dindar mistik şiə kralı" kimi təsvir edirdi.[144] Onun dini düşüncələri tarixçilərin ən çox maraqlandığı məsələlərdən biridir.[13] 1533-cü ilə qədər qızılbaş liderləri ona təlqin edirdilər ki, gənc şah atasının yolundan getməlidir. Çünki qızılbaşlar onun atası Şah İsmayıla təkcə dövlətin başçısı kimi deyil, həm də dini rəhbər hesab edir, onun Mehdi olduğunu düşünürdülər. Həmin il o, ruhi baxımdan yenidən dünyaya gəlmə prosesini keçərək tövbə etdi və dindən kənar davranışlarını tərk etdi.[24] Təhmasib atasının Mehdi olma iddiasını tərk etdi, İmam Əlinin mistik sevicisi və şəriətə bağlı şah olmağı üstün tutdu.[145] Lakin haraya getməsindən asılı olmayaraq kəndlilər və şəhərlilər hələ də onun ətəyinə toxunmaq üçün ziyarətə gəlirdilər.[13] Şah İmam Əli və digər müqəddəslərlə əlaqəsinin olduğunu iddia edirdi və yuxuları vasitəsiləri ilə əcdadı Şeyx Səfiəddinin ona gələcəyi dediyini bildirirdi.[146] Həmçinin şah, saraydakı şairlərdən onun barədə deyil, İmam Əli barədə şerlər yazmasını istəyirdi.[147] O, Osmanlı imperiyasına hədiyyə kimi xeyli sayda Quran kitabının nüsxələrini göndərmişdir. İstanbula göndərilən bu nüsxələrin hamısı qiymətli daş-qaşlarla bəzədilmiş olmuşdur.[148]

On iki imam şiəliyini o, şahlığın yeni doktrini kimi görürdü və üləmaya dini və hüququ məsələlərdə səlahiyyətlər vermiş, Şeyx Əli əl-Kərakini qeybdə olan imamın köməkçisi təyin etmişdi.[144] Bu təyinat molla, seyid və onların şəbəkəsinə sarayda yeni siyasi güc vermişdi. Onlar əsasən Təbriz, Qəzvin, İsfahan və bir qədər sonra Rəşt, Astarabad, Amülda yerləşməkdəydilər və bu Səfəvi seyid irsi "Hüseyni" adlanmaqda idi.[149][150] Təhmasib Qəzvin şəhərini şiəliyin mərkəzi halına gətirə bilmək üçün Qəzvində yerləşən və XVIII şiə imamı Rzanın oğluna aid olan türbəni təmit edib genişləndirdi.[151] O, həmçinin Ərdəbildəki Sufi ordeninə qarşı da diqqətli idi. O, bu ordenin ziyarətçiləri və Səma məraismlərini həyata keçirmək üçün Cənət Saray məscidini tikdirmişdi.[152] Təhmasib təsəvvüf ayinlərinin icrasını, sufilər və mollalara onun sarayına gəlib Fitr bayramı üçün ictimai təqva və zikrlər etmələrini (və ona beyətlərini təzələsinlər) əmr etmişdi. Bu, Təhmaspın davamçılarını özlərini qəbilə və ya digər yerli sosial nizamlarla bağlı ola bilməyəcək qədər böyük bir icmaya mənsub görməyə təşviq etdi.[153] Təhmasibin hakimiyyəti dövrünün şiəliyə keçid dövrü kimi dəyərləndirilməsinə baxmayaraq, atasından fərqli olaraq o, digər dini qrupları din dəyişdirməyə məcbur etməmişdir.[154]

Şah I Təhmasibin sifarişi ilə hazırlanmış xüsusi "Xəmsə" əlyazmasına şahın hamilik etdiyi rəssam Sultan Məhəmməd tərəfindən çəkilmiş "Məhəmməd peyğəmbərin meracı" miniatürü. Britaniya Milli Kitabxanası.

Təhmasibə incəsənətə ən çox hamilik edən Səfəvi şahı hesab edilir.[155] O, atası tərəfindən 1522-ci ildə sifariş edilmiş, 1530-cu illərin ortalarında hazır olan və Şahnamənin ən məşhur illüstürasiya edilmiş əlyazması olan əsərlə adaşdır.[156] Gəncliyində Şah təhmasib xəttalığaincəsənətə meyillənmiş, hər iki sahənin şəxslərinə hamilik etmişdir.[13] Təhmaspın Səfəvi sənətinə ən böyük töhfəsi onun hakimiyyətinin birinci yarısında baş vermiş lüks təsvirli əlyazmalara himayədarlıq etməsi idi.[157] O, Kamaləddin Behzad kimi rəssamları həvəsləndirmiş, ustalara, səyyahlara və şagirdlərə üyüdülmüş qızıl və lapis lazuli kimi ekzotik materiallarla təchiz edilmiş şahlıq rəsm emalatxanası vermişdir.[158] Təhmasibin rəssamları Nizaminin Xəmsə əsərinə rəsmlər çəkmişdir.[159][160] Tarix-i aləm aray-i Abbasi əsəri Təhmasibin hakimiyyəti dövrünü Səfəvi xəttalığının və rəsm sənətlərinin ən yaxşı olduğu dövr adlandırmışdır.[13] Lakin Təhmasib 1555-ci ildə miniatür və digər incəsənət sahələrinə olan marağını itirdi və saraydakı emalatxanaları bağlatdırıb orada çalışanlara başqa yerdə sahələri ilə məşğul olmağa icazə verdi.[161]

Həyatının son illərində Şah Təhmasib şair və şeriyyata xor baxmağa başladı və Qurana olan meyli daha da artdı. o, artıq şairləri dindar hesab etmirdi, çünki onların çoxu şərabın, dinə zidd davranışların aludəçiləri idilər. Təhmasp öz sarayında şairləri buraxmaqdan imtina etdi və onlara lütflə yanaşmağı dayandırdı.[162] Təhmasibin qardaşı Sam Mirzənin yazdığına görə ilk iki Səfəvi şahının hakimiyyəti dövründə sarayda 700 şair olmuşdur. Təhmasibin dini hisslərinin yüksəlməsindən sonra isə, onların çoxu Hümayunun saayına yollandılar. Onların çoxu hələ də erotik məzmunlu şerlər yazmağa davam edirdilər. Bunlara misal olaraq Möhtəşəm Kaşanini, Vəhşi Bafqini göstərmək olar.[13][163] Onların hamısı kənarlaşdırılmışdı. Naziri Nişapuri və Orfi Şirazi kimi şairlərin getməsi hind ədəbiyyatına fars dilini gətirən hind üslublu poeziyanın yüksəlişinə səbəb oldu.[164][165]

Təhmasib öz varislərindən fərqli olaraq türk mənşəli olmayan qadınlarla — gürcüçərkəz kökənli — evlənmiş və onlardan uşaqları da olmuşdur.[166] Lakin onun hərəminin əsas arvadı türk Sultanum Bəyim olmuşdur. Sultanum Bəyim Mosullu tayfasından idi və o, şahdan iki oğul dünyaya gətirmişdi — Məhəmməd XudabəndəII İsmayıl.[167] Bu uşaqlar ikisi də növbəti Səfəvi şahları oldular. Şah Təhmasibin övladları ilə münasibətləri yaxşı olmuşdur. Bircə oğlu və Osmanlı ilə müharibəlırin qəhrəmanı İsmayıl Mirzə ilə Amasiya sülhündən sonra münasibətləri pisləşmiş, İsmayıl həbs edilmişdir.[39] Uşaqlarına qarşı diqqətli olan şah onların idarəetmə, incəsənət və alimlik barədə təlimlərə cəlb edilməsini təmin etmişdir.[168] İsmayılın həbs edilməsindən sonra gürcü arvadından olan Heydər Mirzə dövlət işlərində aktiv iştirak etmişdir.[169]

Şah Təhmasibin bilinən arvadları:

  1. Şahbanu Məvzili (Qədəmli) Sultan (və ya Sultanım Bəyim) (1516–1593) — Ağqoyunlu Musa bəyin qızı, Şahzadə Məhəmmədin, Şahzadə İsmayılın və Gövhər Sultanın anasıdır.[167]
  2. Sultan Ağa xanım — Şəki hakimi çərkəz Şamxal Qara-Musal sultanın bacısı, Pərixan Sultanın və Şahzadə Süleymanın anasıdır.[170]
  3. Sultanzadə bəyim — Əli xan Gürcünün bacısı, Şahzadə Heydərin və Fatimə Sultanın anasıdır.[166]
  4. Xanpərvər bəyim — Zal bəy Gürcünün bacısı, Şahzadə Mahmudun, Şahzadə İmamqulunun və Xanış Sultanın anasıdır.[171]
  5. Zəhra bəyim — Samstxe knyazı Otar Şalikaşvilinin qızı, Şahzadə Mustafanın və Şahzadə Əlinin anasıdır.
  6. Hurixan xanım — Soylu Gürcü qızlarındandır. Zeynəb Sultanın və Məryəm Sultanın anasıdır.[172]
  7. Fəridə bəyim — Dağıstan hakiminin qızı, Şahzadə Əhmədin, Xədicə Sultanın və Şəhrəbanu Sultanın anasıdır.
  8. Ayşə xanım — Xivə xanı Sufiyan xanın qızı,
  9. Zeynəb Sultan Səfəvi (ö.1570) — Bəhram mirzə Səfəvinin dul xanımı.[173]

Oğulları:

  1. Məhəmməd Xudabəndə — Sultanum Bəyimdən olma şahzadə. II İsmayıldan sonrakı şah.[174]
  2. II İsmayıl — Sultanum Bəyimdən olma şahzadə. Təhmasibdən sonrakı şah.[39]
  3. Murad mirzə Səfəvi (ö. 1545) — Qəndəhar hakimi (1538–1545), azyaşlı ikən ölmüşdür.[111]
  4. Süleyman mirzə Səfəvi (28 mart 1554 – 2 noyabr 1576) — Fars (1555–1557) və Məşhəd (1576) hakimi, Sultanağa bəyimdən olma. II İsmayıl tərəfindən öldürülmüşdür.[39]
  5. Heydər mirzə Səfəvi — Sultanzadə bəyimdən olma, özünü şah elan etmiş, lakin bir gün sonra Qəzvində öldürülmüşdür.[175]
  6. Mustafa mirzə Səfəvi (1557–2 noyabr 1576) — Zəhra bəyimdən olma. II İsmayıl tərəfindən öldürülmüşdür. Onun qızı I Abbas ilə evlənmişdir.[39][176]
  7. Cüneyd Mirzə — II İsmayıl tərəfindən öldürülmüşdür.[15]
  8. Mahmud mirzə Səfəvi (1559–24 fevral 1577) — Şirvan (1566–1567) və Lahican (1567–1571) hakimi, Xanpərvər bəyimdən olma. II İsmayıl tərəfindən öldürülmüşdür.[39]
  9. İmamqulu mirzə Səfəvi (1562–1577) — Xanpərvər bəyimdən olma. II İsmayıl tərəfindən öldürülmüşdür.[39]
  10. Əli mirzə Səfəvi (1563–31 yanvar 1642) — Gəncə hakimi (1570–1577), Zəhra bəyimdən olma. II İsmayıl tərəfindən kor və həbs edilmiş, II Abbas tərəfindən həbsdən azad edilmişdir.[15]
  11. Əbül Nasir Sultan Əhməd mirzə Səfəvi (1564–1577) — Fəridə bəyimdən olma, II İsmayıl tərəfindən öldürülmüşdür.[39]
  12. Murad Mirzə — II İsmayıl tərəfindən öldürülmüşdür.[15]
  13. Zeynəlabdin mirzə Səfəvi — uşaq ikən ölmüşdür.[15]
  14. Musa mirzə Səfəvi — uşaq ikən ölmüşdür.[15]

Şah Təhmasibin ehtimal edilir ki, 13 qızı olmuşdur. Lakin onlardan 8-i bəllidir:[15]

  1. Gövhərsultan bəyim (1540–19 may 1577) — İbrahim mirzə Səfəvi ilə evli idi, Sultanum Bəyimdən olma.[168]
  2. Pərixan xanım — Sultanağa bəyimdən olma, Məhdi Ülyanın əmri ilə öldürülmüşdür.[177]
  3. Zeynəb bəyim Səfəvi (ö. 14 may 1640) — Hurixan xanımdan olma, Əliqulu xan Şamlı arvadı.[178]
  4. Məryəm bəyim Səfəvi (ö.1608) — Hurixan xanımdan olma, Gilan hakimi Xan Əhməd xan ilə evlənmişdir.[15]
  5. Şahbanu xanım (ö.1583) — Salman xan Ustaclı ilə evlənmişdir, Fəridə bəyimdən dünyaya gəlmişdir.[179]
  6. Xədicə bəyim Səfəvi — Fəridə bəyimdən olma. Gilanın yerli hakimlərindən biri olan Əmira Dəbbajın nəvəsi Cəmşid xanla evlənmişdir.[179]
  7. Fatimə Sultan Xanım — Əmir xan Mosullu Türkmanın arvadı.[15]
  8. Xanış bəyim Səfəvi (ö. 1591) — Xanpərvər bəyimdən olma, Nemətullahiyyə ordeninin rəhbəri Şah Nemətulla Əmir Nizaməldin ilə evlənmişdir.[170]

Tarixşünaslıq və şəxsiyyəti

[redaktə | mənbəni redaktə et]

I Təhmasibin hakimiyyəti I Şah İsmayılın ölümündən sonra qızılbaş liderləri arasında vətəndaş mübarihəsi ilə başladı. Bu vətəndaş müharibəsi imperiyanı böhrana sürüklədi, bu müharibənin başlması Şah İsmayılın sahib olduğu xarizmatik Mehdi obrazının onun ölümü və Təhmasibin taxta çıxması ilə sonlanmasının işarəsi idi.[180] Atasından fərqli olaraq o, ilk başlarda nə siyasi-mənəvi xarizmaya, nə də qızılbaşların qiymətləndirdiyi şeylərdən biri olan döyüş meydanında igidliyini sübut edəcək yaşda deyildi. Nəhayət yetkinlik yaşına gəldikdən sonra Təhmasib bütün bunların öhtəsindən gəldi. O, ilk dəfə özbəkləri məğlub etdiyi Cam döyüşündə öz hərbi istedadını, döyüşgənliyini, Osmanlı ilə müharibə başladıqdan sonra isə onlarla birbaşa döyüş meydanında qarşılaşmayaraq yetəri qədər hərbi stateji bacarığa sahib olduğunu sübut etdi.[181] O, bilirdi ki, qızılbaş liderlərinə öz hakimiyyətini qəbul etdirməyə çalışarkən atasının sahib olduğu xarizmatik dini lider obrazına sahib ola bilməzdi, buna görə də o, yeni Səfəvi şahı kimi özünü daha geniş ictimaiyyətə qəbul etdirmək hüququna sahib olmaq üçün özünü yeni bir obraz — ictimai fiqur kimi təqdim etdi.[182] Beləliklə, o, şiəliyin mömin bir ardıcılı oldu və hakimiyyətinin sonuna qədər şişirdilmiş təqva ilə bu obrazı qoruyub saxladı.[183] Bu, 10 il ərzində dövləti idarə edən və bir-biriləri ilə savaşan tayfa başçılarının hakimiyyətini qırmaq və sələflərinin sahib olmadığı imici formalaşdırmaq üçün düşünülmüş möhtəşəm siyasət idi.[184]

Şah Təhmasibin qərb tarixçilərində o qədər də təəssürat yarada bilməmişdir, onlar Təhmasibi tez-tez atası ilə müqayisə etmiş və onu xəsis, dindar şəxs kimi təqdim etmişdirlər.[142] Onun bu cür özəllikləri həqiqətən də insan və hökmdar olaraq ona qaranlıq bir işıq tutsa da, onun şəxsiyyətini tam olaraq ortaya qoymur, çünki o, hər nə qədər xəsis hökmdar kimi təqdim edilsə də, dinə zidd olduğu üçün 30 min tümən vergidən imtina etmişdir və bu onun şəxsiyyətini anlamaq üçün mühüm alətdir. Təhmasib həyatının bu hissəsi çox vaxt lazımınca qiymətləndirilməsə də, siyasi baxımdan usta idi.[185] Onun atasının imperiyasını nəinki dağılmaqdan qoruyub saxlaması, həm də onu genişləndirməsi və qızılbaşların I İsmayıla sitayiş etməyən səltənətin əsas əhalisi ilə Səfəvi ideologiyasını uyğunlaşdırması da özlüyündə bir nailiyyətdir.[186]

Şah Təhmasibi atası Şah İsmayıl vəfat edərkən o, azyaşlı idi və taxta çıxdığı zaman cəmi 10 yaşı var idi. Buna görə də, uzun müddət hakimiyyəti onun adından müxtəlif qızılbaş əmirləri idarə etmişlərdi. Artıq iyirmi yaşında ikən həddi-büluğa çatmış Təhmasib qətiyyətlə dövlət işlərini öz əlinə aldı. Burada da onun dövlət və siyasi xadim kimi qabiliyyəti özünü göstərdi. Müasir müəlliflər, bir qayda olaraq hakimiyyətdə olmuş şahların şəxsiyyətinin təriflərlə təsvir edirlər.[187] I Şah Təhmasibin səciyyəsi bi baxımdan istisnalıq təşkil etmir. Məsələn, Budaq Qəzvini şahın şəxsi keyfiyyətlərini belə göstərirdi:

" Onun vəkilləri, vəzirləri, müstəvfiləri və məmurların başqaların haqqını bir karat belə azaltmağa, yaxud artırmağa imkanları qalmırdı. O, həftəni elə bölürdü ki, hər gün müəyyən iş görülsün. Sədrlər, qazilər və fəqihlər işlərə şəriətlə baxmaq üçün daim hazır olurdular. Onun fərmanı ilə dəftərxanalarda hesablanan bütün məsvəflər (ixracat-i hükmi) ləğv edildi. O, hər il təxminən 80 min tümənə çatan vilayətlər üzrə tamğanı onlara güzəşt etdi, rəiyyətdən 10-20 illik vergini almaqdan imtina etdi. Bir sözlə, rəiyyət belə dinclik və əmin-amanlığı heç vaxt görməmişdi. Və əgər hər hansı bir rəiyyət saraya hakimdən şikayət edərdisə, sonuncu şikayətə baxıldıqdan sonra vəzifədən azad edilirdi.[188] "

Budaq Qəzvini göstərir ki, Şah Təhmasib Osmanlı, HindistanMavəraünnəhr padşahlarına göndərilən məktubların qaralamalarına şəxsən düzəlişlər edirdi. Təhmasin əlli iki illik şahlığı dövründə ilbəil qışlaq və yaylaqları xatırlayırdı. Özünün qeyri-adi yaddaşı ilə tanınmışdı. O, bütün əyanları (ərbab), vəzifə sahiblərini (kələntəran) və adlı-sanlı şəxsləri (əşraf) adı ilə və üzdən tanıyırdı". Ən təəcccüblüsü bu idi ki, şah ona xidmət edən üç min nəfər qorçi və üç minə qədər yasavul, bukavul vəzifəli şəxs və daxili mühafizəçilərin (qalaçı) hamısı haqqında, "hansının nə vaxt mülazimliyə başlaması, yürüşlərdə hansı şücaət və igidlik göstərdiyini və əvvəllər hansı xanın və sultanın yanında qulluq etdiyini" bilirdi. Digər bir müasir – Həsən bəy Rumlu da qeyd edir ki, Təhmasib yetkinlik yaşına çatdıqdan sonra "səhərdən axşama qədər dövlət işləri ilə məşğul olur və bütün işləri özü görürdü. Belə ki, vəkillər və vəzirlər onun icazəsi olmadan heç kəsə bir fəls belə verə bilmirdilər". O, vasvası dərəcəsində təmizkar, hər şeydən şübhələnən adam idi və heç kimlə yemək – içməyi xoşlamırdı. O, ömrünün son 20 ilində ata minməmişdi. Şah zahiri əlamətlərinə görə hündürboylu, gərilmiş simalı, uzun əlli, sarı bənizli və saqqalı tamam ağarmış bir şəxs idi". Tarixçi davam edərək yazır: "Döyüşçülər ona o qədər sadiq idilər ki, 14 il ərzində məvacib verilmədiyinə baxmayaraq, heç kəs şikayət etmirdi".[189]

1523/1524-cü ildə Şirazda zərb edilmiş Şah Təhmasibə aid qızıl sikkə.

I Təhmasp sikkələri zərb olunduqları bölgə ilə səciyyələnir, akçe Şirvanda, Mazandaranda təngə zərb edilir, Xuzistanda isə larin pul vahidindən istifadə edilirdi. 1570-ci illərə qədər bu muxtar pul vahidləri birləşdirildi.[190] Şahi sikkələrin çəkisi onun hakimiyyətinin əvvəlindəki 7,88 qramdan səltənətin qərb bölgələrində 2,33 qrama, sonunda isə Şərqdə 2,92 qrama qədər xeyli azaldı.[190]

Onun sikkələrində ərəb dili artıq istifadə edilən yeganə dil deyil, follis (folus-i şahi) sikkələrində "Əbədi olaraq [məhkum] Allahın lənətinə düçar ola bilər / O, [oranı] dəyişdirəndir." fars dilində zərb olundu. Köhnə mis sikkələr də etibarlılığına görə dövriyyədə saxlanılırdı.[190]

  1. Amoretti, Matthee, 2009
  2. 1 2 Matthee, 2008
  3. Babinger, Savory, 1995
  4. 1 2 3 Savory, Karamustafa, 1998
  5. Savory, Gandjeï, 2007
  6. Brown, 2009. səh. 235
  7. Savory və b. 2012
  8. Bakhash, 1983
  9. Mazzaoui, 2002
  10. Mitchell, 2009a. səh. 32
  11. Roemer, 2008. səh. 225
  12. Mitchell, 2009b; Savory, Karamustafa, 1998.
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 Mitchell, 2009b
  14. Amanat, 2017. səh. 61
  15. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Savory, Bosworth, 2012
  16. 1 2 Mitchell, 2009b; Newman, 2008. səh. 21.
  17. Newman, 2008. səh. 21
  18. Roemer, 2008. səh. 227
  19. Newman, 2008. səh. 25
  20. 1 2 3 4 5 Roemer, 2008. səh. 234
  21. Savory, Bosworth, 2012; Roemer, 2008. səh. 234.
  22. 1 2 Newman, 2008. səh. 26
  23. Roemer, 2008. səh. 236
  24. 1 2 Mitchell, 2009b; Savory, Bosworth, 2012.
  25. Mitchell, 2009b; Roemer, 2008. səh. 236.
  26. Roemer, 2008. səh. 235
  27. 1 2 Roemer, 2008. səh. 241
  28. Newman, 2008. səh. 26–27
  29. Əfəndiyev, 2007. səh. 80-81
  30. 1 2 3 Newman, 2008. səh. 28
  31. Əfəndiyev, 2007. səh. 81
  32. 1 2 3 4 Streusand, 2019. səh. 148
  33. 1 2 Roemer, 2008. səh. 242
  34. 1 2 World and Its Peoples: The Middle East, Western Asia, and Northern Africa. London: Marshall Cavendish. 2006. səh. 193. ISBN 0-7614-7571-0.
  35. Masters, Bruce Alan. Encyclopedia of the Ottoman Empire. New York: Facts on File. 2009. 280, 428. ISBN 0-8160-6259-5.
  36. Matthee, Rudolph P. The politics of trade in Safavid Iran: silk for silver, 1600-1730. Cambridge, UK: Cambridge University Press. 1999. səh. 17. ISBN 0-521-64131-4.
  37. Əfəndiyev, 2007. səh. 83-84
  38. Fleischer, 2011
  39. 1 2 3 4 5 6 7 8 9 Ghereghlou, 2016a
  40. Roemer, 2008. səh. 242–243
  41. Mitchell, 2009a. səh. 79
  42. 1 2 Əfəndiyev, 2007. səh. 92
  43. Əfəndiyev, 2007. səh. 93
  44. Əfəndiyev, 2007. səh. 94-95
  45. Əfəndiyev, 2007. səh. 96
  46. Roemer, 2008. səh. 243
  47. Əfəndiyev, 2007. səh. 100
  48. Əfəndiyev, 2007. səh. 101
  49. Əfəndiyev, 2007. səh. 102
  50. Atçıl, 2019. səh. 9
  51. Atçıl, 2019. səh. 10
  52. Atçıl, 2019. səh. 11
  53. 1 2 Atçıl, 2019. səh. 12
  54. Atçıl, 2019. səh. 13
  55. Atçıl, 2019. səh. 14
  56. Roemer, 2008. səh. 243–244
  57. Savory, 2007. səh. 63
  58. Atçıl, 2019. səh. 4
  59. Atçıl, 2019. səh. 5
  60. Atçıl, 2019. səh. 6
  61. Əfəndiyev, 2007. səh. 104
  62. Əfəndiyev, 2007. səh. 105
  63. 1 2 Mikaberidze, Alexander. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015. səh. xxxi. ISBN 978-1442241466.
  64. The Reign of Suleiman the Magnificent, 1520–1566, V. J. Parry, A History of the Ottoman Empire to 1730, red. M. A. Cook (Cambridge University Press, 1976), s. 94.
  65. A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, Vol. II, ed. Spencer C. Tucker, (ABC-CLIO, 2010). s.516.
  66. Ateş, Sabri. Ottoman-Iranian Borderlands: Making a Boundary, 1843–1914. Cambridge: Cambridge University Press. 2013. səh. 20. ISBN 978-1107245082.
  67. Alexander Mikaberidze Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia, Volume 1. Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine ABC-CLIO, 31 jul. 2011 ISBN 1598843362 p 698
  68. Andrew J Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 11 Apr 2012. səh. 46. ISBN 9780857716613.
  69. Suraiya Faroqhi. The Ottoman Empire and the World Around It (illustrated, reprint). I.B.Tauris. 3 Mar 2006. 36, 185. ISBN 9781845111229.
  70. Bengio, Ofra; Litvak, Meir, redaktorlar The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East. Palgrave Macmillan. 8 Nov 2011. səh. 60. ISBN 9780230370739.
  71. İsgəndər bəy Münşi. Tarix-i Aləm Aray-i Abbasi. Bakı. 2009. səh. 79.
  72. J. Hammer. Histoirc de L’Empire Ottomane, c. VI, səh. 70
  73. Keith McLachlan. "BOUNDARIES i. With the Ottoman Empire". www.iranicaonline.org. 2000. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.
  74. Фарах Гусейн. Османо-сефевидская война 1578–1580 гг. Османо-сефевидская война 1578–1580 гг. Bakı: Nurlan. 2005. səh. 31.
  75. Kaya Şahin. Empire and Power in the Reign of Süleyman. Narrating the Sixteenth-Century Ottoman World. Cambridge Studies in Islamic Civilization. səh. 135. ISBN 978-1107034426.
  76. Köhbach, 1989
  77. Shaw, Stanford J. (1976), History of the Ottoman Empire and modern Turkey, Volume 1, p. 109. Cambridge University Press, ISBN 0-521-29163-1
  78. Savory, 2007. səh. 64
  79. Savory, 2007. səh. 65; Panahi, 2015. səh. 52.
  80. 1 2 3 Hitchins, 2001
  81. Maeda, 2021. səh. 129
  82. Panahi, 2015. səh. 46
  83. 1 2 3 Maeda, 2021. səh. 130
  84. Roemer, 2008. səh. 246
  85. Mikaberidze, 2015. səh. xxxi
  86. Roemer, 2008. səh. 245
  87. Khafipour, 2013. səh. 184
  88. Khafipour, 2013. səh. 185
  89. Khafipour, 2013. səh. 186
  90. Khafipour, 2013. səh. 189
  91. 1 2 Khafipour, 2013. səh. 190
  92. Khafipour, 2013. səh. 191
  93. 1 2 3 Khafipour, 2013. səh. 192
  94. 1 2 Khafipour, 2013. səh. 193
  95. 1 2 Khafipour, 2013. səh. 194
  96. Khafipour, 2013. səh. 195
  97. 1 2 Khafipour, 2013. səh. 196
  98. Khafipour, 2013. səh. 197
  99. 1 2 Khafipour, 2013. səh. 199
  100. Khafipour, 2013. səh. 200
  101. Khafipour, 2013. səh. 203
  102. 1 2 3 Khafipour, 2013. səh. 204
  103. 1 2 Khafipour, 2013. səh. 205
  104. Khafipour, 2013. səh. 206
  105. Boz, Suqata; Cəlal, Ayşə. Modern South Asia: History, Culture, Political Economy. Routledge. 2004. səh. 28. ISBN 978-0-203-71253-5. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
  106. 1 2 3 4 Martin B. Dickson. Shah Tahmasp and the Uzbeks (The Duel for Khurasan with ʿUbayd Khan. 930-946/1524-1540. — USA, Princeton: Princeton University, 1958. — P. 456. Shah Tahmasp and the Uzbeks (The Duel for Khurasan with ʿUbayd Khan. 930-946/1524-1540. Princeton: Princeton University Press. 1958. səh. 456.
  107. Əfəndiyev, 2007. səh. 119-120
  108. Əfəndiyev, 2007. səh. 120
  109. Əfəndiyev, 2007. səh. 121
  110. 1 2 3 Savory, 2007. səh. 66
  111. 1 2 3 4 5 6 Thackston, 2004
  112. 1 2 Savory, 2007. səh. 66–67
  113. Əfəndiyev, 2007. səh. 84
  114. Əfəndiyev, 2007. səh. 85
  115. Əfəndiyev, 2007. səh. 86-87
  116. Əfəndiyev, 2007. səh. 86-88
  117. Əfəndiyev, 2007. səh. 88
  118. Əfəndiyev, 2007. səh. 98
  119. Əfəndiyev, 2007. səh. 98-99
  120. Əfəndiyev, 2007. səh. 99
  121. Eraly, 2000. səh. 104
  122. Soudavar, 2017. səh. 49
  123. 1 2 3 Savory, 2007. səh. 67
  124. Faroqhi, Fleet, 2013. səh. 446
  125. Mitchell, 2009a. səh. 126
  126. Newman, 2008. səh. 38–39
  127. Roemer, 2008. səh. 247
  128. Pārsādust, 2009
  129. Roemer, 2008. səh. 248
  130. Mitchell, 2009a. səh. 68
  131. Slaby, 2005
  132. Mitchell, 2009a. səh. 90
  133. Mitchell, 2009a. səh. 90–91
  134. Aldous, 2021. səh. 35
  135. Roemer, 2008. səh. 249
  136. Mitchell, 2009a. səh. 105
  137. Kleiss, 1990
  138. Savory, 2007. səh. 56
  139. Əfəndiyev, 2007. səh. 324-325
  140. Əfəndiyev, 2007. səh. 325
  141. Floor, 2001. səh. 130
  142. 1 2 Savory, 2007. səh. 57
  143. Streusand, 2019. səh. 170
  144. 1 2 Streusand, 2019. səh. 164
  145. Babayan, 2012. səh. 291
  146. Babayan, 2012. səh. 292
  147. Canby, 2000. səh. 72
  148. Guliyev, 2022. səh. 62
  149. Mitchell, 2009a. səh. 109
  150. Newman, 2008. səh. 30
  151. Mitchell, 2009a. səh. 106
  152. Newman, 2008. səh. 32
  153. Babayan, 2012. səh. 295–296
  154. Mitchell, 2009b; Mitchell, 2009a. səh. 104
  155. Streusand, 2019. səh. 191
  156. Simpson, 2009
  157. Canby, 2000. səh. 49
  158. Soudavar, 2017. səh. 51
  159. Mitchell, 2009b; Streusand, 2019. səh. 191
  160. Ghasem Zadeh, 2019. səh. 4
  161. Simpson, 2021. səh. 473
  162. Sharma, 2017. səh. 21
  163. Soudavar, 2017. səh. 50–51
  164. Ghasem Zadeh, 2019. səh. 7
  165. Bruijn, 2012
  166. 1 2 Savory, 2007. səh. 68
  167. 1 2 Newman, 2008. səh. 29
  168. 1 2 Szuppe, 2003. səh. 150
  169. Roemer, 2008. səh. 247; Savory, 2007. səh. 68.
  170. 1 2 Szuppe, 2003. səh. 147
  171. Szuppe, 2003. səh. 153
  172. Szuppe, 2003. səh. 149
  173. Newman, 2008. səh. 31
  174. Savory, 2007. səh. 70
  175. Savory, 2007. səh. 69
  176. Canby, 2000. səh. 118
  177. Savory, 2007. səh. 71
  178. Babaie və b. 2004. səh. 35
  179. 1 2 Szuppe, 2003. səh. 146
  180. Khafipour, 2021. səh. 111
  181. Mitchell, 2009b; Khafipour, 2021. səh. 111.
  182. Khafipour, 2021. səh. 121
  183. Roemer, 2008. səh. 252; Khafipour, 2021. səh. 121.
  184. Roemer, 2008. səh. 249; Khafipour, 2021. səh. 121; Matthee, 2011. səh. 86
  185. Roemer, 2008. səh. 250
  186. Mitchell, 2009b; Khafipour, 2021. səh. 121.
  187. Əfəndiyev, 2007. səh. 129
  188. Əfəndiyev, 2007. səh. 129-130
  189. Əfəndiyev, 2007. səh. 130
  190. 1 2 3 Akopyan, 2021. səh. 295
  • Abraham Eraly. Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. New Delhi: Penguin Books. 2000. 101–114. ISBN 9780141001432.
  • C. Fleischer. ALQĀS MĪRZA. New York: Encyclopædia Iranica. 2011.
  • Suraiya N. Faroqhi; Kate Fleet. The Cambridge History of Turkey. The Ottoman Empire as a World Power, 1453–1603. 2. Cambridge: Cambridge University Press. 2013. ISBN 9780521620949.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Dickson, Martin B. Sháh Tahmásb and the Úzbeks: The Duel for Khurásán with ʻUbayd Khán, 930-946/1524-1540. Ann Arbor: Princeton University Press. 1958. OCLC 663487168.
  • Aldous, Gregory. "The Qizilbāsh and their Shah: The Preservation of Royal Prerogative during the Early Reign of Shah Ṭahmāsp". Journal of the Royal Asiatic Society. 31 (4). 2021: 743–758. doi:10.1017/S1356186321000250.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
I Təhmasib
Doğum: 3 mart 1514 Vəfat: 14 may 1576
Hakimiyyət titulları
Sələfləri 
Şah İsmayıl Xətai


Səfəvilər imperiyası(صفویان) Şahı

1524-1576
Xələfləri 
II Şah İsmayıl