Sultan Əli Mirzə (1563, Qəzvin – 1642, İsfahan) — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu.[1]
Sultan Əli Mirzə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1563 |
Doğum yeri | |
Vəfat tarixi | 1642 |
Vəfat yeri |
|
Atası | Şah I Təhmasib |
Anası | Zəhra bəyim |
Uşağı | Qasım Səfəvi (1585–1671) |
1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə Gəncə və Bərdə hakimi olub.[2] Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı.[3] 1642-ci ildə İsfahanda vəfat etdi.