Sultan II Murad (1403-1451) türbəsi — Muradiyədə türbələrin yerləşdiyi bağın ən böyük və görkəmli yerində, girişin dərhal qarşısında yerləşir. Kitabəsində qeyd edildiyinə görə 1451-ci ildə oğlu Fateh Sultan Mehmet tərəfindən 1451-ci ildə tikilmişdir. Bundan başqa, padşahın ölümündən əvvəl hazırladığı vəsiyyətinə görə 1443-cü ildə ölən böyük oğlu Ələddinin məzarının yaxınlığında yalnız özünün basdırılmasını istəmişdi. Həmçinin Allahın rəhmətinin üzərinə yağması üçün torpağa basdırılaraq, üstünün açıq qoyulmasını arzu etmişdir. Bu səbəblə dördkünc planlı türbənin üzərindəki səkkizbucaqlı halqalı, səkkiz sütunun daşıdığı günbəz yağışı içəri buraxacaq şəkildə açıq qalmışdır.
Sultan II Murad türbəsi | |
---|---|
Ölkə | Türkiyə |
Şəhər | Bursa |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | II Mehmed |
Tikilmə tarixi | 1451 |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Türbə 13.45x13.45 mt ölçüsündə kvadrat planlıdır. Ortada dörd ayaq və dörd sütunun daşıdığı bir təbil üzərində oturmuş bir günbəz və bunun ətrafında də tonozlu bir qalereya yerləşir. Buradakı sütunlar Bizans dövründən qalmışdır. Ortadakı günbəz səkkizbucaqlı halqalı olub, günbəzə keçidlər tromplar vasitəsi ilə təmin olunmuşdur. Vəsiyyət etdiyi kimi günbəzə kilid daşı yerinə girdə bir açıqlıq qoyulubdur. Məzarının üstü torpaqla örtülü sadə bir məzardır.
Son dərəcə sadə, divarları kəsmə daş və kərpicdən tikilmişdir. Bundan başqa, sədəfli ornamentlərlə bəzədilmiş qapı saçağının gözəl bir ağac emalı var. Türbənin şərq hissəsindəki pəncərə qapı halına gətirilmiş və buraya 7.25x7.80 mt ölçüsündə bir bina əlavə edilmişdir. Bu bölümdə Sultan II Muradın oğlu Sultan Ələddin, Şahzadə Əhməd, Şahzadə Orxan və qızı Şahzadə Xatunun sanduqələri var. Bu hissənin üzəri səkkizbucaqlı təbilin daşıdığı bir qübbə ilə örtülmüşdür. Bu türbə qapısı üzərində də 5.51x1.86 mt ölçüsündə üç sətirlik nəsih yazılı bir kitaba yerləşdirilib Türb 1743, 1781, 1790 və 1844-cü illərdə təmir olunmuşdur.