Məmmədov Sultan İsgəndər oğlu (Sultan Mərzili) (d.1 iyul, 1948) - şair, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
SULTAN MƏRZİLİ | |
---|---|
Sultan İsgəndər oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Sultan Mərzili 1948-ci il iyulun 1-də Dağlıq Qarabağda anadan olmuşdur. Söy kökü Ağdamın Mərzili kəndindəndir. Orta məktəbi bitirdikdən sonra ADU-nun fizika fakültəsində təhsil almışdır. Təyinatla Dağlıq Qarabağın Əmiranlar kəndinin səkkizillik məktəbində dərs hissə müdiri işləmişdir. Sonra Qaradağlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi, Sumqayıt şəhərində 4 saylı orta məktəbdə müəllim, Moskvada sənaye sahələrində qaynaq texnologiyası laboratoriyasında mühəndis, SSRİ Dövlət Təchizat İdarəsində usta, tikinti idarəsində usta,təhlükəsizlik texnikası üzrə mühəndis, polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı olmuşdur.
Sultan Mərzili 1978-ci ildən Moskvada yaşayır.
Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlamışdır. Lakin ilk mətbu şeri 1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Dünya bir pəncərədir" adlı ilk şeirlər məcmuəsi 1984-cü ildə "Yazıçı" nəşriyyatında çıxmışdır. "Bir addımlıq ömür..." (2006) "Bəyaz vərəq içində" (2009) kitabının müəllifidir. Yazıçı Əbdül Hüseynovun "Üsyankar Xaqani" romanını rus dilindən tərcümə etmişdir.
Klassik və modern şeirlər, hekayələr, ədəbi-tənqidi və elmi-publisistik məqalələr də yazır.
Şeirləri Azərbaycan və rus dillərində çap olunmuşdur.