Sultan Rüknəddin Firuz

Sultan Rüknəddin Firuz (1236)—Müəzzilər dövlətinin sultanı.

Sultan Rüknəddin Firuz
Dehli sultanı[d]
30 aprel 1236 – 20 noyabr 1236
ƏvvəlkiŞəmsəddin Eltutmuş
SonrakıSultan Raziyə bəyim
Şəxsi məlumatlar
Vəfat tarixi 20 noyabr 1236
Vəfat yeri
Atası Şəmsəddin Eltutmuş
Ailəsi Müəzzilər dövləti
Dini sünni islam

Atası Şəmsəddin Eltutmuşun 1236-cı ildə vəfatından sonra taxta əyləşdi. Anası Türkan xatunun köməyi ilə hakimiyyətə gəlsə də, qətiyyən dövlət işlərinə marağı olmamışdır. Əvvəllər Lahor hakimi vəzifəsində çalışmışdı. Onun taxta çıxarılmasından narazı olan əmirləri və qardaşları üsyan qaldırdılar. Əvvəlcə heç nəyə fikir verməyən Firuz şah gününü eyş-işrətlə keçirirdi. Səhərdən axşamacan əyyaşlıqla məşğul olur, xəzinənin pulunu sağ-sola xərcləyirdi. Lakin vəziyyətin ciddiliyini görən Firuz şah qoşun toplayıb qiyamçıların üzərinə gedir. Olduqca bacarıqsız və ürəyiyumşaq olan sultanın ətrafı və qoşun əhlindən bir hissəsi qiyamçıların tərəfinə keçir. Eyni zamanda Dehlidə üsyan qalxır və hakimiyyəti bacısı Raziyə bəyim ələ keçirir.

Sultan Rüknəddin Firuz şah 7 aylıq hakimiyyətdən sonra taxtdan salınır və zindan küncünə atılır. 1236-cı ildə zindanda vəfat edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]