Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Dehli sultanlığı — 1206–1526-cı illərdə Hindistanda iqtidarda olmuş türk dövləti.
Tarixi dövlət | |||
Dehli sultanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Paytaxt |
1206-1327 Dehli 1327-1334 Daulatabad 1334-1506 Dehli 1506-1526 Aqra |
||
Dilləri | fars dili, Hindistani dili | ||
Rəsmi dilləri |
|
||
Dövlət dini | İslam | ||
İdarəetmə forması | Monarxiya | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
Hindistanda racələr arasında gedən uzunmüddətli ara müharibələri ölkəni xeyli zəiflətmişdi. Hind icmalarında sosial narazılıqların kəskinliyi, kastalar arasındakı düşmənçilik, tayfalararası çəkişmələr Hindistanın türk tayfaları tərəfindən işğalına şərait yaratdı. 1175-ci ildə sərkərdə Səhabəddin Məhəmməd Gurlu Pəncab şəhərini tutaraq, Qəznəvilər sülaləsinin hakimiyyətinə son qoydu. O, 1192-ci ildə hind knyazlarının birləşmiş qoşununu məğlub edərək, bütün Doabın (Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayət) hakimi oldu. 1199-cu ildə Bihar və Benqaliya vilayətləri də Gurlu sülaləsinin hakimiyyəti altına düşdü. İşğal olunmuş əraziləri Məhəmməd Gurlu türk mənşəli sərkərdələrin idarəsinə verdi. İqta sahiblərinə nəzarət etmək üçün onun varisi Qütbəddin Aybəkin rəhbərliyi altında xüsusi idarə də yaradıldı.
Hindistanın feodal dağınıqlığı keçirməsindən istifadə edən Məhəmməd 20 il ərzində bütün Şimali Hindistanı özünə tabe etdi. Onu əvəz edən Qütbəddin Aybək (1206–1210) özünü bütün Şimali Hindistanın hökmdarı elan edərək, 1206-cı ildə Dehli sultanlığın əsasını qoydu. Aybəkin ölümündən sonra hakimiyyətə Şəmsiyyə sülaləsinin nümayəndəsi Eltutmuş xan gəldi Eltutmuş Pəncabın böyük bir hissəsini, Multanı, Lahoru və Qəznəyə qədər olan böyük bir ərazini tutaraq, öz dövlətinin tərkibinə qatdı. Eltutmuşdan sonra ölkədə feodallar arasında gedən mübarizə dövlətin güclənməsinə imkan vermirdi.
1221-ci ildə Xarəzmşah Cəlaləddini təqib edərək sultanlığın ərazisinə daxil olan monqol qoşunları Multan, Lahor və Pişəvər vilayətlərini talan edib geri qayıtdılar. İkinci dəfə Dehli sultanlığına hücum edən monqollar Lahoru işğal etdilər. Bu vaxtdan başlayaraq monqolların sultanlığa yürüşləri ardıcıl xarakter aldı. Monqollar 1246-cı ildə Multanı və Uqemi tutduqda özlərinin hakimiyyətini qorumağa çalışan feodallar Dehli sultanı Nəsirəddin Mahmudun (1246–1265-ci illər) ətrafında birləşməyə məcbur oldular. Baş vəzir Qiyasəddin Balaban türk feodallarının və yerli kiçik və orta feodalların köməyi ilə 1265-ci ildə Sultan Nəsirəddini devirib özünü sultan elan etdi. Güclü ordu yardan və onu səlcuq ordusunun nümunəsində təşkil edən Balaban monqolları ölkədən qovmağa nail oldu. O, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri feodalların müqavimətini qıra bildi. Bütün diqqət monqol hücumlarının qarşısının alınmasına yönəldildi.
Dehli sultanlığı feodal monarxiya dövləti idi. Dövlətin başında qeyri-məhdud səlahiyyətlərə malik olan sultan dururdu. Sultanın ən yaxın köməkçisi icraedici və nəzarətedici funksiyaları olan baş vəzir sayılırdı. Vəzir həm də çoxlu miqdarda idarələrə, həmçinin verji toplanmasına və hərbi işlərə də rəhbərlik edirdi. Dehli sultanlığı inzibati cəhətdən bir neçə vilayətə bölünmüşdü. Vilayətlərin idarə olunmasını sultan tərəfindən təyin edilən valilər həyata keçirirdilər. Valilər, adətən, sultan ailəsinə mənsub olan şahzadələrdən və tanınmış varlı feodallardan təyin olurdu. Onların əsas işi məmurlara, iqta sahiblərinə vergiləri yığmaqda kömək və nəzarət etmək, həmçinin əhalinin narazılıqlarını aradan qaldırmaq idi. Bunları həyata keçirmək üçün valilər daim muzdlu ordu saxlayırdılar. Valilər vilayətdən yığılan verginin bir hissəsini mərəkzə göndərir, qalan hissəsini isə vilayətin ehtiyacları üçün sərf edirdilər. Vilayətlərdən vergilərin yığılmasını asanlaşdırmaq üçün dairələr təşkil edilmişdi. Dairələrin başında vali tərəfindən təyin edilmiş rəislər dururdu. Ölkədə məhkəmə işlərini qazılar həyata keçirirdi. Müsəlman olmayan əhali dövlət məmurları tərəfindən mühakimə edilirdi. Qərbi Pəncabda İslamın təsiri daha güclü idi.
Dehli sultanlığının yaranması ilə razılaşan yerli əsilzadələr dövlətə vergi ödəməklə sahibkarlıq hüqunqlarını saxlamışdılar. Türk mənşəli sərkərdə və məmurlar sultandan iqta şəklində torpaq mülkləri alırdılar. Hindli feodallardan fərqli olaraq bu iqtadarlar hərbi rütbələrinə uyğun olaraq müəyyən sayda muzdlu qoşun saxlaya bilərdilər. Onlar zəmindar (hərbi xidimət müqabilində dövlətdən torpaq alan şərti mülkiyyət sahibi) adlanırdı. Sultan istədiyi vaxt iqtanı geri ala , zəmindarı başqa yerə göndərə bilərdi.
Müsəlman ruhanilərinin və məscidlərin saxlanması üçün vəqf torpaqları ayrılmış, ruhanilərin bir qisminə "imam" rütbəsi verilmişdi. Sultan ailəsinə mənsub olan torpaqlar xass adlanırdı. Bu torpaqları becərən kəndlilərə dövlət xəzinəsindən haqq ödənilirdi. Hind icmaları yenə də kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olaraq qalırdı. Vergilər ayrı-ayrı adamlardan deyil, bütün icmadan natura və yaxud pul şəklində alınırdı.
Dehli sultanlığının yaranmasından əvvəl Hindistanda torpaq maharac adlandırılan böyük knyaza məxsus idi. Maharacın mülklərinə daxil olmayan torpaqlar xidmət müqabilində vassallara verilirdi. Xidmət müddəti qurtardıqdan sonra həmin torpaqlar geri alınaraq knyaza qaytarılırdı. Torpaq sahələrinin bir hissəsi isə məbədlərə məxsus idi. Dehli sultanlığı yarandıqdan sonra mövcud torpaq mülkiyyət formalarında qismən dəyişikliklər edildi. Yeni tətbiq edilmiş qaydalara görə torpağın kimə mənsubluğundan asılıl olmayaraq, dövlətin xeyrinə vergi ödənilməli idi. Əsas torpaq mülkiyyətçisi dövlət hesab olunurdu.
Sultan Əlaəddin Xələcin dövründə (1296–1316) Dehli sultanlığı güclü muzdlu ordu hesabına monqolların üç hücumunun qarşısını ala bildi.
Ordunun artan xərclərini ödəmək məqsədilə əsas ərzaq mallarının qiymətləri üzərinə dövlət nəzarəti qoyuldu. Dövlət torpaqlarını becərən kəndlilərdən becərdikləri məhsulun yarısı vergi kimi alınmağa başladı. İstifadə edliməyən torpaqlardan vergi alınması barədə fərman verildi. Hər baş mal-qaraya görə xüsusi vergi müəyyən olundu. Sultan Əlaəddin gördüyü tədbirlər nəticəsində dövlət böyük miqdarda taxıl və yem ehttyaitğı yaratdı. Fövqəladə hallarda bu məhsullar paytaxt bazarlarına çıxarılırdı.
Monqol hücumları fasilə verdikdə sultan Əlaəddin 1308–1311-ciillərdə Dekan ərazisinə yürüş edərək, Kaver çayınadək olan bölgələri sultanlığa qatdı. Beləliklə, tarixdə ilk dəfə olaraq bütün Hindistanı birləşdirməyə nail oldu. Əhali üzərinə qoyulan vergilərin ağırlığı, iri feodalların mərkəzi hakimiyyətdən narazılığı 1316-cıildə sultana qarşı qiyama səbəb oldu. Taxt-tac uğrunda mübarizə müsəlman-türk sülaləsi Tuğlaqilərin xeyrinə nəticələndi. Ölkədə gedən qarışıqlıq nəticəsində Dekan knyazlıqları sultanlıqdan ayrıldı. Tuğlaqilərin görkəmli nümayəndəsi Qiyasəddin Tuğlaqi (1325–1351) yenidən bu torpaqları sultanlığa qaytardı. 1326-cı ildə isə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Dehli şəhəri bundan sonra tənəzzül edərək, əvvəlki əhəmiyyətini itirdi. Mərkəzin yarımadanın içərilərinə köçürülməsi şimalda sultanın mövqeyinin zəiflməsinə səbəb oldu. Bundan monqol xanları və Dehli feodalları istifadə etdilər. Ölkənin şimalını bürümüş qiyamların qarşısını almaq məqsədilə Qiyasəddin böyük bir ordu yarada bildi. Bu məqsədlə əhali üzərinə yeni vergilər qoyuldu.
Qiyasəddin Tuğlaqi 1329-cu ildə vəziyyətdən çıxış kimi qoşuna gümüş pula verilməli olan məvacibi mis pullarla ödəmək haqqında fərman verdi, lakin bu tədbirlər də boşalmış xəzinəni, ümumilikdə tənəzzülə uğramış təsərrüfatları xilas edə bilmədi. Ölkədaxili qiyamlar yenidən qızışdı. Qucaratdakı qiyamı yatırmağa gedən Qiyasəddin Tuğlaqi üsyançılar tərəfindən öldürüldü. Sultanın əmisi oğlu Firuz iri feodallarla mübarizədən əl çəkdi. Benqaliya və Dekanın ölkədən ayrılması ilə barışmalı oldu, lakin sultan var qüvvəsi ilə Qucaratı əlində saxlamağa çalışırdı. Çünki bu liman şəhəri vasitəsilə ilə Ön Asiya ölkələri ilə iqtisadi əlaqələr saxlanılırdı.
Sultan Firuz bütün iqtanın feodallara nəsildən-nəslə miras kimi keçməsi barədə fərman verdi. Qoşuna çəkilən xərcləri azaltmaqla maliyyə böhraına son qoyuldu. Camna və Sətləc çayları arasında böyük suvarma kanalının çəkilməsi Dehli ətafında təsərrüfatın dirçəlişinə səbəb oldu. Sultan Firuz vəfat etdikdən sonra Tuğlaqilər arasında hakmiyyət uğrunda mübarizə başlandı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Malva, Qucarat və Xandəş vilayətləri sultanlıqdan ayrıldı. Daxili çəkişmələrin şiddətli vaxtında Şimali Hindistan Əmir Teymurun hücumlarına məruz qaldı. 1398-ci ildə Teymur Dehlini tutdu. Daxili çəkişmələr, əmir Teymurun yürüşü Dehli sultanlığını zəiflətdi və onun dağılması prosesini sürətləndirdi.
XIII əsrdə müsəlman-türk Dehli sultanlığının yaranması ilə Hindistanda müsəlman-hind mədəniyyəti formalaşdı. XIII–XV əsrdə Dehli sultanlarının sarayında hind dilində salnamələr yazılmışdır. Ən məşhur müsəlman salnaməçisi Ziyaəddin Barani idi. Hindistanda fars dilində yazan şairlər fəaliyyət göstərirdilər. Onlardan biri Nizaminin "Xəmsə"sinə nəzirə yazmış Əmir Xosrov Dəhləvi idi. Ölkədə islam yayılır və müsəlman memarlığı üslubunda saraylar, məscidlər, minarələr tikilirdi.