Sultan Süleyman və Xürrəm məscidi (ukr. Мечеть султана Сулеймана та Роксолани) — Mariupolun Primorski rayonunda yerləşən eyniadlı məscid və İslam mədəniyyət mərkəzi. Məscid Osmanlı imperiyasının sultanı Sultan Süleyman Qanuni və onun həyat yoldaşı Xürrəm Sultanın şərəfinə adlandırılmışdır. Məscid İstanbuldakı proratipi olan Süleymaniyyə məscidinddən fərqli olaraq bir minarəyə sahibdir.
islam | |
Əl-Salam məscidi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Şəhər | Mariupol |
Memarlıq | |
Üslubu | İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid 2007-ci il oktyabrın 15-də Türkiyənin inşaat, memarlıq və mənzil-kommunal təsərrüftı naziri Faruk Nafiz Özak və Türkiyədən gələn digər qonaqların iştirakı ilə açılmışdır[1].
Tikinti Mariupol mərkəzi bazarının direktoru Salih Cihan və şəhərin azərbaycanlı icmasının digər üzvləri tərəfindən maliyyələşdirilib. Məscidin memarlığının prototipi İstanbuldakı Süleymaniyyə məscidi olmuşdur.
Məscid və minarə toy fotoşəkilləri üçün məşhur bir yerə çevrilmişdir[2].
12 aprel 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi zamanı ruslar aralarına türklərində olduğu 90 nəfərin gizləndiyi məscidi atəşə tutmuşlar[3]. Ancaq Sultan Süleyman və Xürrəm məscidinin Dərnək başqanı İsmail Hacıoğlu bombanın 700 metrə aralıya düşdüyünü söyləyərək hücüm iddiasını yalanlamışdır[4].
Kanuni Sultan Süleyman Camii Dernek Başkanı İsmail Hacıoğlu, bombalama iddiasının gerçek olmadığını açıkladı. Hacıoğlu, roketin camiye 700 metre yakınında bir yere düştüğünü kaydetti. Mahallede bombardımanın devam ettiğini belirten Hacıoğlu, Türklerin tahliye edildiğini söyledi. Mariupol Kanuni Sultan Süleyman Camii Dernek Başkanı İsmail Hacıoğlu, "Caminin bombalandığına dair haberler yalan. Bombalar, caminin 700 metre yakınına isabet etti. Camii 4 katlı, betonarme ve çok sağlam bir yapı. Türk vatandaşları ve yakınları camideler" dedi.