Sultanqulu bəy Baharlı

Sultanqulu bəy Boranlı (1518–1543) — Qütbşahlar dövlətinin yaradıcısı.

Qütbülmülk Sultanqulu
tel. సుల్తాన్ కులీ కుత్బుల్ ముల్క్
bayraq
Qütbşahların I sultanı
1518 – 1543
ƏvvəlkiƏsası qoyuldu
SonrakıCəmşidqulu bəy Boranlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sədabad, Həmədan
Vəfat tarixi 2 sentyabr 1543
Vəfat yeri Heydərabad
Dəfn yeri Qütb Şahi türbələri, Heydərabad
Atası Üveysqulu bəy Boranlı
Anası Məryəm xatun
Uşaqları Qütbəddin bəy Boranlı
Cəmşidqulu bəy Boranlı
İbrahimqulu şah
Dini islam

Qaraqoyunlu şahzadəsi idi. 1470-ci ildə, Həmədanın Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baranlı, anası isə Məryəm xanım olmuşdur.[1] Babası Pirqulu bəy Baranlı Qara İsgəndərin, nənəsi Xədicə bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Ovlanmaq və hərb ilə məşğul olmaqdan xüsusi zövq alırdı.[1] 31 dekabr 1477-ci ildə Uzun Həsənin ölümü və Sultan Yaqubun taxta çıxmasından sonra ailəsi qorxuya düşdü. Atası Üveysqulu buna görə də qardaşı Allahqulu oğlu ilə birlikdə dini yaymaq bəhanəsilə Kafiristana göndərdi.[1] Nemətulla Vəlinin nəticəsi II Nemətullah da onlara kömək edirdi. 1490-cı ildə Bəhməni sarayına gəlib çatan Allahqulu Yaqub sultanın ölümündən sonra İrana qayıtdı. Bu vaxt Sultanqulunun 20 yaşı vardı.

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

II Mahmud şah Bəhməninin sarayında xidmətə başladı. Hərbi istedadı sayəsində tez bir zamanda ucaldı. 1487-ci ildə yerli əyanların qiyamında şahı ölümdən xilas etdi. Şah onu ikinci vəzir vəzifəsinə irəli çəkdi. 1496-cı ildə Tеlinqan əyalətinə və eyni zamanda da Qalkonda qalasına vali təyin edildi. 1518-ci ildə II Mahmudun ölümündən sonra əmirlər üsyana qalxdılar: Əhməd Nizamşah Əhmədnaqar sultanlığını, Yusif Adilşah Bicapur krallığını, Fəthullah İbadülmülk Berar sultanlığını, Qasim Barid isə Bidər sultanlığının əsasını qurdu. Sultanqulu da öz növbəsində Qolkondanın müstəqilliyini elan edərək Qütbşahlar dövlətini qurdu

Hakimiyyət dövrü

[redaktə | mənbəni redaktə et]

Sultanqulu bəy hakimiyyətə gələndən sonra şiə məzhəbli islam dinini dövlət dini elan etdi. Onun dövründə Qolkondada saraylar, məscidlər, hamamlar tikilmiş, böyük bağlar salınmışdı.[2] Əsasən Vicayanaqar imperiyasına qarşı yürüşlər etmiş, Krişna çayı və Qodavari çayı arasındakıları fəth edərək Hind okeanı sahillərinə çatmışdı.

Sultanqulu şah məqbərəsi

Ailəsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Altı oğlu və dörd qızı vardı:

  1. Heydər xan — atasının sağlığında vəfat etmişdir.
  2. Qütbəddin — şahzadə, qardaşı Cəmşidqulu tərəfindən kor edilmişdir.
  3. Cəmşidqulu bəy — şahzadə — II Qütbşah
  4. Əbdülkərim — atasına üsyan etmiş və edam edilmişdir.
  5. Dövlət xan Dəli — qardaşı İbrahimin dövründə vəfat etmişdir.
  6. İbrahimqulu şah — şahzadə — IV Qütbşah

Sultanqulu 2 sentyabr 1543-cü ildə, oğlu Cəmşidqulu tərəfindən namaz üstə öldürülmüşdür. Ölən vaxtı onun 73 yaşı vardı. Ölümündən sonra Cəmşidqulu taxta keçmiş, digər oğlu İbrahimqulu isə Vicayanaqara qaçmışdı.

  1. 1 2 3 The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10) — V. Minorsky- Cild. 17, No. 1 (1955), səh. 70
  2. "Sultanqulu Qütbşah". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.