Əhmədnaqar sultanlığı


Əhmədnaqar sultanlığı — orta əsr Hindistanda feodal dövləti.

Tarixi dövlət
Əhmədnaqar sultanlığı
Bayraq
Bayraq
1490 — 1636

Paytaxt Əhmədnaqar
Dilləri Marathi dili
Rəsmi dilləri
Dövlət dini İslam (sünni, 1537-ci ildən sonra şiə)
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Nizamşahilər
Sultanlar
 • 1490–1510 I Əhməd Nizamşah

1490-cı ildə nizamşah titulu ilə özünü müstəqil hakim elan etmiş Bəhməni sultanlığının Cünnardakı canişini Malik Əhməd tərəfindən yaradılmışdır. Dövlətin adı paytaxt Əhmədnaqar şəhərinin adından götürülmüşdür. XVI əsrin sonu, XVII əsrin əvvələrində Əhmədnaqar sultanlığı Böyük Moğol İmperiyasına qarşı uzun sürən müharibələr aparmışdı.

Sultanlıqda din və məzhəb

[redaktə | mənbəni redaktə et]

1537-ci ildə Bürhan Nizamşah şiəliyi qəbul etdi.[1].

  1. I Əhməd Nizamşah 1490 – 1510
  2. Bürhan Nizamşah 1510 – 1553
  3. I Hüseyn Nizamşah 1553 – 1565
  4. I Mürtəza Nizamşah 1565 – 1588
  5. II Miran Hüseyn Nizamşah 1588 – 1589
  6. İsmayıl Nizamşah 1589 – 1591
  7. II Bürhan Nizamşah 1591 – 1595
  8. İbrahim Nizamşah 1595 – 1596
  9. II Əhməd Nizamşah 1596
  10. Bahadur Nizamşah 1596 – 1600
  11. II Mürtəza Nizamşah 1600 – 1610
  12. III Bürhan Nizamşah 1610 – 1631
  13. III Hüseyn Nizamşah 1631 – 1633
  14. III Mürtəza Nizamşah 1633 – 1636.
  1. Рыжов К. В. Все монархи мира: Мусульманский Восток. XV–XX вв.: Справочник. — М.: Вече, 2004. — 544 с., С. 357