Sultanqulu bəy Boranlı (1518–1543) — Qütbşahlar dövlətinin yaradıcısı.
Qütbülmülk Sultanqulu | |
---|---|
tel. సుల్తాన్ కులీ కుత్బుల్ ముల్క్ | |
Qütbşahların I sultanı | |
1518 – 1543 | |
Əvvəlki | Əsası qoyuldu |
Sonrakı | Cəmşidqulu bəy Boranlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sədabad, Həmədan |
Vəfat tarixi | 2 sentyabr 1543 |
Vəfat yeri | Heydərabad |
Dəfn yeri | Qütb Şahi türbələri, Heydərabad |
Atası | Üveysqulu bəy Boranlı |
Anası | Məryəm xatun |
Uşaqları |
Qütbəddin bəy Boranlı Cəmşidqulu bəy Boranlı İbrahimqulu şah |
Dini | islam |
Qaraqoyunlu şahzadəsi idi. 1470-ci ildə, Həmədanın Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baranlı, anası isə Məryəm xanım olmuşdur.[1] Babası Pirqulu bəy Baranlı Qara İsgəndərin, nənəsi Xədicə bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Ovlanmaq və hərb ilə məşğul olmaqdan xüsusi zövq alırdı.[1] 31 dekabr 1477-ci ildə Uzun Həsənin ölümü və Sultan Yaqubun taxta çıxmasından sonra ailəsi qorxuya düşdü. Atası Üveysqulu buna görə də qardaşı Allahqulu oğlu ilə birlikdə dini yaymaq bəhanəsilə Kafiristana göndərdi.[1] Nemətulla Vəlinin nəticəsi II Nemətullah da onlara kömək edirdi. 1490-cı ildə Bəhməni sarayına gəlib çatan Allahqulu Yaqub sultanın ölümündən sonra İrana qayıtdı. Bu vaxt Sultanqulunun 20 yaşı vardı.
II Mahmud şah Bəhməninin sarayında xidmətə başladı. Hərbi istedadı sayəsində tez bir zamanda ucaldı. 1487-ci ildə yerli əyanların qiyamında şahı ölümdən xilas etdi. Şah onu ikinci vəzir vəzifəsinə irəli çəkdi. 1496-cı ildə Tеlinqan əyalətinə və eyni zamanda da Qalkonda qalasına vali təyin edildi. 1518-ci ildə II Mahmudun ölümündən sonra əmirlər üsyana qalxdılar: Əhməd Nizamşah Əhmədnaqar sultanlığını, Yusif Adilşah Bicapur krallığını, Fəthullah İbadülmülk Berar sultanlığını, Qasim Barid isə Bidər sultanlığının əsasını qurdu. Sultanqulu da öz növbəsində Qolkondanın müstəqilliyini elan edərək Qütbşahlar dövlətini qurdu
Sultanqulu bəy hakimiyyətə gələndən sonra şiə məzhəbli islam dinini dövlət dini elan etdi. Onun dövründə Qolkondada saraylar, məscidlər, hamamlar tikilmiş, böyük bağlar salınmışdı.[2] Əsasən Vicayanaqar imperiyasına qarşı yürüşlər etmiş, Krişna çayı və Qodavari çayı arasındakıları fəth edərək Hind okeanı sahillərinə çatmışdı.
Altı oğlu və dörd qızı vardı:
Sultanqulu 2 sentyabr 1543-cü ildə, oğlu Cəmşidqulu tərəfindən namaz üstə öldürülmüşdür. Ölən vaxtı onun 73 yaşı vardı. Ölümündən sonra Cəmşidqulu taxta keçmiş, digər oğlu İbrahimqulu isə Vicayanaqara qaçmışdı.