Sumqayıt gənclik şəhəridir (film, 1964)

Kinooçerk yeni Sumqayıt şəhərinin salınmasının 15-ci ildönümünə həsr olunmuşdur.

Sumqayıt gənclik şəhəridir
Janr sənədli film
Rejissor Əlibala Ələkbərov
Ssenari müəllifi Əlibala Ələkbərov
Operator Əlibala Ələkbərov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1964
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1964
Texniki məlumatlar 2 hissə
592 metr
35 mm

Gənclik şəhərinin taleyi ölkəmizin müxtəlif yerlərindən buraya gəlmiş adamların taleyi ilə sıx bağlıdır. Filmdə belə adamlardan bir neçəsi barədə söhbət açılır. Bu adamlar kimlərdir? Aslan Osmanov, Mixail Kabakov, Zəminə Həsənova və başqaları.

Oçerkin ikinci hissəsi bütünlüklə şəhərin yubileyinə həsr olunmuşdur. Şəhər doğum evində daha bir sumqayıtlı anadan olmuşdur. "Rossiya" kinoteatrında və "Roza" kafesində bayram təntənələri, bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli gecə, ümumxalq gəzintisi, atəşfəşanlıq və s. filmdə öz əksini tapmışdır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Əlibala Ələkbərov
Ssenari müəllifi: Əlibala Ələkbərov
Operator: Əlibala Ələkbərov
Səs operatoru: Əziz Şeyxov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.