SunStroke Project — Sergey Yalovitski (vokalist), Anton Raqoza (skripkaçı və bəstəkar) və Sergey Stepanovdan (saksofonçu) təşkil olunmuş Moldovalı musiqi triosu. Onlar Moldovanı 2010 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmələri ilə tanınırlar. Qrupun adını Anton Raqoza hərbi xidmətdə olarkən seçmişdir.
SunStroke Project | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | Elektro house |
Fəaliyyət illəri | 2007–h.h. |
Leybl | Sens Music, Warner Music, Ragoza Music |
Heyət |
Sergey Yalovitski (vokalist) Anton Raqoza (skripkaçı, bəstəkar) Sergey Stepanov (saksofon) |
Keçmiş üzvlər |
Paşa Parfeni (vokalist) Aleksey Mıslitski (prodüser) |
http://www.sunstrokeproject.com/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Anton Raqoza 6 yanvar 1986-cı ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O qrupda skripkaçı olaraq fəaliyyət göstərir. Anton eyni zamanda qrupun ifa etdiyi mahnıların bəstəkarıdır. O daha Kişinyov orkestrində dirijor olaraq fəaliyyət göstərmiş və klassik musiqi sahəsində bir çox mükafatlar qazanmışdır. Anton Castin Timberleyk və Maykl Ceksonun onu musiqiyə ilhamlandıran şəxslər olduğunu bildirmişdir.
Sergey Stepanov 3 sentyabr 1984-cü ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O SunStroke Project qrupu tərkibində saksofonda çıxış edir. Hal-hazırda Moldovanın paytaxtı Kişinyovda yaşayır. Sergeyin musiqidə əsas maraq dairəsi caz olmasına baxmayaraq, o eyni zamanda pop və R&B janrları ilə də təcrübələr həyata keçirir. Sergey Anton ilə ilk dəfə hərbi xidmətdə olarkən tanış olmuş və birlikdə SunStroke Project qrupunu yaratmağa qərar vermişdirlər. Müsahibələrindən birində o musiqiyə ilham mənbəyi kimi Rusiyalı saksofonçu İqor Butmanın olduğunu söyləmişdir.
Sergey Yalovitski qrupda vokalist olaraq fəaliyyət göstərir. O musiqidəki uğurlarına görə Moldova və Rumıniyada bir neçə mükafat qazanmışdır.
SunStroke Project qrupu 2007-ci ildə Anton Raqoza və Sergey Stepanov tərəfindən yaradılmışdır. Həmin ildə qrupun Don't word more.. adlı ilk studio albomu işıq üzü görmüşdür. 2008-ci ilin sonlarından 2009-cu ilin yayına kimi Moldovalı musiqiçi Paşa Parfeni qrupa vokalist olaraq qoşulmuşdur. Onun vokalistliyi dövründə qrup üç sinql buraxmışdır. "No Crime" mahnısı ilə SunStroke Project Moldovanın TVM telekanalının 2009 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmişdir. Qrup yarışmada üçüncü yeri tutaraq, Avroviziyada iştirak hüququnu əldə edə bilməmişdir.
Sergey Yalovitskinin SunStroke Project qrupuna vokalist olaraq qoşulmasından sonra qrupun ilk sinqlı "Believe" olmuşdur. Qrup ilk öncə həmin mahnı ilə Moldovanın 2010 Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim turuna qatılmağı planlaşdırsa da, daha sonra qrup üzvləri Moldovalı ifaçı Olia Tira ilə birlikdə ifa etdikləri "Run Away" mahnısı ilə seçim turuna qatılmış və qalib gəlmişdirlər. Beləliklə SunStroke Project 2010-cu ildə Olia Tira ilə birlikdə "Run Away" mahnısı ilə Moldovanı Norveçin paytaxtı Oslo şəhərində keçirilən Avroviziya 2010-da təmsil etmək haqqı qazanmışdır. Qrup Avroviziyada yarımfinal mərhələsini uğurla adlayaraq finala yüksəlmiş və finalda Moldovaya 22-ci yeri qazandırmışdır.[1] Avroviziyadakı iştirakdan sonra qrup DJ Aleksey Mısliçki əməkdaşlıq etməyə başlamış və bir neçə yeni sinqllar dinləyicilərə təqdim edilmişdir.
2011-ci ildən etibarən SunStroke Project qrupu uzun müddətli anlaşma imzaladıqları Sens Music leybl şirkətinin dəstəyi ilə turlar həyata keçirmişdir. 2012-ci ildə qrup Olia Tira ilə birlikdə yenidən Avroviziyaya geri dönməyə cəhd etsə də, həmin il Moldovanın milli seçim turunda ifa etdikləri "Superman" mahnısı qrupa heç bir uğur qazandıra bilməmişdir. 2015-ci ildə SunStroke Project "Day After Day" mahnısı ilə yenidən Moldovanın milli seçim turuna qatılmış və bu dəfə qrup yarışmada üçüncü yerdə qərarlaşmışdır. Növbəti dəfə qrup 2017-ci ildə ifa etdikləri "Hey, Mamma!" mahnısı ilə milli seçim turunda iştirak etmiş və qələbə qazanmışdır. Beləliklə qrup ikinci dəfə Moldovanı Avroviziyada təmsil etmək hüququ qazanmışdır.
SunStroke Project Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində "Hey, Mamma!" mahnısı ilə final mərhələsinə uğurla adlayaraq, finalda Moldovaya 3-cü yeri qazandırmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yüksək göstəricisidir.
Mahnı adı | İl |
---|---|
"Spit" | 2007 |
"Rain" | |
"Skream" | |
"No Crime" | 2009 |
"In Your Eyes" | |
"Summer" | |
"Believe" | 2010 |
"Run Away" (Olia Tira ilə birlikdə) | |
"Play with Me" | |
"Sax U Up" | |
"Epic Sax" | |
"Scream" | |
"Listen" | |
"Walking in the Rain" | 2011 |
"Sunshine Day" | |
"Superman" (Olia Tira ilə birlikdə) |
2012 |
"Set My Soul On" | |
"Party" | 2013 |
"Ce bine imi pare" (Alex Calancea Band) | |
"Amor" | 2014 |
"Sunshine" (Deepcentral ilə birlikdə) | |
"Not Giving It Up" | 2015 |
"Lonely" | 2016 |
"Home" | |
"Maria Juana" | |
"Dam Dam Dam" | |
"Look At Me" (Olia Tira ilə birlikdə) | |
"Hey, Mamma!" | 2017 |
"Sun Gets Down" |
Qrupun üzvü Sergey Stepanov 2010 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi saksofon solosu sayəsində internetdə mem olaraq "Epic Sax Guy" kimi dünyada məşhur olmuşdur. Stepanovun saksofon solo remiksləri Youtubedə milyonlarla izləyici qazanmışdır.
Əvvəlki: Lidiya İsak "Falling Stars" |
Moldova Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: DoReDos "My Lucky Day" |