Sun Çi-Li Assosiasiyası — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri.
Bu qrupun dini lideri Sun Çi-Li iddia edir ki, möcüzəvi təsir gücünə malikdir və planetin istənilən nöqtəsində peyda olmaq üçün özünün mənəvi “doppelqangerini” (romantizm dövrü ədəbiyyatında “insanın oxşarı” mənasında işlədilmişdir) yarada bilər. Bunu sübut etmək üçün Sun bütün planet üzrə göy qurşağı və nurlu işığın fonunda havada pərvazlandığını əks etdirən foto-şəkillərini nümayiş etdirir. Sun bu fotoları davamçılarına satmaqla çox dəbdəbəli həyat yaşayır və daşınmaz əmlak əldə edir. 1996-cı ildə bu fotoların saxta olduğu sübuta yetirildi və Çi-Li dələduzluqda ittiham edildi. O, 3 milyard Tayvan dollarını (təxminən 100 milyon ABŞ dolları) götürərək aradan çıxdı. Sonralar ona bəraət verildi. Belə ki, Ali Məhkəmə onun dini fəaliyyətinin Konstitusiyaya zidd olmadığı barədə qərar qəbul etdi.